Bazar günü günü, 20 sentyabr 2026
     

Egeydə yunan-türk savaşı? - Yunanıstan beynəlxalq öhdəliklərini pozur...

Image


Egey dənizinin şərqindəki adaların Yunanıstan tərəfindən hərbiləşdirilməsi Ankara və Afina arasında gərginliyi artırmaqda davam edir. Buna əsas səbəb Yunanıstanın beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəlilkləri pozaraq Tqrkiyə sahillərinə yaxın adları hərbləşdirməsidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı artıq qarşı tərəfə xəbərdarlıq edib. Onun sözlərinə görə, Egey dənizinin şərqindəki adaların Yunanıstan tərəfindən hərbiləşdirilməsi fəlakətə gətirə bilər: “Yunanıstanı Egey dənizindəki adaları silahlandırmaqdan əl çəkməyə və beynəlxalq razılaşmalara əməl etməyə dəvət edirəm. Yunanıstanın bu adaları silahlandırması və üçüncü ölkələrin bundan istifadə etməsi fəlakətlə nəticələnə bilər. Zarafat etmirəm, ciddiyəm. Millətimiz qətiyyətlidir”. Ərdoğan bildirib ki, Türkiyə heç kimin haqq və hüququnu tapdalamaz və eyni zamanda, öz haqlarının tapdanmasına imkan verməz. Ərdoğan “tvitter” hesabında da yazdığı statusda məsələyə yenidən toxunub: “Yunanıstanı bir daha xəbərdar edirik ki, bir əsr əvvəl olduğu kimi xəyallardan, ritorikadan və peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın. Türkiyə beynəlxalq sazişlərdən yararlanacaq. Türkiyə adaların silahlanması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək. Aralıq dənizinin şərqində ölkəmizin materik hissəsindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin mənasını beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq. Qeyri-hərbi statuslu adalardan müxtəlif təlimlərdə istifadə etməyə çalışmağın, NATO və üçüncü tərəf ölkələrini bu qanunsuzluğa alət etməyə çalışmağın sonu fəlakətlə nəticələnəcək səydən başqa bir mənası yoxdur. Yunanıstan Avropa Birliyinin üzvü olsa da, Birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığa təzyiqlərini davam etdirir”. Qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar isə bildirir: “Təəssüf ki, qonşumuz və müttəfiqimiz Yunanıstan təxribat xarakterli hərəkətləri və ritorikası ilə ekspansionist və aqressiv siyasətini davam etdirir. Türkiyə, Yunanıstanın sürətlə silahlandırılmasına baxmayaraq, problemlərin sülh yolu ilə həlli üçün dialoq aparır və sülh əlini uzadır. Eyni zamanda, Yunanıstanın etdiyi hər cür ədalətsiz və qanunsuz hərəkətlərə və söylənənlərə cavab veririk. Bu münasibətlə bir vacib məqamı xatırlatmaq istəyirəm. NATO təhlükəsizlik təşkilatıdır və onun ən böyük mübarizə sahələrindən biri də terrorizmdir. Terrorla mübarizədə həmrəylik müttəfiqliyin əsas şərtidir. Türkiyə birdən çox terror təşkilatına qarşı eyni anda mübarizə aparan yeganə NATO ölkəsidir və terrorla Avropa arasında son səddir. Türkiyənin təhlükəsizliyi, NATO da daxil olmaqla, bütün Avropanın təhlükəsizliyidir. Bu məqam heç vaxt diqqətdən kənarda qalmamalıdır”. Daha öncə Türkiyənin xarici işlər naziri  Mövlud Çavuşoğlu Yunanıstan tərəfindən Egey adalarının hərbiləşdirilməsinin beynəlxalq müqavilələri və onların suverenliyini pozduğunu bildirmişdi.

Öz növbəsində Afina Ankara tərəfindən adaların suverenliyi məsələsinin onların demilitarizasiyası öhdəliyi ilə uzlaşdırılmasını rədd edir. Yunanıstanın  müdafiə naziri Nikos Panagiotopoulos məsələ ilə bağlı bildirir: “Yunanıstan Suriya deyil. Yunanıstan suveren hüquqlarını sona qədər qoruyacaq”. Halbuki, Yunanıstan faktiki olaraq Türkiyə sahilinə yaxın adaları hərbləşdirməklə beynəlxalq hüquqi öhdəliklərini pozur. Məsələ burasındadır ki, Egeydəki adalar Yunanıstana verilərkən 1923-cü il Lozanna və 1947-ci il Paris razılaşmaları ilə adaların silahlandırılmaması şərti qoyulub. Lozanna danışıqlarında bu şərti ilk qoyan Türkiyə olub. Bunun səbəbi kimi yunan ordusunun məğlubiyyətə uğraması ilə nəticələnən Türkiyənin “1919-1922-ci il Anadolu yürüşünün təkrarlanma ehtimalının qarşısının alınması” göstərilib və Yunanıstan bu şərti qəbul edib. 1947-ci il Paris müqaviləsi İkinci Dünya müharibəsinin qalibləri arasında imzalanıb. Bu müqavilə ilə müharibədə məğlub olan dövrün faşist İtaliyasının işğalı altında olan adalar yenidən qalib ölkələr sırasında olan Yunanıstana verilib. Amma o şərtlə ki, yunan tərəfi adaları silahlandıra, onlardan hərbi məqsədlər üçün istifadə edə bilməz. Daha sonra eyni şərt Sovet İttifaqı tərəfindən qoyulub. O vaxt həmi şərtə əsasən adalar silahsızlaşdırılmalı, burada hərbi bazalar qurulmamalı idi.  Moskva iddia edirdi ki, bu, sovet hərbi gəmilərinin Egeydə səfərinin təhlükəsizliyi üçün lazımdır. Egeydəki adaların tərksilah edilməsi şərtləri Yunanıstan tərəfindən qəbul edilib. Afina 1963-1964-cü illərdə Kiprdəki münaqişələrə qədər öhdəliyinə sadiq qalıb. Türkiyənin 20 iyul 1974-cü ildə başlatdığı və “Kipr Sülh Əməliyyatı” olaraq elan etdiyi hərbi əməliyyatdan sonra o dövrün Afinasında hakimiyyətdə olan Polkovniklər Xuntası mümkün türk-yunan müharibəsindən narahat olduqlarını iddia edərək Türkiyə sahillərinə yaxın bütün adalarda kütləvi əsgərlər yerləşdirdi. Afina adaları “Türkiyədən gələ biləcək təhlükəyə” qarşı silahlandığını bəyan etdi. İndi də Afina bu siyasətini davam etdirir. Lakin Ankara daha buna dözmk istəmir. Yunanıstandakı ekspertlər prezident Ərdoğanın “adalar silahsızlaşdırılmasa, Türkiyə beynəlxalq müqavilələrlə tanınan səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək” sözlərindən ciddi təlaş keçirirlər. Çünki yunan ordusu Türkiyə Silahlı Qüvvələri qarşısında duruş gətirmək iqtidarında deyil.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı…

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ