şənbə günü, 14 noyabr 2026
     

Ən böyük ticarət tərəfdaşımız İtaliya kimliyi bilinməyən erməni Nersesə görə YUNESKO-da Azərbaycana haqsızlıq etdi...

Image


Ermənistanın saxtakarlıqları, mənşəyi məlum olmayan şəxslərin “tarixi şəxsiyyət” adı altında piarının aparılması tendensiyası özünü Parisdə keçirilən YUNESKO Baş Konfransının 41-ci sessiyasında da göstərdi. Saxta erməni kampaniyasının böyük ölçüdə davam etdiyinin bir daha şahidi olduq. Qondarma, mənşəyi bilinməyən erməni “patriarxı” Nerses Şnoralinin ölümünün 850-ci ildönümünün YUNESKO-nun təqviminə salınması da bu qəbildəndir. Erməni kilsəsinin yaratdığı mifik obrazları tarixiləşdirib, “tarixi şəxsiyyət”ə çevirib beynəlxalq aləmdə təbliğ edirlər.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistanın təklifi ilə Nerses Şnoralinin ölümünün 850-ci ildönümünün 2022-2023-cü illər üçün YUNESKO-nun təqviminə daxil edilməsi Kipr, İtaliya, Yunanıstan və Suriya Ərəb Respublikası tərəfindən dəstəklənib.

Qəribədir ki, bizə dost olan, ticarət və digər sahələrdə uğurlu əməkdaşlıq etdiyimiz İtaliya da qondarma Nersesin ölümünün 850 illiyinin YUNESKO təqviminə daxil edilməsinə dəstək verib. İtaliya niyə belə səhvə yol verib? Bu ölkə ki, Ermənistanın, ermənilərin bütün saxtakarlıqlarını, xəyanətlərini bilən, ifşa edən bizə dost ölkədir.

  • “Mənə elə gəlir ki, dost İtaliya dövləti bu məsələyə hansısa səviyyədə aydınlıq gətirəcək”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, YUNESKO-nun özündə Ermənistanın saxtakarlıqlarını yaxından dəstəkləyənlər var. Q.Hacıyev dost İtaliya nümayəndələrinin Ermənistanın növbəti uydurma və cəfəngiyyatlarına səs verməsini təəssüflə qarşıladı. O hesab edir ki, İtaliyanın özündə də ermənipərəstlər olmamış deyil. Q.Hacıyev xatırlatdı ki, hətta bir müddət əvvəl ermənipərəst qüvvələr və erməni lobbisi İtaliya prezidentinin özünü belə tora salmağa nail olaraq, onun dilindən ermənilərin də qədim sivilizasiyaya “aid oluğu” fikrini səsləndirmişdilər. Q.Hacıyev deyir ki, İtaliyanın YUNESCO-nun məlum sessiyasına qatılan nümayəndələri erməni lobbisinin təsiri ilə bu yanlış addımı atıb. “Bizə məlumdur ki, yalançı tarix düzəltmək, qondarma “tarixi şəxsiyyət”lər “istehsal” edib onları təbliğ etmək ermənizm siyasətinin başlıca istiqamətlərindən biridir. Tarixə nəzər salanda xatırlayırıq ki, ermənilər müxtəlif dövrlərdə tarixə saysız saxta, qondarma məsələləri daxil edə biliblər.  Özlərinin “vətən”i, “ərazilər”i, “Böyük Ermənistan” və mədəniyyət xadimləri, tarixi şəxsiyyətləri, xristianlığa gətirdikləri “yeniliklər” və sair barədə tarixə çoxlu uydurmalar salıblar. Tarixə yamanan bu yalan və saxtakarlıqlar da vaxtaşırı olaraq beynəlxalq aləmə çıxarılır, erməni lobbisinin, xaricdəki ermənipərəstlərin dəstəyi ilə YUNESKO və digər təşkilatlara daşınır. Qəribədir ki, bu yalanlar bəzi dövlətlər  tərəfindən də qəbul edilir. Burada bir məsələ diqqəti cəlb edir. Ermənistanın YUNESKO-ya təqdim etdiyi təkliflərə, yaxud nümunələrə nəzər saldıqda görürük ki, bu təşkilat Ermənistana, ermənilərə çox güzəştlər edir. Məsələn, ermənilərin uydurduğu və bu təşkilata təqdim etdiyi saxta nümunələr qəbul edilir. Niyə?”

Q.Hacıyev deyir ki, ermənilərin tarixə yamaq etdikləri uydurma şəxsiyyətlər, hadisələr erməni lobbisinin pulu gücünə ayaq aça bilib. Q.Hacıyevin sözlərinə görə, erməni əlifbası adlandırılan əlifbanın yaradıcından tutmuş sonrakı dövrlərə qədər erməni tarixinə daxil edilən şəxsiyyətlərin böyük əksəriyyəti  başqa xalqların nümayəndələridir, onların ermənilərə heç bir aidiyyəti yoxdur. “O ki qaldı Nersesin ölümünün 850-ci ilinin YUNESKO təqviminə salınmasına dəstək olan ölkələrə, Yunanıstan, yunan Kiprinin, Suriya Ərəb Respublikasının Ermənistana dəstək verməsi qətiyyən təəccüblü gəlmədi. Onların ermənilərə münasibəti məlumdur. Suriyanın yarısı elə ermənilərdir. Elə müsəlman dövlətləri var ki, ermənilərdən də pisdi. Ona heç şübhə yoxdur. Amma İtaliyanın Ermənistanın bu saxtakarlığına dəstək verməsi doğrudan da bizi çox ciddi şəkildə həm təəccübləndirdi, həm də təəssüfləndirdi. Necə ola bilər ki, dost İtaliyanın təmsilçiləri Azərbaycanın maraqlarına zidd addım atsın? İtaliya kimi qədim mədəniyyət beşiyi olan, həmişə obyektiv mövqe tutan  bir ölkənin qondarma Nersesin ölümünün 850 illiyinin təqvimə, tarixə salınmasına səs verməsinin arxasında mütləq erməni təsiri durur. Ermənilər YUNESKO-dakı mövqelərindən sui-istifadə edib özlərinin qondarma tarixi şəxsiyyətlərini tarixə salırlar, buna dəstək olanlardan biri də bizə dost ölkədir... Mənə elə gəlir ki, dost İtaliya dövləti bu məsələyə hansısa səviyyədə aydınlıq gətirəcək. Çünki İtaliya təmsilçiləri bu yanlış addımları ilə erməni saxtakarlığına dəstək olublar. Bütün hallarda, yenə də düşünürəm ki, İtaliya nümayəndələri erməni lobbisinin saxta təbliğatının təsiri ilə belə yanlış addım atıblar. Yenə də bu ölkənin rəsmiləri məsələyə aydınlıq gətirməlidir. İtaliya dost ölkədir, dəfələrlə müharibə dövründə də, postmüharibə dövründə də İtaliyanın dəstəyini görmüşük. Azad edilən ərazilərimizdə italyan şirkətlərinə meydan verilir. Bir sözlə, bu ölkə ilə yaxşı münasibətlərə malikik. Görünür, erməni lobbisi və ermənipərəst qüvvələr Azərbaycan-İtaliya münasibətlərini zədələmək məqsədilə bu ölkənin təmsilçilərini öz təxribatlarına şərik etməyi əvvəlcədən planlayıbmış. Çox təəssüf ki, İtailiyanın YUNESKO-dakı təmsilçiləri də erməni toruna düşdü... İtaliyada da ermənipərəstlər var, onlar da gecə-gündüz işləyir”. Q.Hacıyev qeyd edir ki, bütün hallarda burada erməni barmağı var.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ