Cümə günü, 13 noyabr 2026
     

Ermənilər Lavrovdan incik düşdülər

Image


Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edib. Belə ki, Rusiya XİN-in saytında Lavrov-Mirzoyan mətbuat konfransının stenoqramını yayımlanıb. Stenoqramda Rusiya XİN başçısının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə dəyişiklik edilib.

Lavrovun canlı mətbuat konfransında səsləndirdiyi "Vəziyyətin nizamlanması Qarabağdakı Rusiya sülhməramlı hərbçilərinin prioritetlərindən biridir. Erməni dostlarımız da bu barədə yaxşı məlumatlıdır. Artıq vəziyyətin deeskalasiyası nöqteyi-nəzərindən “yerdə” (Fərrux kəndində) müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq” fikirləri "Vəziyyətə gəlincə, Rusiya hərbçiləri (bizim erməni dostlarımız bundan yaxşı məlumatlıdır) bunu öz prioritetlərindən biri kimi “saxlayır”. Artıq vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək" kimi dəyişdirilib. Erməni mediası yazır ki, baş verənlər Rusiya üçün Ermənistanın hansısa əhəmiyyət kəsb etmədiyinin növbəti təzahürüdür. Bu xüsusda “armenianreport” portalı yazır: “ Ermənistanda əsas siyasi mövzu, təbii ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun işgüzar səfəri olub. Lakin Lavrovun gəlişi Ermənistan tərəfinə heç bir xüsusi sürpriz, eləcə də yeni ümidlər gətirmədi. Onun erməni həmkarı Ararat Mirzoyanla bağlı qapılar arxasında nə danışdığını bilmirik, lakin birgə mətbuat konfransında “əsas müttəfiqimiz” tərəfindən Ermənistanın problemlərinə heç bir dəstək, hətta rəğbət görmədik. Bəli, təbii ki, Lavrov nəsə mızıldandı, dedi ki, avtomobil və dəmir yolu marşrutları kommunikasiyaların açılması çərçivəsində Ermənistan ərazisinin suverenliyinin tanınması çərçivəsində həyata keçiriləcək. Amma biz bunu onsuz da bilirdik. Hazırda çətin ki, Ermənistanda ayıq düşüncəli və möhkəm yaddaşa malik kimsə onsuz da manqurtlaşmış Ermənistan ərazisinin hissələrini könüllü olaraq Azərbaycana verməyə razı olsun. Deməli, burada heç bir qeyri-müəyyənlik ola bilməz.

Mətbuat konfransından başqa bir məqam Rusiya sülhməramlılarının bilavasitə razılığı ilə mart ayında azərbaycanlılar tərəfindən nəzarətə götürülmüş Fərrux kəndi ilə bağlıdır. Lavrov bu fonda Ermənistanın lehinə heç nə demədi. Kəndlə  bağlı vəziyyətin rus hərbçiləri ilə bağlı olduğunu dedi.  Lavrovdan bundan daha axmaq açıqlama eşidilməyib. Azərbaycan kəndə nəzarət edir, Lavrov isə guya hansısa nəticənin olmasından danışır. Onun ifadəsində  “erməni dostları” haqqında danışması da kifayət qədər həyasızlıqdır. Rusiyanın  Ermənistanda rus dostları artıq yoxdur, Sergey Viktoroviç. Kreml özü bizi özündən uzaqlaşdırdı. Ermənistanda yalnız Putinin əlinə baxan  Kremlpərəst müxalifət var. Çoxdan məlumdur ki, Rusiyanın Ermənistandakı 5-ci kalonu olan müxalifət, eləcə də ruslaşmış rus erməniləri - Kurqinyan, Simonyan, Keosayan, Baqdasarov və başqaları erməni cəmiyyətini öz kökündən, dilindən və tarixindən qoparıb kütləvi aksiyalar keçirmək arzusundadırlar. Onlar ölkədə ruslaşma istəyir. Ermənilərin orta və gənc nəslinin Rusiyada deyil, Qərbdə oxumaq, rus dilini deyil, Ermənistanda ingilis dilini öyrənmək arzusunda olduqları fikirdən iyrənirlər. Yadınıza salın, Kurqinyan və Keosayan Ermənistanda olarkən küçələrdə rusca danışıq eşitmədiklərinə görə necə qəzəbləndilər. İndi isə  rusofillərin arzuları, deyəsən, gerçəkləşə bilər. Bunu Lavrovun Ermənistanda rus məktəblərinin sayının artırılacağı ilə bağlı açıqlaması da açıq şəkildə göstərir. Lavrov bildirib: “Rusiya Federasiyası və Ermənistan ümumi təhsil, elm və dil məkanını qoruyub saxlamaqla humanitar sahədə əməkdaşlığı gücləndirir. Erməni dostlarımızın istəklərini nəzərə alaraq, biz rus məktəblərinin sayını artırmağa, erməni rus müəllimlərinin bacarıqlarının artırılmasına kömək etməyə çalışırıq”. Maraqlıdır, Ermənistanı ruslaşdırmaq istəyən bu dostlar kimlərdir? Bu “dostlara” xatırlatmaq istəyirik ki, 1993-cü ildə qəbul edilmiş “Dil haqqında” qanuna görə, ölkəmizdə təhsil rus dilində olan dövlət orta məktəbi yoxdur və olmamalıdır. Bizim bir dövlət dilimiz var - o da erməni dilidir. Rus dilində oxumağa məcbur olduğumuz sovet-rus təhsil sisteminin acı bəhrəsini hələ də yığırıq. Yetər, bu bir daha təkrarlanmamalıdır. Bəs ruslar ermənilərə hansı təhsili verə bilər? Axı Rusiya hətta Boloniya sistemindən də çıxarılır, onlar indi savadlı olmağı özləri öyrənməli olacaqlar. Beləliklə, əminliklə demək olar ki, Lavrovun Ermənistana bu səfəri tamamilə faydasız oldu. O bura sırf Rusiyanın maraqlarını təmin etmək üçün gəlib və heç bir şəkildə Ermənistanla həmrəylik ifadə etmir. Belə ki, Lavrov Paşinyanla görüşdə ancaq “Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsi prioritetdir” kimi hiyləgər ifadələr işlədib. Lakin Sergey Viktoroviç Bakıya “qaçmağa” cəsarət etmir, Moskva Bakının arxasında dayanır. İrəvana isə o, belə çıxır ki, Ermənistanın milli maraqları və təhlükəsizlik məsələlərinə əhəmiyyət verməyərək, daima soxula bilər. Dostlar bunu etmir. Ermənistanda isə onsuz da Rusiyanın dostları yoxdur”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ