şənbə günü, 14 noyabr 2026
     

Bakı İrəvanı dəhliz məsələsində mat vəziyyətinə saldı

Image


Məlum olduğu kimi, Azərbaycan və Ermənistanda indi əsas mübahisə mövzularından biri də Zəngəzur dəhlizidir. Söhbət burada həmin dəhliz vasitəsilə Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən keçən nəqliyyat əlaqəsinin yaradılmasından gedir.

Keçən il Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış atəşkəs bəyanatında belə nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur. Bəyanatın mətni ortada olsa da, İrəvan indi məsələni  fərqli şəkildə yozmağa çalışır, dəhliz məsələsinin burada yer almadığını bildirir. Lakin bəyanatda bununla bağlı konkret şəkildə bildirilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Azərbaycan Naxçıvanla nəqliyat əlaqəsi barədə tələblərində məhz 10 noyabr bəyanatını əldə rəhbər tutur, Ermənistan isə bəyanatda göstərilən menaəsiz hərəkət prinsipini pozaraq Naxçıvan yolunda post qurmaq istəyir. Halbuki, bəyanatda maneəsiz hərəkət yazılıb. Deməli, erməni tərəfi gömrük, sərhəd məntəqəsi yaratmaqla burada hərəkətə maneə ola bilməz. Yəni bəyanata əsasən, hərəkət maneəsiz olmalıdır. Əgər orda nəzarət məntəqəsi olacaqsa, bu artıq maneəsiz deyil. yalnız dəhliz halında belə maneəsiz hərəkət mümkündür. Azərbaycan bildirir ki, üçtərəfli bəyanata əməl edilməli və Naxçıvana maneəsiz keçid verilməlidir. Bəyanata görə, nəqliyyat əlaqəsinin təhlükəsizliyini Rusiyanın sərhəd xidməti qurumları həyata keçirir. Sənəddə Ermənistan tərəfinin nəzarət keçid məntəqələri barədə heç nə deyilmir. Beləliklə, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı tələbləri tam əsaslıdır.

Erməni hərbi ekspert Van Ambarsumyan qeyd edir ki, bunlar fonunda Bakı istəyinə nail olacaq: “Azərbaycan prezidenti boşuna danışmaz, sözünün üstündə durur. Ermənistanda Zəngəzur dəhlizinə “dəhliz” deyil, “yol” deyirlər. Mən sizə dedim, onlar dəhliz istəyirlər. Azərbaycan Respublikasının prezidenti də bunu deyir. İlham Əliyev isə boşuna söz deməz, o, məhz  bu cür də tanınır. Doğrudurmu? Bəli, bu faktdır. O, istədiyinə nail olacaq”. Xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rusiyalı politoloq Qriqori Trofimçuk isə diqqəti ona yönəldir ki, Azərbaycan bir il gözlədi, daha gözləməyəcək: “Azərbaycan  Zəngəzur dəhlizi və Ermənistan-Azərbaycan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı təşəbbüsü öz üzərinə götürüb. Ermənistanın başqa variantı yoxdursa, Azərbaycan öz variantından istifadə edir. Moskva da Bakıya etiraz göndərmir və bu o deməkdir ki, hər şey razılaşmalara uyğun gedir”. Bu arada diqqətçəkən məqamlardan biri də Rusiya prezidenti Vladimir Putinin noyabrın 18-də Rusiya Xarici İişlər Nazirliyinin  kollegiya iclasında məhz dəhliz ifadəsindən istifadə etməsidir: "Şübhəsiz, Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davam etdirilməsində, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunmasında və həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılmasında Rusiya diplomatiyasının rolu artır". Vladimir Putin xatırladıb ki, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılması ilə bağlı baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası müvafiq komissiya yaradılıb. Beləliklə, Rusiya da dəhliz məntiqini qəbul edir.

Daha bir maraqlı məqam isə Rusiyanın Azərbaycan toponimlərindən istifadəsi ilə bağlıdır. Yəni Rusiya da artıq Zəngəzur dəhlizi terminini qəbul edir. “Azatutyun” radiosu yazır ki, elə son sərhəd insidentlərindən sonra da rəsmi İrəvanın Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə daxil olub mövqelər tutması barədə bəyanatlarına baxmayaraq, Rusiya Müdafiə Nazirliyi noyabrın 16-da döyüşlərin Kilsəli dağı rayonunda getdiyini bildirib. “Azatutyun” diqqəti belə bir məqama çəkir ki, Rusiya tərəfi rəsmi məlumatlarında ermənicə yox, azərbaycanca yer adlarından istifadə edib. Bu da qeyd olunur ki, Sovet İttifaqı silahlı qüvvələrinin baş qərargahı tərəfindən 1975-ci ildə dərc olunmuş xəritədə dəniz səviyyəsindən 2794 kilometr yüksəkdə olan Kilsəli dağının zirvəsi, şimal, şərq və cənub ətəklərinin sovet Azərbaycanının ərazisinə düşdüyü görünür.

Dağın qərb ətəkləri isə Ermənistan ərazisi kimi qeyd olunub. “Azatutyun” sual edir: Rusiya Müdafiə Nazirliyində Azərbaycan və Ermənistan qoşunları arasında son günlərdəki döyüşlərin əsasən Azərbaycan ərazisində getdiyinimi düşünürlər?Rusiya Müdafiə Nazirliyinin Kilsəli dağının adını çəkməsi onun döyüşlərin Aszərbaycan ərazisində getdiyini düşündüyünü və bu səbəbdən Ermənistana kömək edilmədiyini nümayiş etdirmirmi? Qafqaz İnstitutunun rəhbəri, politoloq Aleksandr İskəndəryan bu suala cavabında sadəcə onu bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə daha əlverişli mövqeləri nəzarətə almağa tələsir: “Rusiyaya lazımdır ki, sərhəd mümkün qədər az risqli və mümkün qədər sakit olsun və hamı bu sərhədlə az, ya çox dərəcədə razılaşsın, problemlər çıxmasın. Yəni hər dəfə üç inək oğurlananda Moskvaya zəng eləməsinlər. Hər dəfə kimsə kimisə itələyəndə Putini gecə yuxusundan oyatmasınlar. Çünki bütün bunlarla Rusiya Federasiyası məşğul olur”. Xidməti vəzifəsi ilə bağlı adının çəkilməsini istəməyən bir rus hərbi ekspert isə “Kavkazski Uzel” saytına bildirib ki, noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlər erməni hərbçilərin Laçın və Kəlbəcər rayonlarının bəzi ərazilərinə hücumunun dəf olunması ilə başlanıb. Ekspertin sözlərinə görə, Azərbaycan qoşunlarının əks-hücumu nəticəsində Qızıltəpə dağında iki yüksəkliyə nəzarət ələ alınıb. Ekspert deyib ki, ötən yaz Azərbaycan ordusu Ermənistanla sərhədə çatanda və onun hüdudlarında yerləşəndə sözügedən yüksəkliklər Ermənistan ordusunun nəzarətində idi: “Noyabrın 16-da Ermənistan ordusu bu iki dayaq məntəqəsindən istifadə edərək Azərbaycan ərazisinin dərinliklərinə hücum edib. Amma hücum dəf olunub və üstəlik Azərbaycan hərbçiləri əks-hücuma keçərək bu yüksəklikləri alıb. Bu yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində olan yaxın dağ silsilələrinin üzərində ucalır və Azərbaycan tərəfinə taktiki üstünlük verir. Azərbaycan hərbçiləri Ermənistanın beş kəndini və ətraf yolları müşahidə etmək imkanı qazanıblar. Əlbəttə, bu kəndlər və yollar atəşə tutulmayacaq, amma Azərbaycan tərəfinə sərhədə doğru hər hansı hərəkətləri, qoşun və texnikanın cəmləşdirilməsini görmək və mümkün hücumlara hazır olmaq imkanı verəcək”. Ekspert bütün dağ silsiləsinin Azərbaycanın nəzarətində olub-olmadığına dair məlumatsız olduğunu deyib, lakin bildirib ki, sözügedən iki yüksəklik zirvələrin ən hündürüdür. Ekspert bildirib ki, Ermənistanla Azərbaycanın bütün sərhədi dağlıq relyefdən keçir: “Ötən yazdan Azərbaycan ordusu sərhəd boyunca postlar qurur və mövqe tutur. Hansısa yerdə bu proses münaqişəsiz ötüşür, hardasa xırda və silahsız qarşıdurmalar olur, bəzi yerlərdə isə odlu silahlar işə düşür. Birmənalı demək olmaz ki, Azərbaycan ordusu hər yerdə əlverilşli mövqedədir, çünki yüksəkliklər ard-arda uzanıb gedir. Sən bugün bu yüksəkliyi tutarsan, sabah düşmən səndən də yüksəyi tuta bilər. Bu mübahisələrə və sərhəd insidentlərinə son qoymaq üçün sərhədin delimitasiya və demarkasiyasını başa vurmaq lazımdır”. Ekspertin sözlərinə görə, noyabrın 16-da Azərbaycan taktiki üstünlük qazanıb: “Hansısa qələbədən danışmağa dəyməz, çünki qoşunların qarşısında hansısa böyük vəzifələr qoyulmamışdı. Bütün hallarda, Azərbaycan ordusu dayanmalı idi, çünki qarşıda artıq Ermənistan ərazisi idi”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ