şənbə günü, 14 noyabr 2026
     

75 yaşlı YUNESKO Azərbaycanla bağlı hansı səhvləri buraxdı?..

Image


Noyabrın 16-da UNESCO-nun yaranmasının 75-ci ildönümüdür. 1945-ci ilin məhz həmin günündə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) yaradılıb. Londonda keçirilən konfrans dünyanın 37 dövlətinin imzaladığı Nizamnaməni qəbul edib. Onların planına görə, yeni təşkilat bəşəriyyətin intellektual və mənəvi həmrəyliyini təmin etməyə kömək göstərmək və bununla da yeni dünya müharibəsinin başlanmasının qarşısını almaq üçün təsis olunub.

Rəsmi məlumatlara görə, Azərbaycan BMT-nin bu bölməsinə 1992-ci il iyunun 3-də qoşulub. 29 ildən çoxdur ki, UNESCO ilə Azərbaycan arasında əlaqələr getdikcə genişlənir və müxtəlif fəaliyyət sahələrini əhatə edir. Azərbaycan təhsil, mədəniyyət, təbiəti mühafizə və idman sahələrində UNESCO-nun bir çox konvensiyalarına qoşulub.

Qeyd olunduğu kimi, Azərbaycan uzun illərdir ki, bu qurumun üzvüdür və hər zaman da öz ohdəliklərini yüksək səviyyədə yerinə yetirir, UNESCO-nun ən müxtəlif layihələrində iştirak edir. Amma UNESCO çox zaman Azərbaycana qarşı ikili standartlar sərgiləyir.

Bütövlükdə, UNESCO-Azərbaycan əlaqələrini necə qiymətləndirmək olar? Azərbaycan ona qarşı əsasən qeyri-obyektiv mövqe sərgiləyən UNESCO ilə əməkdaşlığa yenidən baxmalıdırmı? 75 yaşlı UNESCO Azərbaycanla bağlı hansı səhvləri buraxdı?..

  • “...Biz UNESCO-dan dəqiq, düzgün, obyektiv bir ekspert rəyi, UNESCO-nun bu işdə fəal iştirakını gözləyirdik, lakin...”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycan dövləti UNESCO ilə genişmiqyaslı əlaqələri olan, genişmiqyaslı layihələr həyata keçirən aktiv ölkələrdən biridir. “Əgər bu ölkələri barmaqla saymaq mümkün olarsa, Azərbaycan bu ölkələr arasında ən layiqli yerdə durur. Çünki həmişə Azərbaycan bir dövlət olaraq UNESCO-nun bütün layihələrində aktiv iştirak edir, UNESCO-nun bütün ideyalarını, bölgədə mədəni irsimizlə bağlı bütün layihələrini dəstəkləyir. Həmişə UNESCO-nun bölgə ilə bağlı siyasətinə təkan verib, tarixi abidələrin qorunmasına, o cümlədən təhsilin inkişafına dair rolunu dəstəkləyib. Azərbaycan UNESCO-dan heç zaman öz dəstəyini əsirgəməyib”.

F.Quliyevin sözlərinə görə, elə ölkələr var ki, ümumiyyətlə UNESCO-nun layihələrində iştirak etməyib, bu sahədə aktiv deyil, bu qurumun fəaliyyətinə barmaqarası baxır. “Bizim ölkəmiz həmişə öndə olub və ümimiyyətlə UNESCO-nun əhəmiyyətini, rolunu təbliğ edən ölkələrdən biri kimi özünü ifadə edib. Şübhəsiz ki, Azərbaycan 44 günlük müharibə nəticəsində öz torpaqlarını işğaldan azad edib. Torpaqalımız azad edildikdən sonra vaxtilə işğalda olan ərazilərimizdə bizim mədəni irsimizə, tarixi abidələrimizə qarşı qonşu dövlətin törətdiyi vandalizm aktlarına, cinayətlərə, hərəkətlərə hüquqi qiymət verilməsi baxımından UNESCO mənfi rolda çıxış etdi. Əslində, biz UNESCO-dan dəqiq, düzgün, obyektiv bir ekspert rəyi, UNESCO-nun bu işdə fəal iştirakını gözləyirdik, lakin UNESCO  birmənalı olaraq birtərəfli mövqe tutdu. Əlbəttə, bütün bunlar UNESCO-nun fəaliyyətinə, UNESCO-Azərbaycan əlaqələrinə, ümumiyyətlə onun bir təşkilat kimi məramına xələl gətirən bir hərəkətdir. Çünki müharibədən sonra Ermənistan tərəfindən bizim maddi irsimizin, tarixi abidələrmizin məhv edilməsi faktları üzə çıxdıqda bu faktları qeydə almamaq, buna rəy verməmək, münasibət bildirməmək, bu məsələyə barmaqarası baxmaq, şübhəsiz ki, UNESCO kimi təşkilata yaraşmayan bir hərəkət idi. Təəssüflər olsun, biz görürük ki, bu gün hələ də ikili standartlar mövcuddur. Nədənsə, belə məsələlərdə UNESCO kimi təşkilat bitərəf mövqedə durdu, heç bir reaksiyası olmadı. Əlbəttə, bu bizim münasibətlərimizə xələl gətirir.

Bəs gələcəkdə UNESCO ilə bağlı siyasətimiz necə qurulmalıdır? Fikrimcə, bu siyasətimizdə müəyyən dəyişikliklər ola bilər. Bu baxımdan ki, biz UNESCO-nun fəaliyyində bu cür mənfi halları görəndə bunları tənqid etməliyik. Amma ümumən götürdükdə, əlaqələrin davam etdirilməsi və layihələrin həyata keçirilməsi siyasətindən imtina etmək olmaz. Çünki UNESCO böyük və nüfuzlu beynəlxalq təşkilatdır. Onun fəaliyyətindən, həyata keçirdiyi proseslərdən uzaq durmaq düzgün deyil. Siyasətdə müəyyən korrektələr ola bilər. Mənə elə gəlir ki, Azərbaycan tərəfi UNESCO xəttilə çoxlu sayda elmi konfranslar keçirməyə üstünlük verməlidir. Yəni tarixi abidələrimizin təbliği, onların bərpası, əsasən də mahiyyəti, öyrənilməsi, ayrı-ayrı tarixi mərhələləri ilə bağlı UNESCO-nun özündə elmi konfranslar keçirməliyik. Azərbaycanın tarixi keçmişi ilə bağlı olan bu tədbirlərdə, elmi konfranslarda əsasən elm adamları iştirak etməlidir. Bu məsələdə bir qədər məmurların UNESCO-nun fəaliyyətində rolunu azaldıb, məhz elmi tədqiqatlarla məşğul olan, bu problemləri daha yaxşı bilən elm adamlarına üstünlük vermək və onların tədqiqat mövzuları əsasında Azərbaycanın tarixi keçmişi ilə bağlı maraqlı, aktual mövzulara həsr olunmuş beynəlxalq elmi konfranslara üstünlük vermək lazımdır. Mən özüm şəxsən bir neçə dəfə fərqli ölkələrin UNESCO xəttilə UNESCO-nun baş qərərgahında keçirdikləri elmi konfranslarda iştirak etmişəm. Məsələn, Qazaxıstanın öz tarixi ilə bağlı bir neçə belə elmi tədbiri olub ki, mən ora ekspert olaraq, başqa bir ölkənin tədqiqatçısı kimi dəvət olunmuşam və o elmi konfranslarda iştirak etmişəm. Ən əsası odur ki, həmin elmi konfranslarda bizim opponentlərimizin də iştirakına nail olmaq lazımdır. Qorxmaq lazım deyil ki, opponentlərimizdən kimlərsə gəlib bizim mövqeyimizdən tamamilə fərqli mövqedə çıxış edəcək. Əksinə, onların da iştirakını təmin etmək lazımdır, orada diskussiya nəticəsində Azərbaycan alimlərinin daha haqlı olduqları, onları irəli sürdüyü elmi fikirlərin daha əsaslı olduğu sübuta yetirilməlidir”.

F.Quliyev deyir ki, Azərbaycan tarixi keçmişini, arxeologiyasını, maddi-mədəni irsimizi dərindən bilən tədqiqatçıları, alimləri UNESCO-nun xəttilə beynəlxalq tədbirlərə çıxarmaq lazımdır. O hesab edir ki, bu konfranslarda oppenentlərlə diskussiyalar gələcəkdə daha düzgün konsepsiyaların, daha doğru elmi yanaşmaların üzə çıxmasına şərait yaradacaq. Alim bildirir ki, Azərbaycan elmi ictimaiyyətinin irəli sürdüyü fikirlərə, apardıqları tədqiqat işlərinə iqtibas edən, fikirlərini qəbul edən xarici alimlər var, sadəcə olaraq, bunun UNESCO xətti ilə aktuallaşmasına imkan vermək lazımdır. “Birmənalı olaraq tribunanı qarşı tərəfə vermək və digərilərinin bu mövzularda, xüsusən də Azərbaycan tarixi ilə bağlı hansısa bir elmi konfranslar keçirməsinə seyirçi qalmağımız qətiyyən olmaz. Dəfələrlə görmüşəm ki, UNESCO xəttilə bir çox ölkələr elmi konfranslar keçirir, orada polemikalar da, diskussiyalar da olur, fikir ayrılığı da olur. Amma həmin tədbiri keçirən ölkənin elmi ictimaiyyəti, ora cəlb olunmuş mütəxəssislər öz məsələləri ilə, keçmişləri ilə bağlı çox ciddi informasiyaları çatdıra bilirlər. Qazaxıstan son illər bu məsələdə çox aktivdir, o cümlədən də başqa ölkələr... Yəni imkan vermək lazımdır ki, UNESCO ilə gələcək münasibətlərin daha da gücləndirilməsi üçün daha çox elm adamlarının iştirakı təmin olunsun, onların irəli sürdüyü maraqlı və aktual mövzularda çoxsaylı konfranslar təşkil olunsun. Konfransların tez-tez təşkil olunması Azərbaycan tarixinin, Azərbaycan elmi iştimaiyyətinin fikrinin təbliğ olunması deməkdir...Gəlin hesab edək ki, Azərbaycan-UNESCO münasibətlərində belə dəyişikliklər ola bilər... Hər dövrün öz tələbləri var. Bu baxımdan, UNESCO-da, çox böyük olmasa da, tez-tez elmi tədbirlərin, elmi konfransların keçirilməsi çox vacibdir. Biz bununla Azərbaycan abidələrinin tarixi mahiyyətinin, onun keçmişi ilə bağlı tarixi məsələlərin dünya elm ictimaiyyətinə çatdırılmasına nail ola bilərik. Mən gələcək münasibətləri belə görürəm ki, bu münaisbətlərdə elm adamlarının fəaliyyətinin, iştirakının təmin edilməsinə daha çox üstünlük verilməlidir. Çox diqqətlə baxsaq, biz hər zaman daxildə böyük elmi nəticələrin olduğunu göstəririk, böyük elmi yeniliklər əldə etdiyimizi hər dəfə vurğulayırıq, amma bu nəticələrin qiymətləndirilməsi məsələsinə gəldikdə problemlər yaranır. Əgər bu nəticələr, bu yeniliklər varsa, mütləq beynəlxalq formatda elmi tədbirlər, konfranslar təşkil etməklə onların tanıdılmasına, təbliğinə nail olmalıyıq” - deyə alim vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ