Suren Papikyan Ermənistanın yeni müdafiə naziri təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
O, bu postda Arşak Karapetyanı əvəzləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib.
"Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Arşak Karapetyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər edib.