şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Türk dünyasını bir araya gətirən lider ölkəyə çevrilir...

Image


Bu gün xarici siyasət sferasında Azərbaycan üçün ən ümdə məsələlərdən biri də türkdilli dövlətlər arasında inteqrasiya proseslərinin sürətlənməsinə nail olmaqdır. Sözügüdən məqsədlə Azərbaycan türk dövlətləri arasında iki və çoxtərəfli əsasda mühüm əlaqələr qurub, qarşılıqlı münasibətləırin daha da dərinləşdirilməsinə nail olub.

Hazırda türk dünyasının inteqrasiyasında əsas liderlik missiyasını da məhz Azərbaycan və Türkiyə həyata keçirir. Bundan irəli gəlir ki, türk dövlətlərinin təşkilatlanması yeni keyfiyyət mərhələsinə daxil olub. Bu mənada, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü siyasi və tarixi baxımdan çox mühüm əhəmiyyətə malik hadisə kimi tarixə düşüb.

  • Türk dünyası yenə coğrafi müstəvidə birləşir...

Barəsində bəhs edilən görüş ilk növbədə türkdilli ölkələrin birgə fəaliyyətinin yeni mərhələyə daxil olması ilə yadda qaldı. Təsadüfi deyil ki, bu görüşdə qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) adlandırıldı. Ekspertlər hesab edir ki, bu mühüm əhəmiyyətə malikdir və yeni imkanlar vəd edir. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki zəfərindən sonra türkdilli ölkələrin fəaliyyətinin yeni mərhələyə daxil olması isə təsadüf hesab olunmur.

Ümumiyyətlə, təhlillər göstərir ki, Azərbaycanın qələbəsi türkdilli ölkələrin inteqrasiyasında yeni proseslərin başlanmasına əlverişli zəmin yaradıb. Xüsusən də Zəngəzur dəhlizi fonunda. Məlumdur ki, Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq 1920-ci ilin noyabr ayında Zəngəzur bölgəsinin ölkəmizdən alınıb Ermənistana birləşdirilməsi Türk dünyasını coğrafi baxımdan parçalamaqla yanaşı, onlar arasında əlaqələrin sonrakı inkişafına da ciddi zərbə vurub. Lakin Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat vəziyyəti kökündən dəyişdi. Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən,  Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası, daha sonra Türkiyə ilə birləşdirəcək dəhliz yaradılacaq. Orta Asiyanın türk dövlətləri də Zəngəzur dəhlizindən istifadə edə biləcəklər. Bununla Zəngəzur dəhlizinin istifadəyə verilməsi türkdilli dövlətlər arasında coğrafi bağların yenidən qurulmasında mühüm rol oynayacaq. Bütün bunlar Azərbaycanın Qarabağ zəfərinin, ölkəmizlə yanaşı, Türk dünyası üçün də müstəsna əhəmiyyət kəsb etdiyini göstərir. Elə bu səbəbdəndir ki, İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbə olduqca yüksək qiymətləndirilib. Bu kontekstdə Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib. Bir daha  qeyd edək ki, Prezident İlham Əliyevin Ali Ordenlə təltif edilməsinin ümdə səbəblərindən biri onun rəhbərliyi altında İkinci Qarabağ müharubəsi zamanı qazanılan qələbənin türk birliyinə verdiyi önəmli töhfədir. Bu xüsusda Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə çıxışı zamanı Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri məhz İkinci Qarabağ savaşının nəticələrinin bölgə, o cümlədən Zəngəzur dəhlizi vasitəsilə türk dünyasının coğrafi birliyi üçün açdığı yeni imkanlar olub: “Zəngəzur koridoru həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir”;

  • Türk dünyası qlobal miqyasda əsas güc mərkəzlərindən birinə çevrilir

Indi bütün səviyyələrdə etiraf olunur ki, Zəngəzur dəhlizinin açılması ilə türk dövlətləri arasında fəaliyyət istiqamətləri genişlənəcək, daha da şaxələnmış xarakter daşıyacaq. Bununla regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaranacaq. Bu kommunikasiya xətti din, dil, kök bağları eyni olan türkdilli ölkələri bir-birinə daha qırılmaz tellərlə bağlayacaq. Onların iqtisadi, eyni zamanda siyasi əlaqələri daha da güclənəcək. Türkdilli dövlətlər arasında əməkdaşlığın davamlı inkişafı və daha da dərinləşməsi Azərbaycanın xarici siyasətinin daim prioritet istiqamətlərindən biri olub. 2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə Azərbaycanın təşkilata sədrliyi üzərinə götürməsindən sonra bu istiqamətdə zəruri addımlar atılıb. Özbəkistan bu Şuraya qatılıb, Türkmənistan müşahidəçi statusu alıb. Yaxın tezlikdə həm Macarıstan, həm də Türkmənistanın adını Türk Şurasından Türk Dövlətləri Təşkilatına dəyişmiş bu quruma üzv olması gözlənilir. Adla bağlı dəyişiklik təkcə məzmun baxımından deyil, həm də yaradılan geniş imkanlar, ümumi maraqlar nəzərə alınaraq mühüm qərarların həyata keçirilməsində, sinxron addımların atılmasında mühüm rol oynayacaq. Bu fonda İstanbul toplantısında qəbul edilən “Türk dünyasına baxış - 2040” sənədi növbəti mərhələdə bu təşkilatın yeni perspektivlərini müəyyənləşdirəcək. 

Qeyd edilənlər bir daha təsdiq edir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki böyük zəfəri Zəngəzur dəhlizinin açılmasına rəvac verməklə, Türk dünyasında birliyin və həmrəyliyin daha da güclənməsinə gətirib çıxaracaq. Bu durumda indi Azərbaycan və Türkiyə Türk dünyasının bir araya gəlməsinə həm liderlik edir, həm də bunun üçün mühüm nümunənin müəllifi qismində çıxış edirlər. İki qardaş ölkə arasında bir millət, iki dövlət olaraq çox sıx münasibətlər qurulub. Bunun bir model olaraq bütün türk dövlətləri arasında tətbiqi həm zamanın tələbi, həm də Türk dünyasının birliyi baxımından zəruri önəm kəsb edir. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirməklə yanaşı, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Ümumiyyətlə, nəqliyyat, kommunikasiya, infrastruktur layihələri iştirakçı dövlətlərin hər birinin maraqlarına uyğun gəlir. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin mümkün qədər tez istifadəyə verilməsində Ermənistan da maraqlı olmalıdır. Amma təbii ki, bu dəhliz ilk növbədə Türk dünyasının bir araya gəlib güclənməsinə mühüm töhfələr verəcək. Belə vəziyyətdə türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Ekspertlər burada diqqəti həm də ona yönəldir ki, türkdilli dövlətlərin Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz, Qara və Aralıq dənizləri regionlarında sıx əməkdaşlıq və böyük səmərəlilik bəxş edən nəqliyyat və karbohidrogen layihələrinin müəllifləri olması geoiqtisadi dividentlərlə yanaşı, geosiyasi üstünlüklər də gətirir. Bu da Türk dünyasının qlobal miqyasda əsas güc mərkəzlərindən biri olmasını şərtləndirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ