Cümə günü, 13 noyabr 2026
     

Sülh üçün Brüsseldə İrəvana son şans verildi

Image


Ermənistanla sülh sazişi imzalamaqda maraqlı olan Azərbaycan üçün xüsusi maraq dairəsində olan məqamlardan biri İrəvanın bu xüsusda üzərinə götürdüyü öhdəliklərə əməl etməsidir. Məsələ burasındadır ki, məhz Ermənistanın postmüharibə dövründə öhdəliklərinə əməl etməməsi sülh müqaviləsinin imzalanmasını ləngidir.

Ermənistan istər Rusiya, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan danışıqlarda öhdəlik və vədlərini yerinə yetirməyib. Məhz bu da sülhün əldə edilməsini əngəlləyir. İndi İrəvan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş görüşdə yenə sülh üçün öhdılik götürüb. Bununla bağlı  Şarl Mişel açıqlamasında qeyd edir: “Mən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə bir daha ev sahibliyi etdim. Bu bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik. Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq. Biz aşağıdakı nəticələrə nail olduq. Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar, xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcək. Sülh sazişinə gəlincə, liderlər Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri bu prosesi davam etdirəcək.

Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir. Sosial-iqtisadi inkişafa gəlincə, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Mən, həmçinin, əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım və Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır. Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”. Hazırda həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqı ölkələri 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmaların formalaşdırdığı yeni geosiyasi reallıqdan çıxış edirlər. Azərbaycanın sülh üçün istər Rusiya, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlar zamanı irəli sürdüyü prinsiplər təkcə regiondakı yeni geosiyasi reallıqlara deyil, eyni zamanda, beynəlxalq hüquq normalarına əsaslanır. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra müxtəlif iddia və bəhanələrlə sülh masası arxasına oturmaqdan imtina edən, prosesi hər vəchlə yubatmağa çalışan Ermənistan Azərbaycanın uğurlu siyasi, diplomatik və hərbi gedişləri qarşısında son 6 ayda geri çəkilməyə, yeni geosiyasi vəziyyətlə barışmağa məcbur olub. Lakin rəsmi İrəvanın hər vəchlə üzərinə götürdüyü öhdəliklərin icrasını uzatmağa çalışması da hazırda özünü qabarıq göstərir. Proseslərin təhlili göstərir ki, Ermənistan rəhbərliyi uğursuz siyasi manevrlərlə danışıqlar prosesinin Rusiya ilə Qərb arasında geosiyasi rəqabət mövzusuna çevrilməsinə, yubanmasına çalışır. Lakin Ermənistanın “zham.am” nəşri yazır ki, bu, elə Ermənistanın özünə baha başa gələ bilər: “Rusiya ilə Qərb arasında münasibətlərin nə qədər gərgin olduğunu hamı bilir. Hətta keçmiş Minsk formatı da bu gün dağılıb. Və bu vəziyyətdə Nikol Paşinyan anlaya bilmir ki, həm Moskvanı, həm də Brüsseli qane edə bilmək üçün özünü necə istiqamətləndirsin. Onun və tərəfdarlarının Minsk prosesini “diriltmək” iddiaları nəinki lağa qoyulur, həm də Moskvanı və Qərbi qıcıqlandırmağa başlayır. Bu vəziyyətdə Paşinyanın hərəkətləri qıcolmaya bənzəyir. Paşinyan həm Moskvanı, həm də Brüsseli sevindirmək istəyir, amma geosiyasi qarşıdurmanın indiki səviyyəsini nəzərə alanda nə baş verdiyi məlumdur. Ermənistan və Azərbaycan rəhbərləri arasında Brüsseldə keçirilən ilk görüşdə Paşinyan Brüsselin himayəsi altında Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası prosesinə başlamağı təklif edib. Heç kim Paşinyanın belə bir təklif verməsini istəməsə də, onun “təşəbbüsünü” göstərmək istəyi acı zarafat idi. Təbii ki, bu təklif Brüsseldə müsbət qarşılandı və İlham Əliyev Paşinyanın təklifi ilə razılaşdı. Aprelin sonunda iki tərəfin prosesə başlamaq üçün işçi qrupları yaratması razılaşdırıldı. Lakin Paşinyan aprelin 19-da baş tutan Moskva səfərindən sonra təşəbbüsünü “unutdu”. Üstəlik, Putin-Paşinyan görüşündən sonra Rusiya tərəfinin nümayəndələrindən biri bəyan edib ki, “...sərhədlərin demarkasiyası və delimitasiyası müstəsna olaraq keçmiş sovet xəritələri əsasında həyata keçirilə bilər...”. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Qərbi ittiham edərək qeyd edib ki, “...Brüssel həyasızcasına bu prosesi özəlləşdirməyə çalışır...”. Qərbdə Paşinyanın davranışı qəbuledilməz kimi qiymətləndirilib. Xüsusən ona görə ki, Paşinyan bu prosesin başlanğıcda Rusiyanın iştirakı olmadan başlamasını təklif edib. Paşinyan hakimiyyətinin nümayəndələri açıq şəkildə Brüsselin dəstəyindən imtina etmir, lakin, xüsusən danışıqların əvvəldən Moskvanın himayəsi ilə aparıldığını nəzərə alaraq Moskvanın kəskin reaksiya verəcəyindən qorxurlar. Bu yaxınlarda xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, “... Ermənistan bu prosesin Brüsselin himayəsi altında aparılmasının tərəfdarıdır...”. Əslində Paşinyan bu ağır geosiyasi vəziyyətdə özünü dəliyə atıb, həmin dəlikdən çıxa bilmir, Ermənistanı növbəti dəfə gözdən salır, ölkəmizi beynəlxalq sülhməramlıların əlində futbol topuna çevirir. Reallıq budur”. Qeyd edilir ki, İrəvan bu dəfə də Brüssel razılaşmasına əməl etməsə, Qərb Ermənistandan üz çevirəcək. Bu da Ermənistanın ağır vəziyyətə düşməsi deməkdir. Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyəli danışıqlar prosesi ümumən rəsmi Bakının önə çəkdiyi meyarlara söykənir: Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, ərazi iddialarından, bu məqsədlə güc tətbiqindən imtina, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların, iqtisadi əlaqələrin bərpası. Qeyri-konstruktiv addımlarına rəğmən, rəsmi İrəvan Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə indiyədək imzalanmış bəyanatların, əldə olunmuş razılaşmaların icrasını süni şəkildə, ciddi əsaslar olmadan yubatmağın onun üçün ağır nəticələrə səbəb ola biləcəyinin də fərqindədir. Digər tərəfdən, Ermənistanın qeyri-müəyyən davranışları, sülhə mane olmaq cəhdləri onu beynəlxalq miqyasda ciddi tənqid və qınaq obyektinə çevirir. Rəsmi İrəvan sülh təkliflərinə laqeyd mövqe nümayiş etdirməklə, regionda əməkdaşlıq münasibətlərini dəstəkləyən ölkələrin maraqlarına qarşı çıxır. Tərəfləri regionda sülh və qarşılıqlı etimad mühiti formalaşdırmağa səsləyən dövlətlər, eləcə də beynəlxalq təşkilatlar da artıq bu reallığı qəbul edirlər ki, qalıcı sülhün əldə olunması, sabit və təhlükəsiz əməkdaşlıq mühitinin formalaşdırılması üçün keçmişə qayıdış olmamalı, Ermənistandakı müəyyən qüvvələr revanşist düşüncələrindən əl çəkməlidir. İndi Ermənistan hakimiyyəti də bununla razılaşmağa məcburdur. Əks təqdirdə, öhdəliklərinə əməl etmədiyi üçün Ermənistanla sülh danışıqlarının da mənası qalmayacaq. Bu halda hadisələrin sonrakı inkişafına görə bütün məsuliyyət də məhz Ermənistanın üzərinə düşəcək.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ