Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan Avropanı xilas edir: ölkə üzərindən Qərbə daha çox “mavi yanacaq” axacaq

Image


Bu ilin yanvar-may aylarında Azərbaycandan Avropaya 4,5 milyard kubmetr qaz ixrac edilib. Hesabat dövründə Türkiyəyə 3,6 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac edilib. Qeyd edək ki, hesabat dövründə xaricə qaz satışı 9,4 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur.

Ümumiyyətlə cari il ərzində Azərbaycandan Avropaya qaz nəqlinin əhəmiyyətli dərəcədə yüksək olması proqnozlaşdırılır. Bu, o dövrə təsadüf edir ki, Avropa Rusiyadan qaz idxalını dayandırmağa hazırlaşır.

Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton qeyd edir ki, Avropa İttifaqı mümkün qədər tez Rusiya qazının idxalını dayandırmağa hazırlaşır. Komissar bildirib ki, Avropa İttifaqı  ABŞ və Qətərdən, eləcə də digər mənbələrdən  mayeləşdirilmiş təbii qazın alışını artırmaq, həmçinin yaşıl enerjinin imkanlarını artırmaq niyyətindədir.  Məhz belə bir vaxtda tanınmış Qərb politoloqu, ABŞ-ın İrs Mərkəzində “Douglas and Sarah” Allison Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Kofi Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində “Cənub Qaz Dəhlizi Avropada enerji böhranını həll edə bilər” sərlövhəli analitik məqalə ilə çıxış edib. Məqalədə Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Ankarada keçirilən görüşündə əsas müzakirə mövzusunun qlobal enerji bazarında vəziyyətlə bağlı olduğu diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, Ukraynadakı müharibə ilə əlaqədar bu sahədə ciddi böhran yaranıb və Avropa ölkələri alternativ enerji idxalı mənbələri axtarışındadır: “Bu mənbələr sırasında Şimali Afrika, Şərqi Aralıq dənizi, ABŞ və Körfəz ölkələri var. Bununla yanaşı, Xəzər hövzəsi ölkələri də xüsusi diqqət mərkəzindədir. Bu baxımdan nazirlərin üçtərəfli görüşü önəmlidir”. Xəzər dənizi regionunda təsdiq olunmuş 292 trilyon kubmetr təbii qaz ehtiyatları olduğunu diqqətə çatdıran L.Kofi qeyd edib ki, eyni zamanda, mavi yanacağı Avropaya çatdıran mühüm boru kəmərləri inşa edilib: “Dünyada dördüncü qaz ehtiyatlarına malik olan Türkmənistanın da TANAP və TAP boru kəmərlərinə qoşulması bu imkanları daha da artırır. Bu ölkədən təbii qazın boru xətti ilə nəqli daha baha başa gələn maye qaz təchizatından daha sərfəlidir, həmçinin yalnız Rusiya və Çinə qaz nəql edən Aşqabad üçün Qərbdən yeni gəlir mənbələri aça bilər”. Məqalədə Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi”nin 2020-ci ildə istifadəyə verildiyi və Avropaya illik 60 milyard kubmetr qaz nəql etmək potensialı olduğu qeyd olunub. Eyni zamanda, Türkmənistan da Xəzərin sahilinə qədər inşa etdiyi 780 kilometr uzunluğunda olan Şərq-Qərb boru kəməri ilə Xəzər dənizi üzərindən 30 milyard kubmetr qaz ixrac edə biləcək. Digər tərəfdən, 2018-ci ildə Xəzərin statusuna dair Konvensiyanın imzalanması bütün maneələri aradan qaldırıb. Bu fonda Lyuk Kofi “Transxəzər” qaz kəmərinin çəkilişini vacib hesab edir.

“Transxəzər” qaz kəmərinin çəkilişinə qədər də türkmən qazı Azərbaycan üzərindən Avropaya çatdırılacaq. Belə ki, Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini indiki 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib. Xatırladaq ki, ötən il İran, Azərbaycan və Türkmənistan hər il 1,5-2 milyard kubmetr türkmən qazının Azərbaycana svop tədarükü barədə razılaşma imzalamışdı. Lakin indi bu göstərici iki dəfə artıb və əlavə qazın Avropaya nəqlinə imkan yaranıb. Bundan başqa, Azərbaycan və Türkmənistan enerji və digər müstəvilər üzrə qarşılıqlı əməkdaşlıqlarını daha da dərinləşdirməyə hazırlaşırlar. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bu xüsusda bildirir: “Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. İkitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlıq genişləndirilir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın təşəbbüsü ilə irəli sürülən, bəzən həmmüəllif kimi çıxış etdiyi qətnamələri hər zaman dəstəkləyib və dəstəkləməkdə davam edir. Həm Azərbaycan Türkmənistan üçün, həm də Türkmənistan bizim üçün qardaş ölkə və qardaş xalqdır”. E.Nəsirovun sözlərinə görə, son illər iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafını təmin edən, 100-dən çox sənədi özündə birləşdirən hüquq-müqavilə bazası yaradılıb: “Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə Anlaşma Memorandumunun 2021-ci il yanvarın 21-də imzalanması neft-qaz sektorunda ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ oldu”. Vitse-prezident qeyd edib ki, imzalanmış sənədlər arasında Azərbaycan, Türkmənistan və İran arasında 2021-ci il noyabrın 28-də imzalanmış svop qaz tədarükünə dair üçtərəfli saziş də mühüm yer tutur və bu sənəd regiona gələcəkdə daha da böyük inkişaf vəd edir: “Dostluq” layihəsi SOCAR-ın xüsusi rol oynadığı Azərbaycan-Türkmənistan əməkdaşlığının çoxşaxəli genişlənməsi üçün platformaya çevriləcək. Mən həqiqətən ümid edirəm ki, qardaş Türkmənistanla əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə yaxın vaxtlarda şirkətin filial və ofisini aça biləcəyik”. Bu onu göstərir ki, Azərbaycan Türkmənistanın enerji sektorunda daha fəal rol oynamaq niyyətindədir. Bu da türkmən qazının Avropa və digər istiqamətlərdə Azərbaycan vasutəsilə daşınmasında öz rolunu oynayacaq.  Bundan başqa, Qərb Azərbaycandan maye şəkildə də qaz nəqlini artırmasını istəyir. ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bu xüsusda bildirir: “Azərbaycan təbii qazının Avropa İttifaqı ölkələrinə daha böyük həcmdə tədarük ediləcəyinə inanırıq. Bu, Rusiya təbii qazından asılılığı azaltmağa kömək edəcək. Azərbaycanla təbii qaz tədarükünü necə yüksəltməyi, hətta daha yaxşısı, ikiqat artırmağı müzakirə edirik”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ