Cümə günü, 13 noyabr 2026
     

Erməni hakimiyyəti xilas yolunu Azərbaycan və Türkiyədə görür, müxalifətin mövqeyi rədd edilir

Image


Bakı və İrəvanın sülh üçün atdığı addımlar Ermənistanda müxalifətin radikal qanadını daha da aqressivləşdirib. Elə bundan irəli gəlir ki, bir neçə həftədir Ermənistanda müxalifət tərəfindən keçirilən etiraz aksiyaları daha çox zorakılıq, dövlət idareəetmə müəssisələrinin zor gücünə ələ keçirilməsi cəhdlərinin artması ilə müşayiət edilir.

Müxalif liderlər hərəkətlərinə bəraət qazandırmaq üçün Azərbaycan və Ermənistanın Brüssel razılıqlarını daha çox önə çəkməyə başlayıblar. Onlar bu fonda icazəsiz aksiyalarla hakimiyyəti yenidən ələ keçirməyə çalışır və bəyan edirlər ki, Nikol Paşinyan iqtidarının Azərbaycanla əldə etdiyi razılıqları qəbul etmirlər. Lakin müxalifətə cəmiyyətdə yetərincə dəstəyin olmaması da özünü qabarıq büruzə verir. Elə bu fonda Ermənistan hakimiyyəti sülh prosesindən geri çəkilməyəcəyini bildirir. Xüsusən də parlamentin iqtidar deputatları qeyd edilən xüsusda konkret açıqlamalar verir. Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Sona Qazaryan qeyd edir ki, sülhün gündəmi sərhəddə insidentlərin olmamasını təmin etmək üçündür. Onun sözlərinə görə, sülh ikitərəflidir: “Sülh gündəmini rədd etmək erməni xalqı üçün fəlakətdir. Biz sülh gündəmindən əl çəkməyəcəyik”. “Vətəndaş müqaviləsi” fraksiyasının digər üzvü, keçmiş sahibkar Xaçatur Sukiasyan da Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyini bəyan edir. Deputat qeyd edir ki, son 30 il ərzində diplomatik əlaqələrin olmamasına baxmayaraq, erməni şirkətləri türk biznesləri ilə vasitəçilərin köməyilə daim qarşılıqlı əlaqədə olub. Bununla yanaşı, Sukiasyan müxalif qüvvələrin sülhün qəbuledilməzliyi və qonşu ölkələrlə ticarət əlaqələrinin qurulmaması barədə bəyanatlarını yersiz hesab edir: “Reallıqları qəbul etmək lazımdır. İnsanlar smartfondan istifadə edir, istənilən məlumatı bir saniyəyə alırlar. Yalançı vətənpərvər bəyanatlarla, bayraqları yandırmaqla, fotoşəkilləri cırmaqla müxaliflər  nəyə nail olmaq istəyirlər?! Ölkəni, iqtisadiyyatı, ordunu, təhsili, səhiyyəni belə bərpa edirlər? Sülhə alternativ yoxdur”. Sukiasyanın sözlərinə görə, Rusiya da Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının və iqtisadi əlaqələrin qurulmasının əleyhinə deyil. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “İrəvanda və Ermənistanın digər şəhərlərində radikal müxalifətin davam edən etirazları fonunda Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin növbəti görüşü baş tutub. Bu görüşdə Rusiya hökumətinin məlumatına görə, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri sərhəd, gömrük və digər nəzarət növləri üzrə mövqeləri müzakirə edib və razılaşdırıblar.

Baş nazirin müavinləri həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə ediblər. Çətin ki, Ermənistanda ağlı başında olan kimsə ölkəmizə hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan və Türkiyənin qurduğu nəqliyyat və iqtisadi blokadadan çıxmağa kömək edəcək regional kommunikasiyaların açılmasının zəruriliyini inkar etsin. Kommunikasiyaların blokdan çıxarılması təkcə Ermənistanda sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına kömək etməyəcək, həm də ölkəmizi nəqliyyat qovşağına çevirəcək. bu da milli iqtisadiyyatın dirçəldilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Bu isə erməni iqtisadiyyatı ilə yanaşı, mövcud hakimiyyət üçün əsas xilas yoludur. Ona görə də Paşinyan hökuməti nə Moskvada, nə də Brüsseldə görüşlərdən imtina etmir. Bəs Ermənistan nəyin bahasına blokadadan çıxarılacaq - sual asan deyil. Məsələ burasındadır ki, Nikol Paşinyan hakimiyyətdə olduğu illər ərzində Qərblə möhkəm münasibətlər qura bilməyib. İrəvanın Moskva ilə də münasibətləri yüksək səviyyədə deyil. Üstəlik, Moskva ilə Brüssel arasında İkinci Qarabaö müharibəsindən sonrakı dövrdə əsas “sülhməramlı” olmaq hüququ uğrunda rəqabət ermənilərin mövqeyini daha da zəiflədir. Hər iki güc mərkəzi həm sülh müqaviləsi, həm də sərhədlərin demarkasiyası baxımından İrəvandan daha çox Bakı və Ankaranın istəklərini nəzərə alır. Qarabağ ermənilərinin istəyi isə, təəssüf ki, bu gün ümumiyyətlə heç kim tərəfindən nəzərə alınmır. Hətta İrəvan tərəfindən belə. Müxalifət bu vəziyyətdə sərhədin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycanla sövdələşməyə qarşıdır və xalqı daim küçə etirazlarına çağırır. Bundan əlavə, ümumiyyətlə, müxalifət heç bir alternativ təklif etmədən danışıqların üçtərəfli formatını tanımaqdan imtina edir. Ancaq müxalifətdə olarkən iqtidarı günahlandırmaq, bütün günahı onun üstünə atmaq çətin deyil. Müxalifətin xalq qarşısında heç bir məsuliyyəti yoxdur. Paşinyan da müxalifətdə olarkən çox şeylər vəd edirdi, amma hakimiyyətə gəldikdən sonra deyilənlərin əksəriyyətinə əməl etmədi. İndi Ermənistan çətin vəziyyətdədir, amma Azərbaycanla, Türkiyə ilə münasibətləri normallaşdırmağa da məcburdur. İnanmaq istərdik ki, hökumət Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı bütün risqləri düzgün qiymətləndirir. Yenə deyirik, bu, Ermənistan üçün lazımlı bir şeydir. Blokadadan çıxış və demarkasiya növbəti kapitulyasiyaya çevrilməməlidir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ