şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan demoqrafik vəziyyət hesabına regionda lider mövqeyini daha da gücləndirir

Image


Bu gün Azərbaycanın mövcud olduğu regionda lider dövlət statusunu şərtləndirən əsas faktorlardan biri də demoqrafiya ilə bağlıdır. Məhz demoqrafik cəhətdən üstünlük şəraitində Azərbaycanın regionda mövqeyi getdikcə güclənir. Bu fakt indi və qarşıdakı dövr ərzində Azərbaycanın daha güclü dövlət ola bilməsi üçün başlıca şərtlər sırasında yer alır. Çünki dövlətin sosial-iqtisadi inkişafına təsir edən amillər sırasında demoqrafik proseslər mühüm yer tutur.

Demoqrafik nisbət fərqi Azərbaycanın Ermənistan üzərində əzici üstünlüyünü bundan sonra da qoruyacağını göstərir

Dünya təcrübəsi çoxdan sübuta yetirib ki, istənilən iqtisadi sistem demoqrafiya ilə ayrılmaz şəkildə bağlıdır. Əhalinin sayı və onun tərkibi istehsalın miqyasına, həyatın bütün sahələrinin inkişaf sürətinə birbaşa təsir göstərir. Təbii ki, demoqrafik proseslər - məhsuldarlıq, ölüm və miqrasiya əsasən sosial-iqtisadi vəziyyətdən və əhalinin həyat səviyyəsindən asılıdır. Bundan başqa, hərbi güc məsələsində də demoqrafiya mühüm yer tutur. Bunun ən bariz nümuməsini Azərbaycan və Ermənistan timsalında görmək olar.

Məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətlə təminat sarıdan heç bir problemi yoxdur. Ermənistanda isə silahlı qüvvələrin müxtəlif növlərinin tam komplektləşdirilməsi, ən yaxşı halda, 50 faizi belə keçmir. Bu kimi məqamlar Vətən müharibəsinin nəticələrinə də birbaşa təsir göstərib. Belə ki, 44 günlük savaş zamanı Azərbaycan ordunun şəxsi heyətini tam komplektləşdirib itkilərin yerini asanlıqla doldurdurduğu bir vaxtda Ermənistanda tamam əks proses qeydə alındı. Ermənistanda İctimai Şuranın Miqrasiya məsələləri üzrə Komissiyasının sədri, ekspert Qaqik Yeqanyan ölkəsində demoqrafiya ilə bağlı vəziyyətin getdikcə pisləşəcəyini etiraf edir. O bildirir ki, Ermənistanı 30 illik müstəqillik dövründə 1,6-1,7 milyon insan və ya əhalinin 30 faizi tərk edib: “Ölkəni tərk edənlərin 1,1-1,2 milyonu Rusiyaya, 150 mini ABŞ-a, 120-150 mini Avropaya, digərləri MDB-nin müxtəlif ölkələrinə və digər dövlətlərə köçüb. Son 3 il ərzində təxminən 600 min vətəndaş və ya o dövrdə əhalinin 16 faizi Ermənistanı geri dönməmək şərtilə tərk edib”. Qeyd edək ki, 1 yanvar 1991-ci il tarixinə qədər Ermənistanda əhalinin sayı 3 milyon 574 500 nəfər olub. Buradan 30 ildə mühacirət edən 1,6-1,7 milyonu çıxsaq, Ermənistanın əhalisinin 1,8-1,9 milyon nəfər olduğunu görmək olar. Onların da yenə əksər hissəsi İkinci Qarabağ savaşından sonra ölkəni tərk etməyə hazırlaşır. Bu da Ermənistanın tədricən əhalisiz ölkəyə çevrilməkdə olduğunu nümayiş etdirir. Azərbaycanda isə demoqrafik vəziyyət fərqlidir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 28 247 nəfər və ya 0,3 faiz artaraq bu ilin oktyabr ayının 1-də 10 milyon 147 380 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhali artımı üzrə Azərbaycanla Ermənistan arasında kəskin fərq ölkəmizin qarşı tərəf üzərində birmənalı üstünlüyünü təmin edir.

Həllini gözləyən məsələlər də var...

BMT-nin araşdırmasına əsasən, demoqrafik proseslər dünya ölkələrinin ortaq gələcəyini formalaşdıran beş meqatrenddən biridir. Bütün ölkələr bu və ya digər şəkildə demoqrafik dəyişiklikləri yaşayır: dünyanın bəzi yerlərində əhalinin davamlı artımı, digərlərində isə əhalinin qocalması və azalması, həmçinin miqrasiya və urbanizasiyanın sürətlənməsi kimi hallar qeydə alınır.

Dünya əhalisinin indiki halda qocalma prosesinin sürəti misilsizdir, onların bəşər tarixində analoqu yoxdur və uzunmüddətli xarakter daşıyır. Yaşlı insanların faizi artdıqca əhali qocalır. Əhalinin qocalmasının səbəbləri doğum nisbətinin azalması və yaşlı nəslin gözlənilən ömür uzunluğunun artmasıdır. Daha yaxşı qidalanma, tibbi nailiyyətlər, səhiyyə, təhsil və iqtisadi rifah sayəsində gözlənilən ömür uzunluğunun artırılması bəşəriyyətin ən böyük nailiyyətlərindən biridir. Hesablamalara əsasən, 2050-ci illərdə inkişaf etmiş ölkələrdə uzunömürlülük 83 yaşa, inkişaf etməkdə olanlarda isə 74 yaşa qədər olacaq. Proses Azərbaycanda da özünü göstərir. 1991-ci ildə ölkə əhalisinin 28,6 faizi və ya 2 milyon 65,9 min nəfəri 15-29 yaş arasında gənclər, 4,8 faizi  və ya 344,7 min nəfəri 65 yaşından yuxarı yaşlılar olub. Lakin son 30 ildə Azərbaycanda ümumi əhaliyə nisbətdə gənclərin sayı azalıb, yaşlıların sayı artıb. Məlumat üçün bildirək ki,ötən il ölkə əhalisinin 24,1 faizini və ya 2 milyon 387 min nəfərini 15-29 yaş arasında gənclər, 6,5 faizini  və ya 648,6 min nəfərini isə 65 yaşından yuxarı yaşlılar təşkil edib. Burada orta ömür müddətinin artması da vəziyyətə təsir edib. Amma Azərbaycanda nisbət fərqi dünyanın əksər ölkələri ilə müqayisədə yaxşı vəziyyətdədir. Belə ki, Qərb ölkələrində yaşlı nəslin nisbəti 20 faizi belə keçir. Ermənistanda bu göstərici hazırda 13 faizdən yuxarıdır. Belə durumda Azərbaycanda vəziyyətin daha yaxşı olması dərhal özünü büruzə verir. Buna rəğmən hesab edilir ki, gənclərin əhali arasında xüsusi çəkisinin artırılmasına diqqət daha da artırılmalıdır. Bundan başqa, əhali artımının etibarlı təmini üçün boşanma hallarının sayının çoxalmasının qarşısının alınması da mühümdür.

 Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının say nisbəti qeyd edilən xüsusda müəyyən narahatlıq üçün əsas yaradır. Yenə Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 41 067 nikaha daxilolma və 12 892 boşanma halları qeydə alınıb. Qeyd olunur ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb. Hesab edilir ki, boşanmalara səbəb yaradan məqamların müəyyən edilərək aradan qaldırılması olduqca vacibdir. Bu, Azərbaycanın demoqrafik üstünlüyünün qorunub saxlanmasının da zəruri şərtlərindən biridir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ