Cümə günü, 13 noyabr 2026
     

Bakı İrəvandan Xocalı canilərini də alacaq...

Image


Azərbaycan və Ermənistan liderləri arasında baş tutan Brüssel görüşü artıq öz müsbət nəticələrini verir. Xatırladaq ki, Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti - ötən ilin dekabrından bəri üçüncü görüş keçirildi. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də ölkəmiz şərtləri diqtə edən tərəf oldu.

Müzakirələrdə əsas məqamlardan biri heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsi oldu. Artıq dünya gücləri postmünaqişə dövrünün reallıqlarını qəbul edir, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması fonunda regionda yeni reallıqların həyata keçirilməsində maraqlıdırlar. Sonuncu Brüssel görüşünün nəticəsində yer alan əsas məqamlardan biri budur ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə baş tutdu. Qeyd edək ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib. Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib. Bütün bunlar proseslərin Azərbaycanın istədiyi kimi inkiaşf etdiyini göstərir. Elə bu da Ermənistanda ciddi məyusluq yaradır. Erməni Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan qeyd edir ki, Azərbaycanın bütün tələbləri yerinə yetirilir: “Görüşdən sonra Ermənistan və Azərbaycan liderləri şərh verməkdən imtina ediblər və görüşün nəticələri ilə bağlı yeganə rəsmi açıqlamanı görüşün vasitəçisi Mişel verib. Nikol Paşinyanın Qarabağ məsələsində plankanın aşağı salınması ilə bağlı bəyanatı isə Ermənistanın Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə hüququ”nu dəstəkləməkdən imtina etdiyi yeni rəsmi siyasətindən xəbər verir. Maraqlıdır, Paşinyan və ona xidmət edən komanda heç olmasa belə dağıdıcı qərarın nəticələrinə görə bütün məsuliyyəti daşıyacaqlarını başa düşürlərmi?”.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının üzvü Lilit Qalstyan isə qeyd edir ki, Bakı sürətlə hədəflərinə çatır: “Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Paşinyan- Əliyev görüşündən sonra verdiyi bəyanat təkcə Qarabağ məsələsinin dəfn edilməsi ilə bağlı deyil, həm də Ermənistanın parçalanması və dövlətin son kapitulyasiyası haqqındadır. Bunu belə şərh etmək olar: 1) Bir ildir davam edən Azərbaycanın aktivliyi, Azərbaycan hərbi birləşmələrinin mövcudluğu barədə heç bir söz yoxdur. 2) Əsirlərin qaytarılması haqqında bir kəlmə də yoxdur. 3) Qarabağın “öz müqəddəratını təyinetmə hüququ və statusu” haqqında bir kəlmə də yoxdur. 4) Sürətli demarkasiya proseduru tələb olunur, bunun məqsədi Ermənistandan əraziləri qoparmaq, Qarabağı Azərbaycanın tərkibində buraxmaq və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır. 5) Aydındır ki, kommunikasiyalar bəndinin altında Ermənistanın yeni, daha çox suverenlik itkiləri qeydə alınacaq. 6) Sülh müqaviləsi. Təbii ki, bu artıq yekunlaşıb, Ermənistanın yekun kapitulyasiyasını elan edəcək. 7) Bütün bunlara paralel olaraq Rubinyan-Kılıç danışıqları gedir ki, bu da öz növbəsində Ermənistanın siyasi çöküşünə töhfə verir. 8) Aİ-nin sosial-iqtisadi inkişaf vədləri təxminən Əfqanıstanda və ərəb dünyasında ABŞ-ın dəstəklədiyi demokratiyaya bərabərdir”. Rusiyalı politoloq Stanislav Tarasov da bildirir ki, sülh müqaviləsinin imzalanması Bakının şərtləri əsasında mümkün olacaq: “Məsələ tamamilə demarkasiya və delimitasiya ilə bağlıdır. Onlar sülh müqaviləsi imzalayırlarsa, deməli, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tam tanıyır. Sərhəd necə çəkiləcək? Güman edirəm ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd Laçın hissəsindən keçir. İndiki Laçın dəhlizi də Ermənistanla Azərbaycan arasında sərhəd dəhlizinə çevrilir”. O qeyd edir ki, Rusiya hazırda Qərbin sanksiyalarına görə regional kommunikasiyaların açılmasında maraqlıdır. “Rusiya qeyd etdiyim səbəblərə görə bunun baş verməsinin tərəfdarıdır. İndi hər şey hansı razılaşmaların əldə olunacağından və Avropa İttifaqının bunda hansı rol oynayacağından asılıdır. Avropa İttifaqı dağılmış Minsk qrupunu bərpa etməyə və “status” məsələsini gündəmə gətirməyə çalışırsa, bu artıq fərqli şeydir. Avropa İttifaqı bu məsələni qaldırmasa, Moskva öz sülhməramlılarının məsələsini həll edəcək. Amma belə olan halda, İrəvan və ya İrəvan-Bakı-Moskva üçbucağı ilə deyil, sırf Azərbaycanla danışmaq lazımdır, çünki qanuni olaraq sülhməramlılar Azərbaycan ərazisindədir. Ümumiyyətlə, Qarabağın taleyi indi Azərbaycanın və bir qədər də Rusiyanın iradəsindən asılıdır”. Amma Azərbaycan üçün maraq dairəsində təkcə sülh müqaviləsi, sərhədlər məsələsi yer almır. Belə ki, Ermənistan mətbuatı Brüssel görüşü ilə bağlı maraqlı bir iddia ilə çıxış edib. Həmin iddiaya görə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyandan Birinci Qarabağ savaşı, ən əsası isə Xocalı qətliamında iştirak etmiş yüksək çinli erməni hərbçilərinin cinayət məsuliyyətinə cəlb edilməsini, onların Azərbaycana təhvil verilməsini tələb edib. “Teleqraf” portalının məlumatına əsasən, hətta Azərbaycan Prezidenti Şarl Mişelə bu tələbdən imtina etməyəcəyini bildirib. “Qraparak” qəzetinin yazdığına görə, İlham Əliyevin Nikol Paşinyandan tələb etdiyi şəxslər generallar Manvel Qriqoryan, Aşot Minasyan, Yuri Xaçaturov, Seyran Ohanyan və Qnel Manukyandır. Bundan başqa, daha bir neçə polkovnik və polkovnik-leytenantın da Azərbaycana təhvil verilməsi istənilib. Qeyd edək ki, adları sadalanan erməni generallarından yalnız Qnel Makukyan 44 günlük müharibədən az sonra ölüb. Erməni mediası bu tələbin yerinə yetirilmə ehtimalının da yüksək olduğunu bildirib.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ