Ağdam sakini minaya düşərək həlak olub. Baki-xeber.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, hadisə bu gün saat 17 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerindəcə həlak olub.
Ağdam rayon prokurorluğundan isə bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.