Cümə günü, 13 noyabr 2026
     

Könüllülük əsasında vətəndaş cəmiyyətinin formalaşması və inkişafının Azərbaycanda da uğurlu nümunəsi yaranır

Image


Aparılan araşdırmalar göstərir ki, Almaniyada təqribən 29 milyon insan boş vaxtlarında könüllü olaraq müxtəlif işlərdə çalışır.

Bu işlər daha çox cəmiyyətdə qeydə alınan müxtəlif problemlərin həllinə xidmət edir. Könüllü çalışan şəxslər hazırda Almaniya əhalisinin 40 faizə yaxınını təşkil edir.

  • Cəmiyyət üçün kütləvi şəkildə faydalı iş vətəndaş birliklərinin yeni formada tərəqqisinə müsbət təsir göstərir

Mövcud vəziyyətdə insanların boş vaxtının cəmiyyət üçün faydalı işlərə sərf edilməsi məqsədilə alman dövləti tərəfindən müxtəlif layihələr həyata keçirilir. Ümumiyyətlə, son 20 ildə belə dövlət layihələrində iştirak edənlərin sayı xeyli artıb. 1999-cu ildə bu göstərici 30  faiz olduğu halda indi 40 faizə çatıb.

Eyni zamanda, könüllülər faydalı hesab edilən işlərə əvvəlki vaxtlarla müqayisədə daha az vaxt sərf edirlər. Onlar bu kimi işlərə həftədə iki saat vaxt ayırırlar. Lakin bu, işin effektivlik dərəcəsinə heç də mənfi təir etmir. Kəmiyyət artımı keyfiyyət göstəricilərini qoruyub saxlayır. Könüllülərin əksəriyyəti idman və bədən tərbiyəsi ilə bağlı layihələrdə iştirak edir. Bunun ardınca mədəniyyət və musiqi, sosial sahə, o cümlədən məktəb və uşaq bağçaları ilə bağlı işlər gəlir. Könüllülükdə əsas rolu vətəndaş birlikləri oynayır. Xeyriyyə birlikləri, kilsələr, tərəfdaşlıqlar, yardım təşkilatları, ictimai faydalı müəssisələr  Almaniyada “üçüncü sektor”un əsasını təşkil edir. Onlar həm də vətəndaş cəmiyyətinin fəal üzvləridir. Vətəndaş  cəmiyyətinin bu formada birliklərinin dövlət və ya siyasi partiyalarla əlaqəsi yoxdur. Onlar sosial və siyasi məsələlərin həllində cəmiyyətin könüllü iştirak edən hissəsidir. Bu təcrübə göstərir ki, vətəndaş cəmiyyətinin formalaşmasında könüllülük prinsipi də əhəmiyyətli rol oynayır. Azərbaycanda da vətəndaş cəmiyyətinin formalaşmasında sözügedən təcrübədən istifadə hallarının müsbət nümunələri formalaşmaqdadır. Elə bu günlərdə çimərlik mövsümünün açılışı ilə əlaqədar növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib. Şüvəlan çimərliyində keçirilən təmizlik aksiyasının əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Ümumiyyətlə, dörd ildir ki, Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, “Şıx” çimərliyi ərazisində - ümumilikdə altı yerdə fəaliyyət göstərən çimərliklərin ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ yaradılıb. Bunun təşəbbüskarı isə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır. Şüvəlan çimərliyində "Sahillər təmiz qalsın” şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 17-ci aksiya olub.  Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən 1 tona qədər tullantı toplayıb və çeşidləyiblər. Bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib. Onu da qeyd edək ki, IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Sahil zonalarında insanların xoş asudə vaxtının keçirilməsi üçün lazımi şəraitin təmin edilməsi ilə yanaşı, təmizlik, təhlükəsizlik və rahatlığına görə nümunəvi olan ictimai çimərliklərin yaradılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib. Belə yanaşma Azərbaycanda da könüllülük əsasında vətəndaş cəmiyyətinin formalaşması və inkişafına xidmət edir.

  • Könüllülük fəaliyyəti dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir

Könüllülük ölkəmizdə vətəndaş cəmiyyətinin tərəqqisində getdikcə daha mühüm rol oynamağa başlamaqla vətəndaş cəmiyyətinin ən mühüm institutuna çevrilir, bu xüsusda qabaqcıl təcrübələr formalaşır. Könüllülüyün institusional xarakteri yönəldildiyi hədəflərə görə fərqlənir. Dövlət bu prosesə ciddi dəstək verir. Ümumiyyətlə, könüllülük fəaliyyəti dövlətin sosial siyasətinin tərkib hissəsinə çevrilib.

Onu da qeyd edək ki, ölkəmizdə  “könüllülük hərakatı” “ASAN Xidmət”dən başlayıb. “ASAN Xidmət”də 30 mindən çox könüllü olub. Onların üç mindən çoxu isə elə bu qurumda işlə təmin edilib. İndi ölkədə dövlət qurumlarının böyük əksəriyyərtində minlərlə gənc könüllü kimi fəaliyyət göstərir. Onlar həm də Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayırlar. Çünki geniş mənada könüllülük bu istiqamətdə faəliyyəti həyata keçirən şəxsin özünün yaxın qohumu olmayan digər insanların xeyrinə hər hansı təmənnasız yardım və fəaliyyət deməkdir. Bu prosesin genişlənməsinə dövlət hərtərəfli yardım edir. Çünki dövlət vətəndaş cəmiyyətinin inkişafında xüsusi maraqlı tərəfdir. Hazırda vətəndaş cəmiyyətinin inkişaf etmədiyi ölkədə dövrün müasir tələblərinə uyğun tərəqqiyə nail olmaq çətindir. Hər bir ölkənin sərvəti uğurlu vətəndaş cəmiyyətinin formalaşmasıdır.  Azərbaycan dövləti belə hesab edir ki, vətəndaş cəmiyyətinə dəstəyi davamlı artırmaq, onun potensialını gücləndirmək lazımdır. Eləcə də ən mühüm milli vəzifələrin həlli üçün vətəndaş cəmiyyətinin imkanlarından geniş istifadə etmək zəruridir. Çünki insan kapitalı, sosial-iqtisadi inkişaf, demokratik dəyərlərin ölkənin rifahı naminə transformasiyası üçün vətəndaş cəmiyyətinin prosesdə fəal iştirakı ən vacib amillərdən biridir. Bu fonda Azərbaycanda vətəndaş cəmiyyəti davamlı inkişaf yolundadır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ