şənbə günü, 14 noyabr 2026
     

Yeni nazir elə ilk iş günündə biabırçı duruma düşdü...

Image


Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 15-də gözlənilmədən müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsi məsələsini ölkə prezidenti Armen Sarkisyanın qarşısında qaldırıb və onu istefaya göndərib. Bundan sonra Paşinyan sabiq nazirin əvəzinə yaxın silahdaşı və baş nazirin müavini vəzifəsini daşıyan, orduya, hərb sahəsinə heç bir aidiyyəti olmayan Suren Papikyanı təyin edib.

Paşinyan bu addımını Ermənistan Təhlükəsizlik Şurasının iclasında son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən və erməni ordusunun necə miskin durumda olduğunu bir daha üzə çıxaran hadisələrlə əlaqələndirib. Nazir vəzifəsinə təyin edilən və ordudan qətiyyən xəbərdar olmayan Suren Papikyan isə elə təyinatının ilk günündə ciddi səhvlərə yol verib. Hesab edilir ki, bu hal onun da tezliklə vurulmasını qaçılmaz edir. Məsələ burasındadır ki, təyinatın ertəsi gün Papikyan sərhəddə yeni insidentlər törədərək ölkəsinin üstünlüyünü təmin etmək niyyətinə düşüb. Bu fonda Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11:00 radələrində qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib. Qarşı tərəf Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələrimiz tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımdan tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib. Təbii ki, erməni tərəfinin düşdüyü bu vəziyyət Suren Papikyana ciddi başağrısı olacaq. Ermənistanın “Joxovurd” qəzeti artıq hökumətdəki mənbələrinə istinadla Suren Papikyanın müdafiə naziri vəzifəsinə müvəqqəti təyin olunduğu yazıb. Qəzet bildirir ki, Paşinyan Papikyanı nazirlikdə nə baş verdiyini ayırd etmək üçün təyin edib: “Hökumətdəki mənbələrimizin məlumatına görə, Paşinyan Papikyanı bir məqsədlə təyin edib – hərbi idarədə nə baş verdiyini anlamaq üçün. Məsələ ondadır ki, nazirliyin daxilində didişmə gedir. Hərbi məmurlar bu və ya digər iş üçün məsuliyyəti bir-birinin üzərinə atmaqla, bir-birini rəhbərliyə satmaqla məşğuldur”. Qəzet yazır ki, Paşinyan Müdafiə Nazirliyini yaxşıca “silkələmək” niyyətindədir və nəticədə “çox kəllələrin gedəcəyi” gözlənilir. Bu sıraya Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və daha bir neçə general da daxildir. Amma sərhəddə baş verən son olaylar Papikyanın özünü də pis vəziyyətə salıb.

Ermənistanın “Past” qəzeti də yazr ki, məsələ tək nazir dəyişikliyi ilə yekunlaşmayacaq, ümumilikdə nazirlik və Baş Qərargah rəhbərliyində radikal dəyişikliklər ediləcək. O da qeyd olunur ki, indiki halda sərhəddə yeni uğursuzluq Papikyanın da taleyini sual altına alıb, eyni zamanda müxalifətin Paşinyan hakimiyyətinə qarşı yeni arqumentlər əldə etməsinə səbəb olub. Yeri gəlmişkən qeyd edək ki, noyabrın 16-da Ermənistanda iki müxalifət fraksiyası parlamentin iclasını boykot etdiyini açıqlayıb. Onlar hakimiyyətyönlü çoxluğu sərhəddəki vəziyyətin müzakirəsini önləmək cəhdində suçlayıblar. Məsələ burasındadır ki, “Hayastan” və “Şərəf duyuram” fraksiyaları parlamentin iclasında bazar ertəsi Azərbaycanla sərhəddə yaranmış durumun müzakirəsini istəyiblər. Parlamentin spikeri Alen Simonyan isə müxalifətin müzakirə ilə bağlı xahişini rədd edib. Bu səbəbdən müxaliflər parlamentin işini boykot edib. Amma “Qraparak” qəzeti yazır ki, bu vəziyyətdə müxalifət heç nə əldə edə bilməyəcək: "Çünki Rusiya erməni müxalifətini Paşinyana təzyiq göstərməkdən çəkindirməyə çalışır. Onlar Rusiyanın müxtəlif kanalları ilə Ermənistan müxalifətini razı salmağa çalışırlar ki, sərhədlər müəyyən edilmədən, güc yolu ilə və insan tələfatı bahasına ərazilərdən imtina etmək istəmirlərsə, Nikol Paşinyana təzyiqləri dayandırsınlar. Rusiyanın yüksək dairələrinə yaxın mənbəmiz bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-da keçirilməli olan görüşdən və ya videokonfransdan imtina etməsi Azərbaycan tərəfini məsələnin güc yolu ilə həllinə sövq edib. Paşinyan erməni cəmiyyətinin güclü təzyiqi ilə təmasdan imtina edib. Bir qayda olaraq, təhlükə görəndə o geri çəkilir, çünki Ermənistanın ictimai dairələrində səs-küy yaranır ki, sənədin imzalanması hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Paşinyan sonradan “satqın” adlandırılmaması üçün görüşdən imtina etməyi və Azərbaycan Prezidenti İlham Əliyevə məsələləri güc yolu ilə həll etməyə imkan verməyi seçib. Rusiya emissarları, o cümlədən Rusiyanın Ermənistandakı səfiri müxtəlif dairələrin nümayəndələri ilə görüşlər keçirir və onları hüquqi prosesə müdaxilə etməməyə, sənədli demarkasiyaya icazə verməyə inandırır. Yəni Rusiya, bir növ, bu yolla Ermənistanı dəstəkləyə bilsin. Üstəlik, bu halda nə müharibə, nə itki, nə də ərazilərin qanunsuz işğalı olacaq. Azərbaycanlılar isə bacardığı yerdən soxulacaq və torpaqlarımızı ələ keçirəcək”.

Bir daha qeyd edək ki, Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirir.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ