Cümə günü, 13 noyabr 2026
     

Ermənistanın “Şimal-Cənub” dəhlizi arzuları da puç olur, İrəvanın Bakıdan asılılığı güclənir…

Image


Ermənistanda “Şimal-Cənub” dəhlizi üzrə magistral yolun tikintisinə Asiya İnkişaf Bankı ilə ilk kredit sazişinin imzalandığı 2009-cu ildə başlanılsa da, indiyə qədər bu istiqamətdə hansısa ciddi iş görülməyib. Ötən 13 il ərzində “Şimal-Cənub” yolunun cəmi 5-6%-i tikilib. Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan da təsdiq edir.

Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyanın sözlərinə görə, hazırda yolun yalnız 31 kilometrlik  hissəsi, yəni İrəvan-Artaşat (19,6 km) və İrəvan-Aştarak (11,4 km) hissələri tam hazırdır. Onlar qəbul və təhvil aktı olmadan və bəzi qeyd-şərtlərlə.2016-cı ildə istifadəyə verilib: “Bu hissələrdən faktiki istifadə olunsa da, müqaviləyə əsasən tam istismara verilməyib. Çünki yolun bu hissəsində müəyyən nöqsanlar var və podratçı şirkət onları tam aradan qaldırmayıb. Betonlanmış hissələrdə hələ də çatlar, pozuntular müşahidə olunur. Ermənistanın podratçı tikinti şirkətinə qarşı arbitraj prosesi hələ də davam edir”. “Şimal-Cənub” dəhlizi üzrə magistral yolun İrəvan-Artaşat hissəsinin tikintisinə Asiya İnkişaf Bankının ayırdığı 60 milyon dollar xərclənib. Podratçı İspaniyanın “Corsan Corviam” şirkəti olub. Bir neçə il əvvəl həmin şirkətə Aştərək-Talın hissəsinin tikintisi tapşırılıb və bunun üçün Ermənistan hökuməti 170 milyon dollar kredit götürüb. Lakin yenə də “Corsan Corviam” şirkəti işi yarımçıq qoyub. Aştərək-Talın yolunda aparılan işlər zamanı müxtəlif qayda pozuntuları müəyyən edilib. Nəticədə podratçı təkcə tikinti sahəsini deyil, həm də müqavilə öhdəliklərini yerinə yetirmədən Ermənistanı tərk edib. 2019-cu ildə ölkə hökuməti bu qurumla müqaviləyə xitam vermək və yeni müsabiqə elan etmək qərarına gəlib. İndi yolun tikintisini bir podratçı - Çinin “Sinohidro Corporation” təşkilatı həyata keçirir. Aştərək-Talın yolunun bəzi hissələri ötən ildən istismara verilsə də, Qaleçyanın sözlərinə görə, hökumət hələlik onları bitmiş hesab etmir. Yolun qalan hissələrinə gəlincə, hökumət onların tikintisini başa çatdırmaq üçün yeni tenderlər elan edib. Eyni zamanda, nazir müavininin sözlərinə görə, çoxlu sayda körpü və tunellərin tikintisi zərurətini nəzərə alaraq, ən bahalı hissə Sisian-Kacaran olacaq. Nazir müavini bu bölmənin tam dəyərini açıqlamayıb, lakin qeyd edib ki, hökumət artıq maliyyə üçün Avropa İnvestisiya Bankına və Avropa Yenidənqurma və İnkişaf Bankına müraciət edib.Nazir müavini uzanan tikintinin nə vaxt başa çatacağına cavab verməkdə çətinlik çəkib, ancaq təxmini tarixləri qeyd edib. Qaleçyanın sözlərinə görə, hökumət Sisian-Kacaranın ən mürəkkəb və əmək tutumlu hissəsini 6 il ərzində tikməyə ümid edir: “Əgər biz növbəti-iki ildə qalan hissələrdə tikintiyə başlamağa nail olsaq, o zaman, mənim hesablamalarıma görə, tenderlərin keçirilməsi və digər proseslər də daxil olmaqla, hər şeyi 8-9 ilə başa çatdıra biləcəyik”.

Qeyd edək ki, “Şimal-Cənub” magistralının ümumi uzunluğunun 5-6 faizini təşkil edən hissələrə dövlət artıq 260 milyon dollar xərcləyib. Tikintinin ümumi dəyərinə gəlincə, nazir müavininin sözlərinə görə, ən təxmini hesablamalara görə, tikinti Ermənistan büdcəsinə təxminən 3,5 milyard dollara başa gələcək. Buna isə Ermənistanın gücü çatmır. Qeyd edək ki, Rusiyadan Hindistana qədər uzanan “Şimal-Cənub” nəqliyyat dəhlizində Cənubi Qafqaz regionu mühüm yer tutur. İndiki halda regionda yalnız Azərbaycan “Şimal-Cənub” dəhlizinin həyata keçirilməsi istiqamətində zəruri addımlar atır. Xüsusən də Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi  “Şimal-Cənub” dəhlizinin reallaşmasında, eləcə də Azərbaycan vasitəsilə Rusiya və İran arasında ticarət dövriyyəsinin artmasında mühüm rol onayıb. Ancaq dəhlizin tam işə düşməsi üçün Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt dəmir yoluna birləşməlidir. Bunun üçün hazırda Rəştdən İran Astarasına dəmir yolu inşa edilir. Bu dəhliz vasitəsilə yalnız bir istiqamətdən deyil, iki istiqamətdən Avropaya və əks istiqamətə göndərilən yüklər tranzit olaraq ölkəmizin üzərindən daşınacaq. Birinci istiqamət Astara (Azərbaycan) dəmir yolu vasitəsilə reallaşacaq. İkinci istiqamətdə isə Körfəz ölkələrindən İranın Bəndər Abbas limanına daxil olan yüklər yenə də Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq ölkəmizin ərazisindən Avropaya daşınacaq. Bu isə Azərbaycana külli miqdarda valyutanın daxil olmasını şərtləndirir. İranda Rəşt-Astara dəmir yolu hazır olduqdan sonra qatarlar daha çox dəmir yolu ilə daşınmaları həyata keçirəcək. Dəhlizlə bağlı baş verənlər və Azərbaycanın burada rolu Ermənistanda ciddi narahatlıq yaradır. Ermənistan son 20 ildə bu dəhlizin onun ərazisindən keçməsinə çalışıb. Lakin bunun üçün heç adi infrastruktur belə qura bilməyib. Ötən illər ərzində Ermənistan İrandan magistral yol, dəmir yolu xətti çəkmək niyyətində olub. Amma bunların heç biri həyata keçməyib. Ermənistanın maliyyə və iqtisadi vəziyyəti bundan sonra da İran istiqamətində dəmir yolu və beynəlxalq standartlara uyğun avtomagistral çəkilişinə imkan vermir. Ermənistanın “Şimal-Cənub” dəhlizinə qoşulmasını indiki şərtlər daxilində təmin edə bilən yeganə ölkə Azərbaycandır. Lakin bunun üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamalı, ölkəmizlə sülh müqaviləsi imzalamalı, Zəngəzur dəhlizinin işə düşməsi prosesini sürətləndirməlidir. Bunlar olacağı halda Ermənistan Rusiya və İrana dəmir yolu vasitəsilə çıxış imkanı əldə edəcək, “Şimal-Cənub” dəhlizinə qoşula biləcək. 

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ