Suqovuşanda tapılan daha bir erməni hərbçinin cəsədi Ermənistana təhvil verildi

img

İşğaldan azad edilən ərazilərdən daha bir erməni hərbçinin cəsədi tapılıb. Bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, cəsəd Azərbaycan, Rusiya və Ermənistanın aidiyyəti qurumlarından ibarət axtarış qrupu tərəfindən aşkarlanıb.

Erməni hərbçinin cəsədi Suqovuşan istiqamətində tapılıb.

Cəsəd Ermənistan tərəfinə təhvil verilib.

Son xəbərlər