şənbə günü, 14 noyabr 2026
     

Ermənistan ermənilərinin də taleyi Azərbaycandan asılı vəziyyətə düşür…

Image


Gorus-Qafan yolunda Azərbaycanın sərhəd-gömrük məntəqəsi quraşdırmasından sonra ermənilərin bu yoldan istifadəsi əhəmiyyətli dərəcədə məhdudlaşıb. Belə bir vaxtda Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyan edib ki, Azərbaycan tərəfi Qafan-Çakaten avtomobil yolunun Azərbaycanın nəzarətində olan hissəsində də nəzarət-buraxılış məntəqəsi yaradır.

Bütün bunlar erməni tərəfində sözün əsl mənasında şok effekti yaratmaqdadır. Erməni mediası yazır ki, baş verənlər sərhədyanı kəndlərlə əlaqəni çətinləşdirir və bu yerlərdən ermənilərin köçünü sürətləndirir. Ermənistanın “Qraparak” nəşri yazır ki, getdikcə daha çox sayda erməninin taleyi Azərbaycandan asılı vəziyyətə düşür: “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hələ noyabrın 11-dən etibarən Gorus-Qafan yolunda Azərbaycan tərəfindən gömrük məntəqəsi qoyulması ilə bağlı bildirib ki, Azərbaycan tərəfi bunun nəyi nəzərdə tutduğu barədə hələ tam şəkildə məlumat verməsə də, məntiq yoldan istifadəyə görə müəyyən ödənişlərin alınmasını, təbii olaraq həm də pasportların yoxlanılmasını güman edə bilər. Ancaq problem ondadır ki, Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr yoxdur və Ermənistan vətəndaşları öz pasportları ilə sərhədi keçə bilməzlər, bunun üçün Azərbaycan giriş vizası da tələb edə bilər. Eyni əsaslandırma ilə İrandan daşımalara da icazə verməyə bilərlər”. Qeyd olunub ki, bu məsələləri həll etmək üçün dövlətə sahib olmaq lazımdır, lakin ermənilər dövlətə sahib olsaydılar, bu gömrük məntəqəsi birbaşa olaraq Zəngəzurda peyda olmazdı. O da qeyd edilir ki, Azərbaycanın Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarətinin tətbiqinə başlamasından sonra Çakaten, Sıxovuş (Şikahoq), Kilsəkənd (Sraşen), Tsav, Nerkin Hand və digər kəndlərinin əhalisi üçün iki seçim var: ya Azərbaycan ərazisindən gömrük rüsumu ödəyərək keçəcəklər, ya da daha uzun məsafə (Mehriyə gedib, oradan Qafana keçəcəklər) qət etməli olacaqlar. Gorus-Qafan yolunda gömrük məntəqəsinin qurulması Şahverdilər (Vorotan), Şurnux və Bərdzrəvan kəndlərini, Qafan-Çakaten yolunda gömrük məntəqəsinin qurulması Çakaten, Sıxovuş (Şikahoq), Kilsəkənd (Sraşen), Tsav, Nerkin Hand kəndlərini çətin vəziyyətə salır. Hər iki istiqamətdə Ermənistan hakimiyyətinin təklif etdiyi alternativ yol əlverişsizdir. Bununla da həmin ermənilərin taleyi daha çox Azərbaycandan asılı duruma düşüb. Erməni siyasətçi Gevorq Parsyan məsələ ilə bağlı bildirir: “Gorus-Qafan yolunun Çakaten kəndi istiqamətində Azərbaycan ordusu qüvvə yerləşdirib və postları var”. Onun sözlərinə görə, Azərbaycan əsgərləri Çakatenin 3-4 km hissəsində yolu genişləndirib: “Azərbaycanlılar orada “hansısa işlərlə” məşğuldurlar. Yolun gömrük məntəqəsinə çevrilə biləcəyi ilə bağlı qorxular var. Amma hazırda yolla hərəkətdə heç bir problem yoxdur”. Erməni ekspert Vitali Manqasaryan isə məsələnin başqa bir tərəfinə diqqət çəkir: “Gorus-Qafan yolunun azərbaycanlılar tərəfindən bağlanması qalmaqalı fonunda hökumət yaxın vaxtlarda İrəvan-Qafan-İrəvan hava daşımasının həyata keçiriləcəyini bildirdi”. Onun sözlərinə görə, təbliğat elementlərinin böyük konsentrasiyasını ehtiva edən bu xəbəri daha yaxşı başa düşmək və təsəvvür etmək üçün son dövrdə, heç olmasa, bir dəfə Qafana baş çəkmək lazımdır: “2020-ci ilin dekabrının ortalarında baş nazir tərəfindən elan edilmiş məlum şifahi razılaşma nəticəsində azərbaycanlılar hava limanından cəmi 200 metr aralıda mövqelər qurublar. Burada eniş edən təyyarənin sərnişini təyyarədən çıxarkən ilk olaraq Azərbaycan bayrağını görə bilər. Bundan başqa, təyyarənin marşrut problemi də var, çünki çox böyük ehtimalla, təyyarə ən azından eniş edəndə Azərbaycanın hava məkanına daxil ola bilər”. Erməni mediası qeyd edir ki, problemlər son günlərdə sərhəddə baş verənlər fonunda daha da kəskinləşib.  “İravnuk” qəzeti iddia edir ki, Azərbaycan noyabrın 14-də PDM-lərdən istifadə edərək Zəngəzurda daha bir istiqamətdə irəliləyib: "Ordumuzun yaxşı təlim keçmiş əsgərləri əlverişli mövqelərdə dayansalar da, düşməndən sayca üstün olsalar da onların qarşısını ala bilməyiblər. Kiçik insidentlər baş verib. Bundan sonra düşmən ağır zirehli texnikaları köməyə çağırıb. Nəticədə əsgərlərimiz 1-2 km geri çəkilməli olublar. Ölən və yaralananlar olmayıb. Əsgərlər yeni mövqelərdə yenidən möhkəmləndirdilər, düşmən (Azərbaycan) isə bizim köhnə mövqedə qaldı". Qeyd edilir ki, bununla Azərbaycan Zəngəzurda daha da möhkəmlənib. Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan da vəziyyətin onlar üçün ağır olduğunu bildirib: “Müharibə risqləri bundan öncə mövcud olduğu kimi indi də saxlanılır, Zəngəzur da toqquşma nöqtəsi ola bilər, bu toqquşmanı xaricdən təhrik edə bilərlər”. Onun sözlərinə görə, bu gedişlə növbəti seçkilərə qədər Ermənistan olmaya bilər.  Zakaryan vurğulayıb ki, Ermənistanın hazırkı hakimiyyəti hər şeyi dəyişib, nəticədə müharibə zamanı beynəlxalq strukturlar tərəfindən Bakının ünvanına heç bir adekvat reaksiya olmayıb. O bildirib ki, Azərbaycanın anklavlar məsələsini qaldıracağından əmindir: “Nikolçular Ermənistanın qürurlu (pis mənada) vətəndaşına yeni müharibə halında yeni ərazilər söz verdilər, lakin yeni müharibə və yeni gömrük məntəqələri (Azərbaycan) təmin etdilər. Onlar hamınızı sevirlər, hamınızın qarşısında baş əyirlər, hamınızla fəxr edirlər və hamınızı təhvil verirlər”.

Tahir TAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ