şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın məhv etdiyi erməni ordusunun qalıqları da darmadağın olur…

Image


Vətən müharibəsində Azərbaycan tərəfindən darmadağın edilmiş Ermənistan ordusunun qalıqları hazırda ciddi problemlər məngənəsində boğulur. Burada yenə fərarilik, nizamnamə qaydalarının pozulması, digər müxtəlif cinayət halları geniş vüsət alıb. Bu hal erməni ordusunda yeni itkilərlə müşahidə edilir. Vəziyyətdən çıxış yolu kimi isə Ermənistan Müdafiə Nazirliyi dezinformasiyalara üstünlük verir, insidentlər nəticəsində həyatını itirən erməni hərbçilərinin bəzilərinin guya Azərbaycan tərəfi ilə atışmada ölməsinə dair görüntü yaratmağa çalışır. Bunu Ermənistanın Tavuş regionunda güllələnmiş hərbçi meyitinin aşkar olunması fonunda bir daha görmək mümkündür.

Məlumata əsasən, Azərbaycanla sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət keçən 2001-ci il təvəllüdlü əsgər Suren Avetisyanın meyiti aşkarlanıb. Bildirilib ki, əsgər başından aldığı güllə yarasından ölüb. Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır. Bu durumda maraqlı məqam odur ki,  Ermənistan Müdafiə Nazirliyi cəbhədə atışma görüntüsü yaratmağa çalışır. Lakin məlum olur ki, əslində, Ermənistan Müdafiə Nazirliyi cəbhədə yerləşən erməni ordusunda baş verən biabırçı insdentə don geyindirməklə məşğuldur. Aparılan araşdırmalara əsasən, erməni ordusunda silahlı insdent baş verib. Atışma nəticəsində 3 hərbçi ağır yaralanıb,19 yaşlı hərbi qulluqçu Suren Avetisyan isə ölüb. Baş verən hadisənin zorlama olduğunu isə erməni hərbi ekspert Geqam Sarkisyan üzə çıxarıb. Hərbi ekspert bildirib ki, könüllülər gənc əsgərlərə cinsi zorakılıq edib: “Məhz bu qalmaqaldan sonra 19 yaşlı hərbi qulluqçu Suren Avetisyan silaha əl atıb və 3 könüllünü güllələyib. Suren Avetisyaı güllələyən isə öz komandiridir“. Bu fakt bir daha erməni ordusunda zorlama hallarının hələ də davam etdiyini göstərir. Ümumiyyətlə, Ermənistan Silahlı Qüvvələrində baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət alma, korrupsiya, intihara cəhd etmə, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı müharibədən sonra da azalmayıb. Bunu postmüharibə dövründə qeydə alınan çoxsaylı faktlar da təsdiq edir. Ermənistan ordusunun baş qərargah rəisinin keçmiş müavini, keçmiş hərbi komissar, general-mayor Levon Stepanyan isə etiraf edir ki, ordudan fərarilik halları da yüksək olaraq qalır. Xatırladaq ki, ikinci Qarabağ müharibəsi zamanı da erməni ordu sıralarından minimum 10 min əsgər fərarilik edərək döyüşü tərk edib. Bu fonda Ermənistan Silahlı Qüvvələrində tüğyan edən rüşvətxorluq və korrupsiya halları da ən çox müzakirələrə və mübahisələrə səbəb olan mövzudur. Bu günlərdə isə daha bir rüşvət qalmaqalı Ararat vilayətinin Armaş yaşayış məntəqəsində yerləşən hərbi hissədə baş verib. Burada xidmət edən bir neçə hərbçi tərxis olunmaq üçün komandanlığa müraciət edib. Müraciətlərinə uzun müddət cavab almayan şəxslər bunun səbəbi ilə maraqlanıblar. Cavabında isə ehtiyata buraxılmaq istəyən erməni hərbçilər Edqar Zavtilyan, Artur Volodyan, Qriqori Qriqoryandan külli miqdarda rüşvət tələb olunub. Erməni hərbçilər müraciətlərinə müsbət cavab verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bildiriblər. Daha bir maraqlı məqam odur ki, Ermənistan ordusunun hərbi qulluqçuları arasında spirtli içkilərə meyllilik artıq adi hal alıb. Bu vəziyyət ordu rəhbərliyi üçün başağrısına çevrilib. Elə bir ay və ya həftə yoxdur ki, içkili vəziyyətdə yol-nəqliyyat hadisəsi və digər cinayət törədən erməni hərbçisi məsuliyyətə cəlb olunmasın. Yayılan məlumatlarda növbəti belə insidentin Ararat şəhərində baş verdiyi bildirilir. Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Mariam Petrosyan içkili vəziyyətdə şəhər əhalisinə qarşı nalayiq hərəkətlərə yol verib. Sakinlərin şikayətindən sonra hərbçi polis bölməsinə aparılıb. Onun hərbi qulluqçu olduğu müəyyən edildikdən sonra M.Petrosyan hərbi polis əməkdaşlarına təhvil verilib. Orduda digər qanunsuzluqlar fonunda erməni tərəfinin Azərbaycana qarşı indi hansısa müqavimət təşkil edə bilməsi inandırıcı görünmür. Elə bu səbəbdən “İravnuk” qəzeti yazır ki, Azərbaycanla son sərhəd toqquşmasında erməni tərəfinin itkilərinin və əsirlərinin sayının çox olması təəccüblü qarşılanmamalıdır. Yeri gəlmişkən xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı saxlanılan erməni hərbçilərin sayı ilə bağlı maraqlı açıqlama verib. Baş nazirin sözlərinə görə, bu rəqəm Ermənistan Müdafiə Nazirliyinin açıqladığı kimi 19 yox, 32-dir. Paşinyan bildirib ki, saxlanılan 32 erməni hərbçi ilə bağlı məlumatlar dəqiqləşdirilir: “Başa düşürəm, belə danışmaq yersizdir… Amma altı ölü, 24+8 saxlanılan var. Bununla belə, məlumatları dəqiqləşdirmək lazımdır. Üstəlik, saxlanılanlar arasında yaralılar da var”. Lakin erməni mediası yazır ki, Zəngəzur bölgəsindəki son sərhəd döyüşlərində Ermənistan Silahlı Qüvvələri 21 hərbçisini itirib. Azərbaycan tərəfindən saxlanılan erməni hərbçilərinin sayı isə həqiqətən 30 nəfərdən çoxdur. Bundan başqa, Ermənistan Silahlı Qüvvələrinin yaralılarının sayı 100-ə çatır.

Tahir TAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ