şənbə günü, 14 noyabr 2026
     

Mətbuat Şurasında “Şərq qapısı” qəzetinin 100 illiyinə həsr olunmuş toplantı keçirildi - FOTO

Image


Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin 100 illiyinə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, 1921-ci ildə ilk sayı çapdan çıxmış “Şərq qapısı” qəzeti yalnız Naxçıvan Muxtar Respublikasının deyil, bütövlükdə Azərbaycanın ən uzunömürlü kütləvi informasiya vasitələrindəndir. Mətbuat orqanı ölkəmizin ədəbi-bədii mühitinin, ictimai rəyinin formalaşmasında, milli şüurun və təfəkkürün aşılanmasında müstəsna tarixi xidmətlərilə seçilib. Klassik mətbuatımızın ənənələrinə sadiq qalaraq oturuşmuş jurnalistika məktəbinə çevrilib. “Ötən əsrin 70-ci illərindən başlayaq qəzet Naxçıvanın, ümumən respublikanın aparıcı fikir, düşüncə katalizatoru kimi populyarlaşmağa başlayıb. Bu, həmin dövrdə hakimiyyətə ulu öndər Heydər Əliyevin gəlişi ilə bağlı idi. Mətbuatın ictimai roluna hər zaman böyük önəm vermiş ümummili lider “Şərq qapı”sını fərqləndirirdi. Bu, həm nəşrin tarixinə böyük dəyər idi, həm mətbuatın ictimai missiyasına həssas yanaşmanın, həm də idarəçilikdə mətbuat amilinə önəm verilməsinin bariz göstəricisiydi”. – deyən Ə.Amaşov “Şərq qapısı”nın Azərbaycan xalqının milli istiqlal hərəkatına töhfəsindən də söz açıb. O, diqqəti nəşrin 1990-1993-cü illərdəki fəaliyyətinə yönəldərək vurğulayıb ki, həmin zaman kəsiyində qəzet Heydər Əliyevin muxtar respublikada gördüyü işləri işıqlandırıb, məhrumiyyətlərə baxmayaraq cəsarət nümayiş etdirib. Bu cəhət onu eyni zamanda ideoloji mərkəz kimi tanıdıb.

Ə.Amaşov çıxışında “Şərq qapısı” qəzetinin müstəqillik illərindəki fəaliyyətinə də toxunub. O bildirib ki, hələ Sovetlər Birliyi dönəmində nəşrin 50 illik yubileyinin keçirilməsi təşəbbüsü ilə çıxış etmiş ulu öndər onun 75 illik yubileyinin yüksək səviyyədə təşkilinə də həssas yanaşıb. Sonrakı illərdə nəşrin 80, 85, 90 və 95 illik yubiley tədbirlərinin düzənlənməsi xoş ənənəyə çevrilib. “Bu günün “Şərq qapısı” müasir texnologiyalarla təchiz edilmiş, özünün internet resursuna, mətbəəsinə, ofisinə malik jurnalistika məktəbidir. Qəzetdə başlıca meyar peşəkarlıqdır. Əlbəttə, peşəkarlıq vətənpərvərliklə çulğalaşıb ki, bu da tarixi ənənələrdən qaynaqlanmaqdadır. “Şərq qapısı”nın 100 yaşının təntənəli şəkildə qeyd edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisin sədri hörmətli Vasif müəllim Talıbov müvafiq sərəncam imzalayıb. Biz qərara gəldik ki, Azərbaycan Mətbuat Şurasında ölkənin aparıcı media vasitələrinin rəhbərlərinin iştirakı ilə də qəzetin yubileyi ilə bağlı toplantı keçirək. Eyni zamanda bu qərara gəldik ki, “Şərq qapısı” qəzetini Şuranın xüsusi diplomu ilə təltif edək”, - deyən MŞ sədri diplomu Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərova təqdim edib.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxışında bildirib ki, milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, muxtar respublikanın  ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında müstəsna rol oynayan qəzet Naxçıvanın 100 illik tarixinin yazılı salnaməsidir. 1921-ci ilin noyabrında nəşrə başlamış “Şərq qapısı”  böyük inkişaf yolu keçmiş, ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə onun böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüşdür. 100 illik tarixi ərzində burada böyük ədiblər, tənqidçilər, jurnalistlər nəsli yetişmişdir. Qəzetin ötən əsrin 70-ci illərində 50 illik yubileyinin qeyd olunub, “Şərəf nişanı”na layiq görülüb.  

“1990-1993-cü illərdə ulu öndərimizin Azərbaycanın xilası naminə Naxçıvanda həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar, eləcə də dahi rəhbərin müsahibələri məhz “Şərq qapısı” qəzetində çap olunaraq geniş ictimaiyyətə çatdırılmışdır. Bu dövrdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə onun nəşr olunmasını təmin etmişdir”, - deyən B.Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamına diqqət çəkib. O bildirib ki, sənədə əsasən Tədbirlər Planı təsdiq olunub, muxtar respublikada qəzetin yubileyi ilə bağlı silsilə tədbirlər keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında “Şərq qapısı” qəzetini məktəb adlandırıb. O vurğulayıb ki, bu məktəb özündə yalnız jurnalistikamızın ənənələrini birləşdirmir, onun yüz illik tarixi nəşri ədəbiyyat, publisistika, elm məktəbi kimi də təqdim etmək üçün geniş məzmunlu əsaslar yaradır. Akademikin sözlərinə görə, Naxçıvanda elə bir yaradıcı şəxs tapılmaz ki, onun həyatında yubilyar nəşrin bu və ya digər formada rolu olmasın. “Şərq qapısı”nın inkişafı yalnız bir qəzetin inkişafı deyil, bütövlükdə Azərbaycan milli mətbuatının inkişaf tarixidir. “Şərq qapısı” özü bir tarixdir, tarixin parçasıdır. O, Naxçıvanın ensiklopediyasını yaratmış mətbuat orqanıdır, salnamədir. Onun səhifələrində jurnalistikanın bütün janrları təmsil olunub. Publisistik dəst-xətt özünü ən mükəmməl surətdə göstərib. Qəzet həm də bir elm mərkəzidir. Azərbaycan, Naxçıvan elmi ilə bağlı fundamental məqalələr, elmi yeniliklər məhz onun səhifələrindən oxuculara çatıb. Bu mənada qəzetin Azərbaycan elminin inkişafında da müstəsna rolu var. “Şərq qapısı” qəzet içində qəzet olub. Hələ ötən əsrin 80-ci illərində nəşrin müxtəlif mövzularda əlavələri nəşr edilib. Bu, o dövr üçün böyük yenilik sayılırdı”, - deyən İ.Həbibbəyli yubilyar mətbuat orqanının Azərbaycanın müstəqillik əldə edilməsindəki rolundan söz açıb. O bildirib ki, hələ SSRİ dağılmazdan öncə “Şərq qapısı”nın müstəqil qəzet kimi 11 sayı işıq üzü görüb və bu, son dərəcə cəsarətli addım idi. Akademik nəşrin ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünü öyrənmək baxımından əvəzsiz mənbə olduğunu vurğulayıb. Qəzetin müstəqillik illərindəki fəaliyyətindən söz açan İ.Həbibbəyli onun hazırda ayrıca mətbəəyə malik olmasını, uğurla fəaliyyət göstərərək ənənələri yaşatmasını Naxçıvanda söz sənətinə verilən dəyərin bariz nümunəsi kimi xarakterizə edib.

Çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin “Səs” qəzetinin baş redaktoru Bəhruz Qulieyev, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktor müavini Nəzirə Nurullayeva, “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Vüsal İsmayılov və başqaları “Şərq qapısı” qəzetinin müxtəlif dövrlərdəki fəaliyyətindən bəhs edib, onun Azərbaycanda milli mənlik şüurunun formalaşmasındakı roluna toxunaraq nəşrin vətənpərvərlik duyğularının yayılmasına, həyatın müxtəlif istiqamətlərinin təşəkkül tapmasına yönələn fəaliyyətini yüksək qiymətləndirib, təbriklərini çatdırıb, səmimi arzu və diklərini ifadə ediblər. Onlar çıxışlarında “Şərq qapısı”nı Naxçıvanla bağlı başlıca informasiya mənbəyi kimi dəyərləndirərək yubilyar qəzetin Bakıda və ölkəmizin müxtəlif bölgələrində yayımının təşkil olunmasının əhəmiyyətindən söz açıblar.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ