Braziliyanın “Rede TV” kanalı Azərbaycanın böyük Zəfərinin ildönümünə veriliş həsr etdi - FOTO

img

20 noyabr tarixində Braziliyanın yerli “Rede TV” kanalının “O Mundo in Foco” proqramında Azərbaycanın Braziliyadakı Səfirliyinin Zəfər Gününün ilk ildönümünə həsr edilmiş tədbirinə dair xüsusi proqram efirə gedib.

Səfirlikdən “Bakı Xəbər”ə bildirilib ki, proqramın aparıcısı jurnalist Fabiana Ceyhan bu il ölkəmizə və işğaldan azad olunmuş ərazilərə səfərindən, 17 noyabr tarixində səfirlikdə yerli jurnalistlər üçün Zəfər Gününə həsr edilmiş tədbirdən söz açıb. Daha sonra, bir neçə həftə öncə Braziliya Senatında Parlamentlərarası Dostluq Qrupunun rəhbəri senator Antonio Anastasiyanın Azərbaycana getməsi və işğaldan azad olunmuş ərazilərə səfərinə aid Senatda çıxışı yer alıb. Səfir Elxan Poluxov keçən ilin 44 günlük müharibəsindən məlumat verərək, Ermənistanın son təxribatlarından danışıb, Braziliyanı və digər ölkələri azad olunmuş ərazilərin bərpasına töhfə verməyə çağırıb.

Bundan əlavə, efirə gedən xüsusi reportajda yerli jurnalistlərin Azərbaycan haqqında söylədikləri təqdirəlayiq fikirlərlə yanaşı, otuz ildən artıq jurnalist fəaliyyəti ilə məşğul olan cənab Milton Atanazio Azərbaycanın torpaqlarının geri qaytarılması ilə bağlı xalqımızı təbrik edib, regionda sülhün bərqərar olunmasını və Braziliyanın da bu prosesdə daha fəal iştirak etməsi arzusunu bildirib.

Qeyd edək ki, bu proqram 21 noyabr tarixində eyni kanalda təkrarlanıb.

Son xəbərlər