Ermənistan üçtərəfli razılıqların şərtlərini yerinə yetirməyə başlamalıdır, bununla əlaqədar İrəvana təzyiq göstərmək lazımdır. Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko belə hesab edir.
“Ermənistanın üçtərəfli razılıqların şərtlərini yerinə yetirməsi üçün bu ölkəyə təzyiq göstərmək lazımdır”, - Korotçenko şənbə günü Şuşada “Cənubi Qafqazda sülhün möhkəmlənməsi problemləri” adlı konfransda bəyan edib.
Bundan əlavə, rusiyalı ekspertin rəyinə görə, İrəvan sərhədlərin delimitasiyası və demarkaiyası ilə bağlı danışıqlara başlamalıdır və mina xəritələrini Bakıya təqdim etməlidir.
“Təzyiq həm siyasi, həm də iqtisadi alətlər vasitəsilə həyata keçirilməlidir”, - Korotçenko qeyd edib.