şənbə günü, 14 noyabr 2026
     

Sülhməramlıların ziyanlı qərarı - terrorçu Xankəndiyə yox, Bakıya verilməli idi...

Image


44 günlük müharibə bir ildir ki, başa çatıb. Bu bir il müddətində, demək olar ki, hər gün Ermənistanın təxribatları ilə qarşılaşırıq. Erməni terrorçuları hər fürsətdən istifadə edib bizə qarşı terror cinayətləri törədirlər. Noyabrın 13-də üç hərbiçimizin yaralanması ilə nəticələnən terror olayı da bu qəbildəndir. Bu cinayəti Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan törədib. Bu barədə Baş Prokuroluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Birgə məlumatda bildirilir ki, 13 noyabr 2021-ci il tarixdə saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib.

Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib...

Qeyd edək ki, Şuşa yaxınlığında əl qumbarası ilə təxribat törədərək üç azərbaycanlı hərbçinin yaralanmasına səbəb olan 1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyan sülhməramlılar tərəfindən Ermənistana təhvil verilib.

Rusiyalı sülhməramlılar qumbara ilə 3 hərbçimizi yaralayan erməni terrorçunu niyə Ermənistana təhvil verdi?

  • “Bu ziyanlı addımı atmaqla da Rusiya sülhməramlılarının gərginlik yaratmağa cəhd etdiyi aşkardır”

Müasir İnkişaf Birliyinin sədri, politoloq Mübariz Göyüşlü bizimlə söhbətində bildirdi ki, halbuki, qanunla Mirzoyan Azərbaycana təhvil verilməli idi. M.Göyüşlü qeyd etdi ki, həmin terrorçu terror cinayətini Azərbaycan ərazisində azərbaycanlı hərbçilərə qarşı qəsdən törədib, məqsədi onları öldürmək olub, bu baxımdan Mirzoyan Azərbaycana təslim edilməli idi.  Mirzoyanın törətdiyi terror aktı ilə əlaqədar artıq Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bir neçə maddə üzrə cinayət işi açıldığını deyən M.Göyüşlünün sözlərinə görə, sülhməramlılarin işi onu Azərbaycana təhvil vermək idi, amma nümayişkaranə şəkildə onu geriyə Ermənistna təhvil verdilər. Sülhməramlıların bu davranışının onların missiyasına və Azərbaycan qanunlarına zidd olduğunu deyən M.Göyüşlü hesab edir ki, sülhməramlıların bu addımı bütün mənalarda zərərlidir və bu, terrorçuları növbəti terror cəhdlərinə ilhamlandıra bilər. “Müharibə bitdikdən sonra bölgədə yerləşdirilən Rusiya sülhməramlılarının bu bir il ərzindəki fəaliyyəti Azərbaycan cəmiyyətində, ictimaiyyətində belə bir rəy formalaşdırıb ki, onlar sülhməramlı deyil, rusməramlıdır, hətta bir sıra məqamda erməniməramlıdırlar. Bir ildir ki, onlar sülhməramlı adı altında müvəqqəti olaraq bölgədə yerləşdiriliblər, amma öz missiyalarını yerinə yetirmək əvəzinə yalnız erməniləri müdafiə etməklə, erməni terrorçularını qorumaqla məşğul olurlar. Bu da rusiyalı sülhməramlıların fəaliyyəti ilə bağlı çox ciddi narazılıqalar yaradır, onlara etimadı zədələyir. Sülhməramlıların oradakı əsas işi silahlı erməni terrorçularını, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək, azərbaycanlı əhalinin ora köçürülməsinə dəstək olmalıdır, burada azərbaycanlılarla ermənilərin dinc və rahat yaşamalarına çalışmalıdır. Eyni zamanda ermənilərin Azərbaycan qanunlarına tabe olmalarını və Azərbaycan vətəndaşları olaraq yaşamalarını təmin etmək, onları buna hazırlamaq da sülhməramlıların missiyasına daxildir. Rus sülhməramlıları orada qanunsuz silahlı birləşmələrin, terrorçuların, separatçıların zərərli fəaliyyətinin qarşısını almaq əvəzinə bunun əksini edir,  biz daha ziyanlı halların şahidi oluruq. Biz onların separatçı dəstəsinin başçısı Araik Artinyunyanı müdafiə etdiklərini, qoruduqlarını görürük”.

M.Göyüşlünün fikrincə, sülhməramlılar Qarabağdakı separatçı tör-töküntüsünü müdafiə etməklə, sanki onları yeni terror aktlarına həvəsləndirirlər. Mirzoyanın Ermənistana təhvil verilməsinə gəlincə, M.Göyüşlü bildirdi ki, Rusiya sülhməramlıları bu məsələdə özlərini əsl erməniməramlı kimi aparıblar: “Erməni terrorçunun atdığı qumbara ilə üç hərbçimizin yaralanması hadidəsi də ermənilərin separatçılıqdan, terrordan əl çəkmək istəmədiyini göstərir. Bu açıq-aşkar göstərir, hətta bu məqamlar olayla bağlı bütün video kadrlarda da var ki, sülhməramlılar öz üzərlərinə düşən vəzifəni lazımı şəkildə icra etmək istəmirlər. Rusiyalı sülhməramlılar terrorçu Mirzoyanı Azərbaycana təhvil verməli idilər, amma onu nümayişkaranə şəkildə Ermənistana təhvil verdilər. Rus sülhməramlılar üç azərbaycanlı hərbçiyə qarşı terror cinayəti törədən Mirzoyanı geri verməklə erməniməramlı olduqlarını bir daha sübut etdilər. Eyni zamanda da öz etimad və etibarlarını ciddi şəkildə zədələdilər”.

M.Göyüşlünün fikrincə, bu şəkildə davam edərsə, sülhməramlıların 5 illik müddəti başa çatdıqdan sonra burada qalmalarının vaxtı yenidən uzadılmaya bilər, əslində, heç uzadılmamalıdır da. O hesab edir ki, Bakı sülhməramlıların Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı məsələ qaldıra bilər. “Üçtərəfli bəyanatın şərtlərinə görə, tərəflərdən biri istəməyəcəyi təqdirdə Rusiya sülhməramlıları bölgəni tərk edə bilər. Yəni Azərbaycan 5 il müddəti başa çatdıqdan sonra onların burada qalmasına etiraz edə bilər. Çox təəssüflər olsun ki, biz ATƏT-in Minsk Qrupunun həmsədri olan və tərəflər arasında barışdırıcı mövqe tutmalı olan Rusiyanın sülhməramlılarının barışdırıcılıqla yox, qızışdircılıqla məşğul olduğunu, gərginlik yaratmağa xidmət etdiklərini görürük. Bu ziyanlı addımı atmaqla da Rusiya sülhməramlılarının gərginlik yaratmağa cəhd etdiyi aşkardır. Sülhməramlılar Azərbaycan ərazisində terror törədən cinayətkarı Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil versəydilər öz tərəfsizliklərini göstərərdilər, amma atdıqları addımla ermənipərəstliklərini göstərdilər ”-deyə M.Göyüşlü qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ