şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın İtaliyadakı səfiri: “Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır”

Image


İtaliyanın nüfuzlu “il Giornale” qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin həyata keçirdiyi hərbi təxribatların nəticəsi olaraq yaranmış vəziyyətə dair “Azərbaycan Ermənistanın imtina etdiyi sülhün təmin olunması üçün çalışır” sərlövhəli məqaləsi dərc olunub.

Diplomatın məqaləsində qeyd olunur: “Azərbaycan son aylarda dəfələrlə Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən bütün regionda davamlı sülh, inkişaf və tərəqqini təmin edəcək sülh sazişinin imzalanması yolu ilə normallaşdırmağa hazır olduğunu bildirib. Çünki mənim ölkəm beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və hörmətə əsaslanan iki ölkə arasında münasibətlərin normallaşmasına alternativ olmadığına əmindir. Bu normallaşmanın məqsədi Azərbaycan və Ermənistan arasında barışıq və dinc yanaşı yaşamaqdır”.

M.Əhmədzadə bildirir ki, Azərbaycanın davamlı sülh çağırışlarına baxmayaraq, Ermənistan yenə də dialoq və sülh yolunu deyil, müharibə yolunu seçib və Ermənistanın son günlər törətdiyi məqsədyönlü təxribatlar bu ölkənin rəhbərliyinin növbəti hərbi avantürasıdır. “Bu təxribatlar Ermənistanın keçmiş müdafiə nazirinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi ilə başlamış, ardınca Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyət üzvü Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşmiş, habelə Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulmuşdur. Noyabrın 16-da dövlət sərhədində Ermənistanın silahlı təxribatlarını dəf edərkən Azərbaycanın 7 hərbçisi qəhrəmancasına şəhid olmuş, 10-u yaralanmışdır", deyə məqalədə qeyd olunur.

Diplomat bildirir ki, bütün bunlar Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirdiyini və regionda sülhün və təhlükəsizliyin təmin edilməsində, o cümlədən Azərbaycanla sərhədlərin delimitasiyasında maraqlı olmadığını göstərir, habelə sərhəddəki vəziyyət Ermənistanın təhlükəli revanşist ideyalarının və Azərbaycana qarşı ərazi iddialarının nəticəsidir.

“Ermənistan rəhbərliyi və bu ölkənin siyasətçiləri başa düşməlidir ki, bu yanaşma çox təhlükəlidir və məsuliyyətli davranmaq lazımdır. Son 30 ildə baş verənləri təhlil edəndə qonşu dövlətlərə qarşı ərazi iddiası siyasətinin Ermənistana nə qədər problem və ağrılar gətirdiyi aydın olur”, deyən diplomat əlavə edir: “Vətən müharibəsi və ondan sonrakı hadisələr həqiqətin hansı tərəfdə olduğunu dünyaya nümayiş etdirdi. Ermənistanın 30 ildir ki, danışıqlar masası arxasında bütün dünyanı aldatmaq, Azərbaycan torpaqlarını işğal altında saxlamaq, həmin ərazilərdən qovulmuş azərbaycanlıların geri qayıtmasına mane olmaq  və beynəlxalq hüquqa məhəl qoymamaq cəhdləri fonunda Azərbaycan beynəlxalq hüquq normalarına və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq keçənilki 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü bərpa etdi.”

Diplomat qeyd edir ki, Ermənistanın 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi misli görünməmiş dağıntılar erməni tərəfinin əsl mahiyyətini ortaya qoydu. “Müharibənin başa çatmasından keçən bir il ərzində işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın öz imkanları hesabına və beynəlxalq tərəfdaşların, o cümlədən İtaliyanın da iştirakı ilə həyata keçirdiyi böyük bərpa və yenidənqurma işləri ilə bütün dünyaya bir daha göstərdi ki, mənim ölkəm bütün regionda inkişafın, tərəqqinin və rifahın hərəkətverici qüvvəsidir”, deyə məqalədə bildirilir.

Diplomat bildirir ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalı zamanı həmin ərazilərdə yaşamış bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparmasına baxmayaraq, Azərbaycanın məqsədi öz suverenliyini bərpa etdiyi ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını Azərbaycanın iqtisadi, mədəni və sosial həyatına yenidən inteqrasiya etməkdir. “Şübhəsiz ki, Azərbaycanın regionda bütün kommunikasiya xətlərinin açılmasına yönələn səyləri dərin iqtisadi və sosial problemlər içərisində boğulan Ermənistana böyük fayda verəcək,” deyə məqalədə qeyd olunur. 

Ermənistanın regionda yaranmış yeni vəziyyəti adekvat qiymətləndirmək və bundan yararlanmaq əvəzinə, yenə də öz ənənəvi yanaşmasından, keçmiş iddialarından əl çəkmək istəmədiyini bildirən M.Əhmədzadə bu fikirlərlərlə məqaləsinə davam edir: “Ermənistan nəhayət başa düşməlidir ki, biz 1990-cı illərdə yaşamırıq və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə qarşı istənilən hərbi təhlükə və təxribata adekvat cavab vermək iqtidarındadır. Onu da başa düşməlidir ki, mövcud problemlər Azərbaycana qarşı hərbi təxribatlar törətməklə, yalanlarına bütün dünyanı inandırmağa cəhd etməklə yox, dialoq yolu ilə həll edilməlidir”.

Diplomat məqaləsini bu fikirlərlə tamamlayır: “Dünya birliyi Ermənistanın Azərbaycana qarşı revanşizm zəminində hərbi təxribatlarını davam etdirməsini pisləməli, bu ölkəni regionda vəziyyəti gərginləşdirməməyə, üçtərəfli bəyanatın icrasına mane olmamağa və qonşuları ilə problemlərini dialoq yolu ilə həll etməyə çağırmalıdır.”

Azərbaycan səfirinin “il Giornale” qəzetindəki məqaləsi “MSN”, “Agenzia Nova” kimi kütləvi infromasiya vasitələrinin də marağına səbəb olub və onlar tərəfindən də dərc olunub.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ