şənbə günü, 14 noyabr 2026
     

Xocalıda park, təxribatlar - “Böyük Qayıdış”ı gecikdirməyə yönəlik işlər…

Image


İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biri Qarabağa “Böyük Qayıdış” proqramının həyata keçirilməsidir. Həmin proqramın icrası istiqamətində çox uğurlu işlər görülür.

Artıq işğaldan azad edilən ərazilərdə bəzi infrastruktur layihələri də icra edilib. Ancaq kapitulyasiyasının bir ilinin tamamında ermənilər və rus sülhməramlıları bir sıra təxribatlara əl atmaqla həmin prosesi ləngitməyə çalışırlar. Gəlin, həmin təxribatların nədən ibarət olduğuna diqqət edək.

  • İki erməni, bir sülhməramlı təxribatı...

Bir neçə gün əvvəl erməni  hərbçiləri Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu ərazisində Qaragöl istiqamətinə hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yolda yerləşiblər. Müdafiə Nazirliyindən bildirilib ki, onlar qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə ərazidə möhkəmlənməyə çalışıblar. Lakin hərbçilərimizin qəti cavabı ilə üzləşən düşmən geri çəkilmək məcburiyyətində qalıb. Ermənistan rəsmi nümayəndəsinin belə bir addım atması rüsvayçılıqdan başqa bir şey deyil. Dolayısı ilə, məğlubiyyətlə barışmaq istəməyən rəsmi İrəvan Azərbaycanı təxribatlara çəkir. Bu cür təxribatlar Ermənistanı 10 noyabr bəyanatına əməl etmək məsuliyyətdən yayındıra bilməyəcək. Artıq Qarabağ münaqişəsi geridə qalıb, problem həll olunub, Azərbaycan da ərazi bütövlüyünü bərpa edib. Bundan sonra, dünya təcrübəsində olduğu kimi, rəsmi Bakı sərhədlərinin delimitasiya və demarkasiyasını həyata keçirməlidir. Bununla paralel olaraq məcburi köçkünlər öz yurdlarına qayıdacaq. Ermənilərin daha bir təxribatı isə Zəfər günü Şuşa ətrafında olub. Burada su xətlərini düzəltmək adı ilə ermənilər diversiya törətməyə cəhd ediblər. Lakin hərbçilərimizin ayıqlığı nəticəsində planları baş tutmayıb.

Bununla yanaşı, bölgədə yerləşən rus sülhməramlılar da müəyyən təxribata əl atıblar. Onlar Xocalı şəhərində parkın açılışını ediblər. Sözügedən park Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsinin birinci ildönümü şərəfinə açılıb. Aşılış noyabrın 10-da olub. Xiyaban rus hərbi şəhərciyinin ərazisində salınıb. Burada Rusiyanın tarixi və mədəniyyətinin 10 görkəmli xadiminin - Aleksandr Nevski, Denis Davydov, Mixail Lermontov, Qavriil Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri yerləşdirilib. Ekspertlər bunu sırf təxribat adlandırır.

  • Bu cür təxribatlar “Böyük Qayıdış” planının icrasına mane ola bilməz

Politoloq Zərdüşt Əlizadənin fikirincə, ruslar harada məskunlaşırlar, otururlar, özləri üçün kilsə tikib, abidələr qoyurlar: “Onların niyyəti həmin ərazilərdə uzunmüddətli qalmaqdır, vəssalam. Bunun başqa izahı yoxdur. Bundan da əlavə, rusların geri dönmək kimi fikirləri yoxdur. Yazıçılarına, şairlərinə heykəl qoyurlar, kilsə tikirlər, sülhməramlılarına heykəl qoyurlar. 4 il vaxtları qalıb. Bu 4 ildən ötrü nə kilsə tikərdilər, nə də heykəl ucaldardılar. Demək, onların niyyəti həmin ərazidə uzunmüddətli qalmaqdır”.

Ancaq görünən budur ki, bu cür təxribatlar “Böyük Qayıdış” planının icrasına mane ola bilməz. “Qarabağa böyük qayıdış” planının gerçəkləşməsi istiqamətində proseslər, görülən işlər getdikcə güclənməkdədir. Bu istiqamətdə atılan son addımlardan biri də Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Ekspertlər bunu tarixi hadisə kimi qiymətləndirir və qayıdış prosesinə böyük töhfələr verəcəyini qeyd edirlər.

Qarabağ işğaldan azad olunandan sonra çox qısa müddətdə bərpa, yenidənqurma işlərinə sürətlə start verildi, güclü ifrastruktur layihələr həyata keçirildi, ən qısa müddətdə dünya standartlarına uyğun Zəfər yolu çəkildi. Digər məsələlərə gəldikdə, Şuşanın qısa bir zamanda dirçəldiyinin şahidiyik. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə ilk olaraq Zəngilanda “Ağıllı kənd” layihəsi həyata keçirilir. Cənab Prezidentin də bu məsələ ilə bağlı dediyini xatırlatmaq istəyirdik: “Gələn ilin əvvəli, əgər işlər intensiv gedərsə, bu ilin sonuna biz artıq ilk keçmiş məcburi köçkünlərin torpaqlarımıza qayıtmasının şahidi olacağıq”. Doğrudan da, işlər belə sürətlə gedərsə, istər Şuşa, istər digər işğaldan azad olunmuş ərazilərimizə qısa zamanda kütləvi şəkildə keçmiş məcburi köçkünlərin yurdlarına qayıtmasının şahidi olacağıq.

  • İnanırıq ki, bu baş verəcək

Bu gün o torpaqlara qayıtmaq həsrəti ilə 30 ildir yaşayan çox insanlarımız var. Ancaq həsrət nə qədər böyük olsa da, bu heç də o demək deyil ki, hər bir insan özünü və ailəsini təhlükəyə ata biləcək qədər cəsarətli olacaq. Odur ki, insanların qayıdışı üçün işğaldan azad olunmuş torpaqların minalardan və digər partlayıcı maddələrdən təmizlənməsi hələ bütün problemlərin çözülməsi anlamına gəlmir. Bu gün Qarabağda erməni hərbçiləri varsa və onlar rus sülhməramlılarının dəstəyilə orada istədikləri vaxt silahlı təxribat törədə bilirlərsə, deməli, bu o torpaqlara qayıtmaq istəyən hər bir vətəndaşı düşündürəcək. İnsanların real qayıdışı üçün təkcə yaşayış yerlərinin yaradılması, hətta iş yerlərinin açılması belə tam təminat ola bilməz. Ona görə qayıdış üçün gördüyümüz bütün işlərlə yanaşı, oradakı gerçək təhlükəsizlik problemlərinin sona qədər çözülməsi gərəkdir. İnanırıq ki, bu baş verəcək. Şanlı Azərbaycan əsgəri Qarabağın ermənilər yaşayan ərazilərində antiterror əməliyyatları aparıb oranı terrorçulardan təmizləyəcək, ermənilərin yaşadığı bütün ərazilərdə Azərbaycan qanunlarının işləməsi təmin olunacaq və bundan sonra başqa seçimi qalmayan ermənilər azərbaycanlılarla bir yerdə yaşamaqdan başqa yol olmadığını anlayıb normal yaşam seçimi edəcəklər.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ