şənbə günü, 14 noyabr 2026
     

İrəvanın davamlı xəyanəti Moskvanı Bakı ilə daha çox yaxınlaşmağa sövq edir

Image


Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığından sonra dekabrın 15-də Brüsseldə “Şərq Tərəfdaşlığı” zirvəsi çərçivəsində görüşmək barədə razılığa gəlib. Avropa İttifaqı Şurasının yaydığı bəyanatda deyilir ki, liderlər çiçəklənən və sabit Cənubi Qafqaz naminə regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə edəcək.

İki ölkə arasında, həmçinin, insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə də razılıq əldə edilib. Bu görüş noyabr ayının əvvəlində Moskvada baş tutmayan üçtərəfli sammitdən, cəbhədə baş verən hərbi toqquşmalardan sonrakı dövrə təsadüf edir. Məlumdur ki, Nikol Paşinyan bu görüşə qatılmaqdan imtina etmişdi. Elə bu səbəbdən Rusiyanın vasitəçiliyilə Azərbaycan və Ermənistan liderlərini üçüncü dəfə bir araya gətirmək mümkün olmayıb. Halbuki, ötənilki  44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan liderləri arasında Rusiyanın vasitəçiliyilə iki görüş keçirilib. Indi Kreml növbəti dəfə tərəfləri bir araya gətirməyə şalışıb. Amma Ermənistan sonda buna razılıq verməyib. Belə vəziyyət Rusiyada ciddi qıcıq yaradıb. Rusiyalı ekspert İqor Korotçenko bu xüsusda bildirir: “Nikol Paşinyan Moskva sammitinə getməkdən imtina etdi (halbuki İlham Əliyev iştirak etməyə hazır idi), əvəzində Brüsselə tələsir”. Azərbaycan və Ermənistan liderlərinin 15 dekabrda Brüsseldə keçiriləcək görüşünü xatırladaraq, rus ekspert qeyd edib: “Paşinyan rus sülhməramlılarını fransız və ya amerikalı hərbi kontingentlə əvəzləməyə şad olardı. “Müttəfiq”... Doğrudanmı Paşinyan anlamır ki, Putinə qarşı getmək qətiyyən lazım deyil? Xaricilər kömək etmir. Və xilas etmir”. Digər ekspertlərə görə, Moskva imkan verməyəcək ki, Brüssel vasitəçilik məsələsində irəliyə çıxsın. Bu fonda Kremlin İrəvana təzyiqlərini daha da artırması və onu Rusiyanın vasitəçiliyi ilə masa arxasına əyləşməyə vadar etməsi tamamilə gözlənilən hesab olunur. Hazırda Paşinyan Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması məqsədilə Putinin yanaşmasından, Putin isə Paşinyanın Brüsselin vasitəçiliyi ilə gerçəkləşəcək danışıqlarda ortaya qoyacağı mövqedən narahatdır. Kreml Bakı ilə İrəvan arasında həyata keçirdiyi təkbaşına vasitəçiliyi rəqibi Brüssellə bölüşmək istəmir. Ekspertlər hesab edir ki, ötən həftə ərzində Putinin 2 dəfə Paşinyanla telefon danışığı aparması təsadüfi deyil. Kremlin mətbuat xidmətindən yayımlanan məlumatda bildirilib ki, Putin və Paşinyan 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsini aparıblar. Deməli, Rusiya onun vasitəçiliyi ilə imzalanan bu bəyanatların şərtlərinin icra edilməsində israrlıdır.

Rusiya Şurasının beynəlxalq məsələlər üzrə eksperti Aleksey Fenenko məsələnin başqa bir tərəfinə də diqqət edir: “Sizcə, Paşinyan niyə əvvəlki müdafiə nazirinin yerinə sorosçu Suren Papikyanı təyin etdi? Çünki bu qərar Ermənistan ordusunda Rusiya ilə qarşılıqlı fəaliyyətə yönəlmiş qruplaşmanın hələ də çox güclü olmasından ehtiyatlanan NATO ölkələri üçün lazım idi. Vəziyyətin gərginləşməsi bütün dünyaya bəyan etmək üçün növbəti bəhanədir ki, Rusiya müttəfiqi olan Ermənistanı müdafiə etmək istəmir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıq şəkildə bildirdi ki, Moskva və KTMT Ermənistana kömək etməsə, başqa beynəlxalq təşkilatlardan dəstək istəyəcəklər. Yəni Ermənistan hakimiyyəti xırda şantajla hərəkət edir. KTMT isə ənənəvi olaraq Ermənistana dəstək vermədi, çünki regiondakı gərginlik Ermənistandan başqa heç bir ölkəyə lazım deyil. Bundan başqa, Paşinyanın KTMT-yə qarşı nə dərəcədə düşmənçilik dolu siyasət apardığını gördük. Bunların fonunda biz İrəvanda mütəmadi olaraq keçirilən antirusiya mitinqlərini də görürük. Ölkə daxilində antirusiya elektoratı artır”. Ekspertin sözlərinə görə, Paşinyan üçün hazırda əsas məqsəd Rusiyanın Ermənistana pis münasibət bəslədiyini göstərmək və eyni zamanda Qərbdən olan qrant strukturlarının fəaliyyətinə imkan yaratmaqdır. Bu vəziyyətdə erməni ekspert Armen Petrosyan bildirir ki, Moskva Bakı ilə daha çox yaxınlaşmağa can atacaq. Onun sözlərinə görə, Bakı Moskvanın neytral mövqeyinə nail ola bilib.
Petrosyan qeyd edib ki, Bakı Rusiyanın yerinə, roluna hörmətlə yanaşaraq, ikitərəfli münasibətlərdə kifayət qədər əlverişli mühit yaradır ki, bundan da artıq Rusiyadan ən azı neytral qiymətləndirmələr alaraq Ermənistana qarşı addımlar məntiqində istifadə edir. Ermənistan parlamentinin "Şərəf duyuram" fraksiyasının deputatı Tiqran Abrahamyan isə qeyd edir ki, belə vəziyyətdə Azərbaycan sərhəd və Zəngəzur dəhlzinin açılması ilə bağlı istədiyinə nail olacaq: "Hakimiyyət bu vəziyyətlə bağlı əsas məsələ olan ərazilərin ələ keçirilməsi mövzusunu ikinci-üçüncü plana keçirmək üçün çox səy göstərir". Onun sözlərinə görə, vəziyyətin tam həll olunduğunu düşünmür, çünki bu əməliyyatların genişlənməsinə qədər olmuş gərgilik ocağı hələ də sönməyib: “Azərbaycanın bu davranışı davam etsə və eyni zamanda Ermənistan hakimiyyətinin bu ləyaqətsiz münasibəti davam etsə, 1-2 ilə Azərbaycan ümumiyyətlə delimitasiya və demarkasiya aparmağa ehtiyac duymayacaq, çünki görünən odur ki, danışıqlar vasitəsilə həll etməyə çalışdığı problemləri əslində güc tətbiqi vasitəsilə həll edir".

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ