Cümə günü, 13 noyabr 2026
     

Qərb ikili standartlarından hələ də əl çəkmir…

Image


Qərb ölkələrinin ikili standartlar siyasəti ilə bağlı faktiki nümunələrin sayı getdikcə artır. Bu hal Ukraynada məlum hadisələr fonunda özünü daha qabarıq büruzə verməyə başlayır.

Məsələnin mahiyyətinə keçməzdən əvvəl qeyd edək ki, Ukraynada baş verənlər həqiqətən böyük faciədir. Ölkə müharibədən sonra da onun fəsadları ilə on illərlə mübarizə aparmalı olacaq. Bunu Almaniya kansleri Olaf Şolts da etiraf edir: “Genişmiqyaslı müharibənin nəticələrini, o cümlədən partlamamış hərbi sursat və mina təhlükəsini aradan qaldırmaq üçün Ukraynaya təxminən bir əsr vaxt lazım ola bilər. Almaniyada yaşayanlar bilirlər ki, biz hələ də İkinci Dünya Müharibəsi zamanı düşmüş mərmiləri tapırıq. Ukrayna daha yüz il bu müharibənin nəticələri ilə mübarizə aparmalı olacaq. Belə müharibələrin uzunmüddətli nəticələri olur - indi atılan bütün mərmilər illərlə torpaqda qala bilər”. O əlavə edib ki, Qərb tərəfdaşları müharibədən sonra Ukraynanın bərpasına birgə töhfə verməli olacaqlar. Beləliklə, Qərb ölkələri Ukraynada partlamamış hərbi sursat və mina təhlükəsindən narahatlıq ifadə edir. Halbuki, eyni problemlə üzləşən Azərbaycanın bu xüsusda problemlərinə lazımi reaksiya sərgilənmir. Halbuki, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayevanın məlumatına əsasən, üçtərəfli bəyanat imzalandıqdan bugünədək, əksəriyyəti mülki şəxs olmaqla, ölkəmizdə 219 nəfər mina qurbanı olub: "Əfsuslar olsun ki, vətəndaşlarımız mütəmadi olaraq, o cümlədən Ermənistan tərəfinin xəritələri təqdim etməsindən, habelə iki dövlət liderinin Brüssel görüşündən sonra da mina qurbanına çevrilirlər. Bu ilin yalnız aprel ayında baş vermiş 9 hadisə nəticəsində 10 nəfər minalardan xəsarər alıb". Amma nədənsə indiyə kimi Qərb ölkələri bunları görməzlikdən gəlir, Ermənistana mina, partlamamış hərbi sursat məsələsinə görə təzyiq, Azərbaycana isə yardım edilmir. Digər tərəfdən bəllidir ki, Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlara ən radikal reaksiyalar Qərb ölkələrindən gəlməkdədir. Rusiyanın addımlarını işğalçılıq kimi qiymətləndirən Amerika, Avropa İttifaqı  Moskvaya qarşı vahid cəbhə açıblar. Halbuki, onlar Azərbaycan torpaqları işğal olunanda, xalqımız qaçqın və məcburi köçkün durumuna düşəndə quru bəyanatlar verməkdən savayı bir iş görmürdülər.

İndi də partlamamış hərbi sursat və mina təhlükəsi ilə bağlı eyni siyasət sərgilənir. Bu arada bəlli olub ki, Dünya Bankı Ukraynaya hər ay təxminən 200 milyon dollar verəcək. Bu vəsait dövlət qulluqçuları və müəllimlərin əmək haqqının ödənilməsi üçün istifadə olunacaq. Ukraynanın maliyyə nazirinin müavini Roman Yermolıçevin sözlərinə görə, Maliyyə Nazirliyi daim ölkənin ehtiyacları üçün, o cümlədən təhsilə dəstək üçün alternativ maliyyə mənbələri axtarır: “Ona görə də hakimiyyətin digər orqanları ilə birlikdə artıq Dünya Bankı ilə Ukraynada davamlı dövlət idarəçiliyini təmin etmək üçün dövlət xərclərinə dəstək adlı birgə layihə hazırlayırıq. Elan edilən yardımın məbləği 1,5 milyard ABŞ dolları təşkil edəcək”. Layihə dövlət qulluqçularına və müəllimlərə əməkhaqqı verilərkən dövlət büdcəsi xərclərinin qarşılanmasını nəzərdə tutur. Halbuki, Azərbaycanın ərazilərini işğaldan azad edəndə Dünya Bankı və digər mənbələr ölkəmizə qarşı belə səxavətli davranmırdılar. Elə indi də işğaldan azad edilən Azərbaycan ərazilərinin bərpasına Qərb, nədənsə, maliyyə yardımları ayırmağa həvəs göstərmir. Münaqişə gedən ölkələrə milyardlarla vəsait ayıran Qərb Ermənistan-Azərbaycan müharibəsi başa çatandan sonra 30 il işğala məruz qalan, böyük bir əraziləri talanan Azərbaycana cəmi 140 milyon avro ayırmaqla kifayətləndi. Amma Azərbaycandan 3 dəfə kiçik olan işğalçı Ermənistana 2,6 milyard, avro ayırdı. Yalnız Azərbaycanın sərt reaksiayasından sonra bu məsələdə paritetə diqqət edildi. Bu gün heç kimin köməyi olmadan beynəlxalq müstəvidə öz hüququnu müdafiə edən Azərbaycan öz vəsaiti hesabına da işğaldan azad etdiyi ərazilərdə quruculuq işləri aparır. Bəs onda Qərb, onun nəzarətində olan beynəlxalq təçkilatlar Azərbaycanın hansı dərdinə dərmandır? Bu suala hələ də cavab yoxdur. Daha bir məqama diqqət edək. Məlumdur ki, aprelin 7-də Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb. Rusiyaya qarşı belə sərt tədbirin görülməsi Ukraynanın Buça şəhərində törədilən qətliamdır. Martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb. Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Amma yaxın keçmişdə baş vermiş bir çox hadisələrə münasibətdə Qərb eyni münasibət sərgiləmir. Buçadan yayılan görüntülərdən daha dəhşətli olanları  Xocalıda baş verib. Bu xüsusda foto və video görüntülər də yetərincədir. Bu soyqırımı törədən Ermənistan hələ də BMT İnsan Hüquqları Şurasının üzvüdür. Ermənistan bura 2020-ci ildə Şərqi Avropa regionundan seçilib və səlahiyyət müddəti 2022-ci ili də əhatə edir. Lakin Rusiyadan fərqli olaraq, Qərb ölkələri Ermənistanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyünü dayandırmır. Bu da ikili standartların daha bir təzahürüdür.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ