Cümə günü, 13 noyabr 2026
     

Qərb Rusiya iqtisadiyyatını çökdürür, Moskva əvəzində qlobal ərzaq böhranı yaradır...

Image


Ukraynada davam edən müharibə fonunda Qərb ölkələri ilə Rusiya arasında sanksiyalarla, embarqolarla özünü büruzə verən iqtisadi savaş daha da kəskinləşir. Elə bu fonda 30-31 may tarixlərində Avropa İttifaqı Şurasının fövqəladə iclasının nəticələrinə uyğun olaraq, Rusiyaya qarşı altıncı sanksiyalar paketi Aİ səfirləri tərəfindən təsdiqlənib. Bildirilib ki, bu paketdə Rusiyaya qarşı sanksiyalar əhəmiyyətli dərəcədə yeni sahələri əhatə edir.

Quruma sədrlik edən Fransa xarici İşlər Nazirliyinin bu xüsusda bəyanatında qeyd edilir: “Xüsusilə Buça qırğınları ilə əlaqəli olan təhlükəsizlik və hərbi aparat üzvlərinə, Rusiya təcavüzü ilə əlaqəli sənaye və texnoloji sektora aid qurumlara, oliqarxlara, Rusiya təbliğat aktyorlarına və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq olunur. Rusiyadan dəniz yolu ilə neft idxalına qadağa tətbiq olunur. Bu qadağa Almaniya və Polşanın qəbul etdiyi milli qərarlarla birlikdə ilin sonuna qədər Rusiya neftinin idxalını 92% azaldacaq. Bu, mümkün qədər tez bir zamanda Rusiyadan boru kəməri ilə neft idxalına qadağa qoyulması ilə tamamlanacaq”. O da qeyd edilir ki, “Sberbank” və Belarus bankı da daxil olmaqla, üç Rusiya bankı SWIFT sistemindən ayrılır: “Rusiyaya ixrac qadağalarının uzadılması, xüsusən də kimyəvi maddələr və yüksək texnologiyalı mallara sanksiyalar tətbiq edilir. Rusiyanın neft sektoruna xidmətlərin göstərilməsi qadağan edilir. Eyni zamanda, təbliğatla məşğul olan üç Rusiya mediasına da sanksiya tətbiq olunur və Rusiya operatorları üçün məsləhət xidmətləri qadağan edilir”. Qeyd edilənlər fonunda Rusiya cavab tədbiri kimi dünya bazarlarına çıxardığı taxıl və digər kənd təsərrüfatı məhsullarını əhəmiyyətli dərəcədə azaltmağı düşünür. Yalnız sanksiayaların ləğvindən sonra Moskva tədarükünü bərpasının mümkünlüyündən danışır. Rusiya prezidenti Vladimir Putin qeyd edir ki, Moskva sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır: “Qərb dövlətlərinin uzaqgörən maliyyə-iqtisadi siyasəti nəticəsində dünya ərzaq bazarında yaranmış problemlər fonunda Rusiyaya qarşı sanksiyaların ləğvi ilə Rusiyanın əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsulları ixrac edə biləcəyi təsdiqlənib”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqələr ofisinin direktoru Oleq Kobyakov bildirir ki, hazırda dünyada Rusiya və Ukraynadan gələn ərzaq tədarükünü qısa müddətdə əvəz edə biləcək  ölkə : “Qısa müddətdə belə ölkələr yoxdur. Dünya taxıl bazarında Rusiya və Ukraynanın tutduğu paydan danışsaq, bu, 30%-i keçir. Ötən il Rusiya 35 milyon ton, Ukrayna təxminən 12 milyon ton ixrac edib. 50-dən çox ölkə Qara dəniz hövzəsi tədarükündən 30%-dən çox asılıdır. İqtisadçılar hesab edirlər ki, 30% asılılıq kritik həddir. Ərzaq təchizatında fasilələr və ərzaq qiymətlərinin kəskin artması milli iqtisadiyyatda böhran və vətəndaş iğtişaşları təhlükəsi yaradır”. Onun sözlərinə görə, elə ölkələr var ki, əslində bütün ərzaq taxıllarını Rusiyadan və Ukraynadan alır. Məsələn, Ermənistan, Gürcüstan və Monqolustan öz ehtiyaclarını 100 faiz Rusiyadan taxılla təmin edir. Afrika ölkələrindən Burkina Faso, Qvineya, Mali, Konqo, Namibiya, Ruanda və Toqo Rusiyanın taxıl idxalından çox asılıdır. Həm Ukrayna, həm də Rusiya taxılının alınmasında ən çox güvənən ölkələr Qana, İsrail, İran, İordaniya, Keniya, Liviya, Nikaraqua, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Tunis və Efiopiyadır. Oleq Kobyakov əlavə edib ki, mayın əvvəlində FAO, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu və Ümumdünya Ərzaq Proqramı birgə yaydığı hesabatda, bu gün yüz minlərlə insanın kritik aclıq həddində olduğu bildirilir. Bunlar Rusiya və Ukraynadan taxıl alan Yəmən, Madaqaskar, Efiopiya kimi ölkələrin sakinləridir: “Gəlin Rusiya və Ukraynadan gələn tədarükləri kimsə əvəz edə bilərmi sualına qayıdaq. Baxın, hətta buğdasının artıqlığı ilə ticarətə başlayan Hindistan da məhdudiyyətlər tətbiq edib. Çünki əks halda onun öz ehtiyaclarını ödəmək üçün kifayət qədər taxılı olmazdı. Buna görə də həm Ukrayna, həm də Rusiya ixracatını blokdan çıxarmaq lazımdır - axı, Rusiyanın əsas ixrac taxıl terminalı olan Novorossiysk Ticarət Limanı sanksiyalara məruz qaldı. Anti-Rusiya sanksiyaları səbəbindən pul köçürmələri çətinləşir, gəmi kirayələmək demək olar ki, mümkün deyil və əgər siz onu icarəyə götürsəniz belə, sığortaçı yükü və ya gəminin özünü sığortalamağa riski etməyəcək”.

Rusiya sanksiyalara görə taxıl ixracını məhdudlaşdırdığı halda, Ukraya limanlarından da bu məhsulun buraxılmasına imkan vermir. Düzdür, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya Ukrayna taxılı olan gəmiləri buraxmağa hazırdır, lakin Kiyev dənizi təmizləməlidir: "Ukraynalılara gəlincə, ilk növbədə limanlarını təmizləsinlər. Biz təhlükəsiz keçidi təmin etməyə hazırıq, lakin ilk növbədə onlar minaları təmizləməlidirlər, bunlar bizim deyil, onların minalarıdır”. Məlumata görə, Rusiya, Türkiyə və BMT Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üçün təhlükəsiz dəhlizin fəaliyyətini təmin edəcək yol xəritəsi hazırlayıb. Ümumiyyətlə, Türkiyə bir müddətdir ki, Ukraynadan taxılın dünya bazarlarına təhlükəsiz çatdırılmasını təmin etmək mexanizmini formalaşdırmaq üçün diplomatik təmaslar aparır. Türkiyə tərəfi ilə Rusiya, Ukrayna və BMT nümayəndələri arasında aparılan danışıqlar nəticəsində “taxıl dəhlizi”nin funksionallığını təmin etmək üçün yol xəritəsi hazırlanıb. Yaxın vaxtlarda İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT-nin iclası keçiriləcək. İclasda Ukrayna limanlarından taxıl ixracı müzakirə olunacaq. Dördtərəfli formatda marşrut, sığorta, gəmilərin təhlükəsizliyi, limanların minalardan təmizlənməsi, eləcə də koordinasiya mərkəzinin tərkibi kimi məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. İstanbulda yaradılan taxıl ixracı mərkəzi Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında qarşılıqlı əlaqəni tənzimləyəcək. Koordinasiya mərkəzinin fəaliyyətə başlaması Ukrayna limanlarından dünya bazarlarına 20 milyon ton taxıl ixrac etməyə imkan verəcək. Amma bu proses yubansa, onda dünyada taxıl böhranı qaçılmaz olacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ