Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Azərbaycanlıların Qərbi Zəngəzura da böyük qayıdışı başlanır...

Image


Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra Zəngəzur dəhlizinin reallaşdırılması günün ən aktual mövzuları sırasında yer alır. Bundan əlavə, cari il iyulun 7-də Prezident İlham Əliyevin imzaladığı fərman əsasında Qarabağ iqtisadi zonası ilə yanaşı, Şərqi Zəngəzur iqtisadi zonası da yaradılıb.

Qərbi və Şərqi Zəngəzur anlayışlarının yaranmasının tarixinə gəlincə, məlumdur ki, Azərbaycan ərazilərində 1867-ci ildə Zəngəzur qəzası yaradılıb. Zəngəzur qəzasına indiki Qafan, Gorus, Mehri, Sisyan, Laçın, Qubadlı və Zəngilan rayonları aid edilib, mərkəz isə Gorus qəsəbəsi olub. 1920-ci ilin noyabrında Zəngəzur iki hissəyə parçalandı. Qafan, Gorus, Mehri və Sisyan rayonları Ermənistana verildi, Laçın, Qubadlı və Zəngilan rayonları isə Azərbaycanın qaldı. Beləliklə Şərqi və Qərbi Zəngəzur anlayışları meydana çıxsa da, sonradan bu adların unudulmasına cəhd edildi. Məhz bu şəraitdə Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması tarixi hadisədir. Cari ilin iyul ayında Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı isə bu məsələ ilə bağlı çox maraqlı məqamlara toxunub: “İyulun 7-də imzaladığım fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni biz deyək ki, bu olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur". Dövlət başçısının bu dedikləri Azərbaycan-Ermənistan sərhədində baş verən son proseslərdən sonra yenidən diqqət mərkəzinə gəlib.

Politoloq Zaur Məmmədov son günlərdə sərhəddə yaşanan məlum proseslər fonunda olduqca maraqlı məqamlara diqqət çəkib: “İrəvandan cənuba iki yol var. Biri ötən ildən Azərbaycanın nəzarətində olan Gorus-Qafan yolu, ikincisi isə hələ inşa olunan Qafan-Tatev-İrəvan magistralı. Hər iki yol isə Gorusdan İrəvana gedən yola birləşir”.  O bildirib ki, noyabrın 17-dən etibarən Azərbaycan artilleriyası bu yolun cəmi bir neçə kilometrliyində dayanıb: “Bu yollardan başqa Ermənistanın cənubla əlaqəsi coğrafi olaraq mümkünsüzdür. Hazırda Mehri, Gorus, Qafan, Sisyan və digər yaşayış məntəqələrini birləşdirən yolları nəzarətdə saxlayırıq. Qərbi Zəngəzura yavaş-yavaş qayıdırıq”. Beləliklə, Azərbaycan Zəngəzur məsələsində istədiyi hədəfə çatır. Beynəlxalq Karnegi Araşdırmalar Fondunun Moskva ofisinin əməkdaşı Kirill Krivoşeyev də sərhəddəki məlum insidentlərlə bağlı bu müstəvidə önəmli nüanslara toxunur: “İndi münaqişəni Qarabağ yox, Azərbaycan-Ermənistan konflikti adlandırmaq daha doğrudur. Çünki Dağlıq Qarabağ münaqişəsi, demək olar ki, həll olunub. Amma indiki problemin miqyası daha böyükdür. İki müstəqil dövlət arasında gərginlik və müharibə ehtimalı var. Heç kim son 30 ildə bu bölgə ilə maraqlanmayıb və heç kim sərhəd problemini yada salmayıb”. Kirill Krivoşeyev bildirir ki, Azərbaycan və Ermənistan arasında durumu gərginləşdirən iki ölkə liderlərinin Zəngəzur dəhlizi ilə bağlı razılığa gələ bilməməsidir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, Ermənistan bu dəhlizə razlıq verməsə, gücdən istifadə edəcək: “Son bir ildə Ermənistanı razı salmaq mümkün olmayıb və indi Azərbaycan tərəfi Ermənistana təzyiq edir. Bəs, Zəngəzurla bağlı Rusiyanın mövqeyi necədir? Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, bütün kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir. Bu o deməkdir ki, Rusiya Zəngəzur koridorunun ekstraterritorial olmasının əleyhinədir və istəyir ki, bu yoldan ermənilər də istifadə edə bilsin. Amma bu çox mürəkkəb ssenaridir - burda təhlükəsizlik, logistika, gömrük və sair məsələlər var. Bəli, bu məqamda Rusiya Ermənistanı dəstəkləyir, amma bu o demək deyil ki, məsələ bağlanıb. Azərbaycan bu məsələdə təzyiqlərini davam etdirir və Bakı istəyini reallaşdırmağa çalışır.

 Bakı, Ankara və Moskva arasında münasibətlər sövdələşmələr üzərində qurulub. Yəni tərəflərin bir-birinə təkliflərindən asılı olaraq Rusiyanın baxışı dəyişə bilər. Heç kim bilmir ki, Azərbaycan Zəngəzurun əvəzində nə təklif edə bilər. Məncə, Qarabağdakı Rusiya sülhməramlılarının missiyasını uzatmaq məsələsi sual altındadır. Düşünürəm ki, tərəflər arasında bu məsələ də sövdələşmə predmeti ola bilər. Çünki bilirsiniz ki, Ermənistan tərəfi missiyanın müddətinin uzadılmasını istəyir. Azərbaycan tərəfi isə deyir ki, missiya daimi deyil. İndi Rusiya tərəfləri razılığa gətirməyə çalışır. Amma tərəflər özləri üzbəüz danışmağı öyrənməsələr, Rusiya faktoru heç vaxt ortadan qalxmayacaq və münaqişə də heç vaxt bitməyəcək”. Hər dəfə gərginlik artanda Ermənistan Rusiyaya yardım üçün müraciət edir. Ermənistan rəsmiləri bu dəfə də yardım üçün Kremlə üz tutublar. Kirill Krivoşeyev isə deyir ki, Rusiyanın Azərbaycana qarşı olacağını və Ermənistana kömək edəcəyini düşünmür: “Amma Rusiyanın sərhədə yaxın Zəngəzur regionunda iki hərbi zastavası və sərhədçiləri var. Bu sirr deyil. Beləliklə, Rusiya bu məsələyə daha çox diqqət yetirə bilər. Ən yaxşı variant isə delimitasiya başa çatana qədər hərbisizləşdirilmiş zona yaratmaq olardı. Amma bu da real görünmür, çünki çox radikal addım olardı. O ki qaldı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana yardımına, bu da texniki olaraq real görünmür. Belə ki, Ermənistanın iddia etdiyi kimi, Azərbaycanın bu ölkənin ərazisinə daxil olması faktını sübut etmək mümkün deyil, çünki sərhədlər hələ ki, müəyyənləşməyib. Üstəlik, qurumun proseduru çox büroktarikdir. Qurumun iki üzvü - Tacikistan və Qırğızıstan bir-bir ilə müharibə edib, bu təşkilat haqqında nə demək olar? Təəssüf ki, bu qurum heç vaxt effektiv olmayıb”.

Samirə SƏFƏROVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ