şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Zəngəzuru da alır

Image


Son günlərdə Ermənistanda ciddi çəkişmə predmetlərindən birinə çevrilən məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistanda həm iqtidar, həm də müxalifət bir-birini Zəngəzur xəyanətində ittiham edir. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan Zəngəzurun hissə-hissə təhvil verildiyi haqda müxalifətin səsləndirdiyi iddialara cavab verib.

Nikol Paşinyan, əslində Zəngəzurun əvvəlki hakimiyyət tərəfindən verildiyini deyib: “Bu gün deyirlər ki, Zəngəzur hissə-hissə verilir. Gəlin baxaq, görək Zəngəzurun verilməsi formulu necədir: 2018-ci ildə Zəngəzurda uşaqların yalnız 4 faizi uşaq bağçasına getmək və məktəbəqədər təhsil almaq imkanında idi. Zəngəzurun təhvil verilməsi formulu məhz budur”. Bütün bunların Zəngəzurda yaşayışı çətinləşdirdiyini vurğulayan Paşinyan bu bölgədən insanların bir neçə ildir sistemli şəkildə köç etdiyinə diqqət çəkib. Ermənistanın ən nüfüzlü daşınmaz əmlak agenliyi sayılan “Aksern”in baş direktoru Akop Baqdasaryan da bu faktı təsdiq edib: “Zəngəzurda yaşayan ermənilər təcili olaraq, dəyər-dəyməz qiymətə evlərini, torpaq sahələrini satmağa başlayıblar”. Onun sözlərinə əsasən, Zəngəzur daşınmaz əmlak bazarında canlanma son bir neçə aydır davam edir: “Canlanma deyəndə ki, evlərini dəyər-dəyməzə, təcili şəkildə satmaq istəyən çox, alıcı qüvvəsi isə, demək olar ki, sıfır səviyyəsindədir. Hamı özü və ailəsi üçün təhlükəsiz yer istəyir. Belə getsə, yaxın vaxtlarda Zənguzurda bir dənə də erməni ailəsi qalmayacaq”. Bu günlərdə isə Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, baş verənlər Azərbaycana Zəngəzur dəhlizini daha tez reallaşdırmaq imkanı yaradır: “Noyabrın 10-da imzalanan sənəddə dəhliz məntiqi var. Sənədin 9-cu bəndində deyilir ki, Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat marşrutu Rusiya sərhədçiləri tərəfindən idarə olunacaq. Yəni Ermənistan artıq öz suverenliyinin bir hissəsini verib. Ona görə də deyəndə ki, dəhliz olmayacaq, sizi aldadırlar. Onsuz da dəhliz olacaq. Problem başqadır: bu dəhlizə kim nəzarət edəcək - Rusiya, yoxsa Azərbaycan qüvvələri?”. O, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dəhliz məsələsinin güc yolu ilə həllinə cəhd ediləcəyi halda müqavimət göstərəcəyi barədə bəyanatına da toxunub: “Uşaqlar, əgər sizin rəhbərliyiniz altında olan silahlı qüvvələr müqavimət göstərmək iqtidarındadırsa, bəs nə üçün Qaragöl və Zod-Xəznəvarda sərhədimizi qoruya bilmirsiniz? Xalqı axmaq hesab edirlər. Nə qədər aldandığınızı başa düşürsünüz, əziz insanlar? Yəni biz azərbaycanlıları qanuni ərazimizdən çıxara bilmərik, amma hücum etsələr, onlarla bacara biləcəyikmi? Camaat, sizdən üzr istəyirəm, amma Paşinyan hökuməti sizi eşşək yerinə qoyub. Hətta qoydular, bunu həzm etdiniz və yenə də, həyasızcasına qoymağa davam edirlər. Onlar sizin səbr kasanızın hara qədər dola biləcəyini anlamaq istəyirlər ki, çıxıb onu və onun dəstəsini devirib rədd edəsiniz”. Erməni siyasi icmalçı Qalust Qriqoryan isə bildirir: “Bu yaxınlarda Nikol Paşinyan etiraf etdi ki, Zəngəzurda müəyyən əraziləri Azərbaycan tərəfinə təqdim edib. Paşinyanın sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenidən başlanmaması üçün verilib. Hazırda Bakıda, nəinki Zəngəzur dəhlizi barədə söhbətlər dolaşır, həm də Azərbaycan tərəfi Zəngəzur dəhlizinin əməli surətdə həyata keçirilməsi ilə məşğuldur. Keçək Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu günlərdə bəyan etdiyi fikirlərə: “Ermənistan demarkasiya və delimitasiya prosesinə başlamağa hazırdır”. Bu o deməkdir ki, Qarabağ məsələsi birdəfəlik bağlanıb. Biz ermənilər də etiraf edirik ki, bu, Azərbaycan torpağıdır!” Digər erməni hərbi-siyasi ekspert Gevorq Gevorqyan isə qeyd edib ki, Türkiyə və Azərbaycan istədiyini, yəni Zəngəzur dəhlizini alacaqlarından və türklərin sülhü ilə Ermənistanın “dövlətçiliyi”nin məhvinin başlayacağından əmindirlər: “Ermənistan ətrafında sakit şəkildə hədsiz dərəcədə şübhəli proseslər baş verir. Biz yenə uduzuruq”.

Xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə rus ekspert Qriqori Trofimçuk isə qeyd edir ki, Ermənistanda siyasi qüvvələrin mövqeyindən asılı olmayaraq, Zəngəzur dəhlizi  reallaşacaq. Buna qarşı çıxmaq erməni tərəfinə baha başa gələcək: “Azərbaycan tərəfi mütəmadi olaraq xatırladır ki, 2020-ci il razılaşmasının vaxtı sürətlə bitir. Azərbaycanın sülhsevərliyinə baxmayaraq, o, nəzəri baxımdan Ermənistanla sülh müqaviləsini elə İrəvanın qapılarında imzalaya bilər. Yəqin ki, bu hamıya aydındır. Amma o zaman tamam başqa müqavilə olacaq. Bunun fonunda Ermənistan tamamilə gözlənilən tərzdə hərəkət edir. Paşinyan hesab edir ki, Ermənistanın məğlubiyyətindən sonra o, Moskvanın tam müdafiəsi altındadır. Bu səbəbddən Paşinyan bundan sonra da hər şeyin, "SSRİ avtomobil yollarının atlası" da daxil olmaqla, istənilən xəritənin altına imza ata bilər, çünki real sərhədlərin 10 noyabr 2020-ci il tarixindəki kimi qalacağını düşünür. Rusiyanın özü bütün məsələləri formal olaraq uzatmaq yolu ilə getsə, cənub sərhədlərində "hibrid" statuslu Donbasda belə olmayan real müharibəni görəcək. Odur ki, Moskvanın regional nəqliyyat yolları məsələsində öz mövqeyi olmalıdır ki, İrəvanla Bakı sənədin mətnində Zəngəzur dəhlizinin olub-olmaması ilə bağlı mübahisə etməsin. Bir ilin bəyanatını hər kəsin öz bildiyi kimi oxuduğu "Minsk-2" analoquna çevirmək olmaz. Bu çox təhlükəlidir”.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ