şənbə günü, 14 noyabr 2026
     

Bakının sərhəd dərsləri, Putinin qəti cavabı Paşinyanı danışıqlar masasına qayıtmağa məcbur etdi…

Image


Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr bir daha iki ölkə sərhədinin, rəsmi Bakının təklif etdiyi kimi, danışıqlar masası arxasında mümkün qədər tez çözülməsinin zəruriliyini ortaya qoydu. Ermənistan son sərhəd insidentlərinə qədər sülh danışıqlarından yayına biləcəyini düşünürdüsə, indi çox ciddi səhvə yol verdiyini yaxşı dərk edir. Xüsusən də son itkiləri fonunda.

Xatırladaq ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Hətta Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı atıcı silah və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza zərər vurub. Nəticədə, ilkin məlumata görə, Azərbaycan ordusunun iki hərbi qulluqçusu yaralanıb. Bu təxribata cavab olaraq görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Ermənistan tərəfinin məlumatına görə, 16 noyabr tarixli döyüşlər nəticəsində erməni tərəfindən 15 nəfər ölüb. 15 nəfər rəqəmini Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Eduard Ağacanyan da təsdiq edib. Ermənistan Müdafiə Nazirliyi özü isə daha bir neçə hərbçinin yaralandığını, 12 hərbçinin əsir düşdüyünü təsdiqləyib. Azərbaycan tərəfindən yalnız iki hərbçinin yaralanması və bunun da həyati təhlükəli xarakter daşımadığı məlumdur.

Baş verənlərdən sonra Zəngəzurun Noravan kəndinin icra nümayəndəsi Slavik Papyan isə Azərbaycan hərbi birləşmələrinin kəndə doğru 2 kilometr irəlilədiyinə dair məlumat verib. Eyni zamanda vurğulanır ki, Ermənistan tərəfi 11 döyüş mövqeyini itirib. Rəsmi İrəvan isə hələlik 4 döyüş mövqeyini itirdiyini etiraf edib. Hadisələrdən dərhal sonra İrəvan Moskvanı 1997-ci ildə imzalanmış ikitərəfli müqaviləyə uyğun olaraq Ermənistanın suveren ərazisini müdafiə etməyə çağırıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məsələ ilə bağlı qeyd edib: “Ermənistanın suveren ərazisinə hücum olduğu üçün biz 1997-ci il ikitərəfli müqaviləsi çərçivəsində və qarşılıqlı öhdəliklər məntiqinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünü qorumaq çağırışı ilə Rusiyaya müraciət edirik”. Bundan başqa, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və ATƏT-in Minsk Qrupuna da müraciət edib. Lakin bu dəfə də İrəvanın cəhdləri fiaskoya uğrayıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mətbuat katibi Vladimir Zaynetdinov məsələ ilə bağlı bildirib: “Hesab edirik ki, münaqişə yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir. KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb". Bunun ardınca məlum olub ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə olub.

Rəsmilər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib. Məlumata görə, Paşinyan yenə kömək üçün Putinə yalvarsa da rədd cavabı alıb. Belə ki, Nikol Paşinyan əvvəlcə Rusiya-Ermənistan strateji partnyorluğunun böyük önəm daşıdığını Putinə deyib və bu əməkdaşlığın, xüsusilə Ermənistan-Azərbaycan sərhədində baş verənlər fonunda aktuallıq daşıdığını bildirib. Daha sonra Paşinyan sərhəddə baş verən insidenti “Azərbaycan tərəfinin aqressiyası” kimi təqdim etməyə çalışıb və sonra masaya qayıtmağının mesajını verib. Ermənistan Nazirlər Kabinetinin yayıdığı açıqlamada qeyd edilib: “Paşinyan Ermənistan tərəfinin 9 (10) noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiqləyib”. Xatırladaq ki, Nikol Paşinyan Rusiyanın da israrlı olduğu və 10 noyabr bəyanatında əksini tapan bəzi müddəaları, xüsusilə kommunikasiyaların bəyanatda nəzərdə tutulduğu kimi açılması və erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən çıxarılması şərtlərini yerinə yetirmir. Sərhədlərin delimitasiya və demarkasiyası haqda təkliflərdən də dolayısı ilə imtina edir. 9 noyabr 2021-ci ildə Moskvada və yaxud Soçidə nəzərdə tutulan üçtərəfli görüşün də məhz bu səbəbdən baş tutmadığı iddia edilir. Lakin son sərhəd insidentlərindən sonra Ermənistan təcili şəkildə həm sərhədləri müəyyən etməyə, həm də  danışıqlar masasına qayıtmağa hazır olduğunu bildirir. Elə bunlardan sonra Rusiya mediası RF Müdafiə Nazirliyinə istinadən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabitləşdiyini bildirib. Rusiya Müdafiə Nazirliyinin məlumatında bu xüsusda deyilir: “Azərbaycan və Ermənistan Müdafiə nazirliklərinin rəhbərləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə söhbətdən sonra vəziyyəti sabitləşdirmək üçün tədbirlər görüblər, Kilisalı dağı ərazisində vəziyyət normallaşıb. Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan və Ermənistanın hərbi idarələrinin rəhbərləri ilə telefon danışıqları nəticəsində tərəflər vəziyyətin sabitləşdirilməsi istiqamətində tədbirlər görüb. Hazırda Qarakilsə dağı ərazisində toqquşmalar dayandırılıb, vəziyyət normallaşıb və nəzarət altındadır”.

Hesab edilir ki, indi Ermənistan həm danışıqlar masası arxasına qayıdacaq, həm də üçtərəfli bəyanatların şərtlərini yerinə yetirəcək.  

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ