şənbə günü, 14 noyabr 2026
     

Bakı və Moskva birlikdə İrəvanı sülhə vadar edəcək…

Image


Bu gün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri Rusiyanın da iştirakı ilə Ermənistanla imzalanmış üçtərəfli bəyanatların müddəalarının icra edilməsidir. Məlumdur ki, 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən Zəngəzur dəhlizi açılmalı, Azərbaycanın qərb hissəsinin Naxçıvanla quru yolla əlaqəsi yaranmalıdır. Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə baxmayaraq, Ermənistan tərəfi hələ ki, hər hansı bir ciddi addım atmayıb. Halbuki, 10 noyabr bəyanatının 9-cu maddəsində bildirilib: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Bundan başqa, Rusiya sülhməramlı qüvvələrinin Qarabağa gəlişi ilə paralel olaraq erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməli idi. Amma Qarabağın ermənilərin yaşadığı ərazilərində hərbi birləşmələr bugünə qədər qalmaqdadır. Müvəqqəti məskunlaşmış sülhməramlıların nəzarəti altındakı ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında məcburi köçkünlər və qaçqınlar qayıtmalıdır. Bəyanatın 7-ci maddəsində məcburi köçkün və qaçqınların qayıtması məsələsi öz əksini tapıb. Lakin erməni tərəfi bu xüsusda da öhdəliyinə əməl etmir. Halbuki, birgə bəyanatın şərtlərinə dəqiqliklə əməl olunarsa, regionda uzunmüddətli davamlı sülhün əldə olunması imkanları yarana bilər. 

2020-ci il 10 noyabr, eləcə də 2021-ci il 11 yanvar bəyanatlarında göstərilən müddəalar bölgədəki vəziyyətin inkişafını, iqtisadi əlaqələrin qurulmasını, infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Kommunikasiya xətlərinin bərpası Ermənistan və Azərbaycan ərazisi üzərindən ticarət və nəqletməni əhəmiyyətli dərəcədə həm bu iki ölkənin, həm də Azərbaycanın tərəfdaşlarının xeyrinə artıracaq. Bu proses əhəmiyyətl amili olacaq, bölgədə və onun hüdudlarından kənarda davamlı sülh və sabitlik üzrə şəraitin yaradılmasında müsbət rol oynayacaq. Amma İrəvan bunun üçün üçtərəfli bəyanatların şərtlərinə əməl etməlidir. Bu məsələ bəyanatlara imza atan tərəflərdən bir kimi indi Rusiya üçün də vacib önəm kəsb edir. Çünki bəyanatların şərtlərinin icrası Rusiya üçün həm nüfuz, həm də iqtisadi, siyasi maraqların təmini məsələsidir. Elə bu səbəbdəndir ki, Kreml qeyd edilən bəyanatların icrasının zəruriliyini indi ən yüksək səviyyədə gündəmə gətirir. Belə ki, Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı bəyanatlar məsələsinə də xüsusi olaraq toxunub. O qeyd edib ki, rəsmi Moskva Qarabağda vəziyyətin sabitləşməsi üçün addımlar atmaqda davam edəcək. Putin Rusiyanın bundan sonra da regionda vəziyyətin sabitləşməsi və üçtərəfəli razılaşmaların ardıcıl şəkildə yerinə yetirilməsi üçün addımlar atacağını qeyd edib. Kremlin mətbuat xidmətinin məlumatında bu xüsusda bildirilir: "Vladimir Putinin qeyd etdiyi kimi, Rusiya vəziyyətin sabitləşməsinə kömək etməyə və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşmaların ardıcıl həyata keçirilməsinə töhfə verəcək addımlar atmağa davam edəcək". Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov da üçtərəfli bəyanatlar haqda mühüm fikirlər səsləndirib. O hesab edir ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əhəmiyyətini sözlə ifadə etmək çətindir: “İmzalanmış sənədləri həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə vacib əhəmiyyətli, həmçinin müharibəyə son qoyacaq, regional iqtisadiyyat və infrastrukturun sülh yolu ilə inkişafına şərait yaradan sənədlər kimi qiymətləndiririk. Bu son dərəcə vacib əhəmiyyətə malikdir. Bu səbəbdən imzalanmış sənədlərin əhəmiyyətini sözlə ifadə etmək çətindir”.

Rusiya Xarici İşlər Nazirliyinin də məsələyə yanaşması eyni tondadır: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hərtərəfli kömək göstərəcək, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi məsələləri ilə bağlı bütün səviyyələrdə əlaqələrin genişləndirilməsinə yönəlmiş dinc təşəbbüsləri dəstəkləyəcəyik. Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin formalaşdırılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələri arasında dialoqa da dəstək verməyə hazırıq. Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına, qarşılıqlı fayda kəsb edən regional əməkdaşlığın inkişafına tərəfdarıq”. Rusiya XİN-in məsələ ilə bağlı  bəyanatında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli bəyanatında öz əksini tapmış Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələri öz tərəfdaşları ilə birlikdə ardıcıl şəkildə həyata keçirmək niyyətində olduğu qeyd edilir. Bundan başqa, bəyanatda Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılmasının, delimitasiya, ardınca isə demarkasiya prosesinin tezliklə başlanmasının vacibliyi vurğulanır. Bütün bunlar bəyanatlar məsələsinin Rusiya üçün də xüsusi önəm kəsb etdiyini göstərir. Deməli, həmin bəyanatların şərtlərinin icrası üçün Azərbaycan və Rusiyanın Ermənistana təzyiqlərinin daha da güclənməcini gözləmək olar. Kremlin İrəvana təsir imkanları kifayət qədərdir. Azərbaycanın da belə imkanlara sahib olması artıq Ermənistanda etiraf edilir. Bu xüsusda Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Vahaqn Saroyan bildirib: “Azərbaycan yaratdığı vəziyyətlə Ermənistanın daxili siyasi və iqtisadi gündəminin formalaşmasına təsir göstərə bilir”. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti sərhəddə Azərbaycan gömrük məntəqələrinin qurulmasının həm məntiqli, həm də qanuni olduğunu legitimləşdirir: “Hakimiyyət dövlətin təhlükəsizliyini təmin etmək kimi ən mühüm funksiyasını uzun müddət yerinə yetirə bilməyəndə bu, zəruri olmaqdan çıxır. Belə vəziyyətdə Azərbaycanın Ermənistana təsir imkanları daha da artır”. Hesab edilir ki, bu durumda Bakı və Moskva üçtərəfli bəyanatların şərtlərinin icrası məqsədilə Ermənistana təzyiqləri daha da gücləndirəcək.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ