şənbə günü, 14 noyabr 2026
     

Ölkəmizə qarşı kampaniya təşkil edən şəbəkənin əsas hədəfi - Elman BABAYEV yazır…

Image


44 günlük Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Azərbaycana, hakimiyyətdə təmsil olunan müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasının başlanılacağı gözlənilən idi.

Tarixi Qələbəyə imza atmış, qürurunu, mənliyini özünə qaytarmış, ərazi bütövlüyünü təmin etmiş, beynəlxalq aləmin həll edə bilmədiyi münaqişəyə təkbaşına son qoymuş xalqın dövlətə inamını sarsıtmaq məqsədilə Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durumla bağlı həqiqətə uyğun olmayan məlumatların daha da intensivləşəcəyi ehtimal edilirdi. Müstəqillik tariximizdə yaşananlar da bunun baş verəcəyini diktə edirdi. Çünki Azərbaycan yaxın keçmişdə mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi ərəfəsində belə çirkin ləkələmə kampaniyası ilə üzləşmişdi. Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı hərəkətə gətirilmiş, Qərbin müəyyən dairələrinin, onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin sifarişli hücumları başlamışdı. Hədəf isə o idi ki, əsassız və qərəzli şəkildə Azərbaycan dövləti ləkələnsin, beynəlxalq ictimaiyyətin diqqəti keçirilən tədbirlərdən yayınsın və s.

Bu dəfə də eyni mənzərə ilə üz-üzə qalsaq da, məkan olduqca fərqlidir. Hücumların əsas məkanı kimi Böyük Britaniyanın seçilməsi beyinlərdə haqlı suallar doğurub-niyə İngiltərə?!

Axı bu ölkə ilə Azərbaycanın münasibətləri yaxşı səviyyədədir. Üstəlik, Böyük Britaniya o ölkələrdəndir ki, Azərbaycanın haqq savaşında yanımızda oldu. Məsələn, Fransa və başqa bir neçə ölkə kimi açıq ermənipərəst mövqe tutmadı. 44 günlük müharibənin getdiyi vaxtlarda BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektiv, qərəzli mövqe əks etdirən bəyanat açıqlamaq niyyətinin qarşısını alan ölkələrdən birinin məhz Britaniya olmasını cəmiyyət yaxşı xatırlayır. Bu baxımdan Azərbaycana qarşı qərəzli kampaniyanın əsas məkanı kimi Londonun seçilməsi maraq doğurmaya bilməz.

Və məsələnin kökü də elə buradadır. Erməni lobbisinin hərəkətə gətirdiyi ənənəvi təsisatların əsas hədəfi Böyük Britaniyanın Azərbaycana olan dəstəyini zəiflətmək, həmçinin Türkiyə ilə olan münasibətlərin pisləşməsinə nail olmaqdır. Nə yazıq ki, bu çirkin niyyətin əsas icraçıları sırasında Azərbaycanın bəlli müxalif simaları da yer almaqdadır.

Hazırda hədəfi bir olan bu kampaniya iki müstəvidə paralel olaraq aparılır: “Pandora sənədləri” və qondarma erməni soyqırımı məsələsi gündəmə gətirilməklə.

Öncə qondarma soyqırım məsələsi üzərində dayanaq. Vurğulamaq yerinə düşər ki, Britaniya parlamentində “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ müxtəlif zamanlarda gündəmə gətirilib. Amma ciddi nəticə əldə olunmayıb və Lordlar Palatası erməni lobbi qrupunun təşəbbüsünə “yox” deyib. Diqqəti cəlb edən məqam odur ki, məhz Azərbaycanın tarixi qələbəsindən sonra Böyük Britaniya İcmalar Palatasındakı erməni lobbi qrupu qondarma soyqırım məsələsində yenidən ciddi şəkildə fəallaşıb. Belə ki, bu ilin oktyabr - noyabr aylarında Leyboristlər və Mühafizəkarlar partiyalarında yer tutan erməni lobbiçiləri Azərbaycan və Türkiyə əleyhinə olan müzakirələr təşkil etməyə nail olublar. Müzakirələrin tarixinə diqqət edək; 9-10 noyabr Şuşanın azad edilməsi və müharibənin bitməsi günləri. Britaniya parlamentinin üzvü Tim Lotton tərəfindən təqdim edilən, Leyboristlər Partiyasının üzvü Con Spelların iştirakı ilə hazırlanmış və “1915-ci il erməni soyqırımı”nı tanımağa yönəlmiş qanun layihəsinin bu il dekabrın 10-da İcmalar Palatasında yenidən müzakirəyə çxarılması nəzərdə tutulur ki, bu tarix də 2020-ci ildə qələbədən sonra Türkiyə Prezidentinin iştirakı ilə Bakıda Zəfər paradının keçirildiyi günlə üst-üstə düşür.

Bütün bunlar adi bir təsadüf ola bilərmi? Əsla yox!

Burada, eyni zamanda Türkiyə ilə Böyük Britaniyanın son illər daha da üst səviyyəyə daşınan münasibətlərinə zərbə vurmaq hədəflənib. Türkiyənin Azərbaycanın haqq işinə verdiyi güclü mənəvi və siyasi dəstəyə zərbə vurmaq da bu hədəflər sırasındadır. Deyilənləri təsdiqləyən daha bir maraqlı fakt: qondarma soyqırımla bağlı müzakirə mətnlərində İngiltərənin Türkiyədə eks səfiri olmuş, hazırda Britaniya kəşfiyyatının rəhbəri olan Riçard Murun adının hallanmasıdır. Türkiyə xüsusi xidmət orqanları ilə yaxın təmaslarda günahlandırılan o şəxsdir ki, Vətən müharibəsi günlərində Türkiyəyə səfərləri gerçəkləşib.

Bütün bunlar Azərbaycana, həmçinin onun müttəfiqləri, haqq işinə dəstək verən dövlətlərlə arasını vurmaq üçün başladılan iyrənc kampaniyanın zərgər dəqiqliyi ilə hazırlandığını isbatlamırmı?

Ayrı-ayrı zamanlarda ortaya atılan, bu dəfə “Pandora sənədləri” adı altında gündəmə gətirilən məsələ də bu kampaniyanın tərkib hissəsidir. Gələk, Azərbaycanın radikal müxalifətinin simalarının bu prosesdəki roluna.

Öncə o məqama nəzər yetirək ki, Britaniya Parlamentində qondarma soyqırım üzrə dinləmələrin başladılması ilə eyni vaxtda Milli Şuranın sədri Cəmil Həsənli və gah iqtisadçı, gah siyasətçi obrazında görünən Qubad İbadoğlu Londonda qərarlaşmağa başlayıblar. Qısa müddətdə işsiz qalan Qubad İbadoğlu London İqtisad Məktəbində (LSE) yenidən fəaliyyətə başlayıb. Bir müddətdir ABŞ-da qərarlaşan Cəmil Həsənli Londonla sıx təmaslara keçib. Üstəlik, mətbuatda Milli Şuranın digər üzvü Gültəkin Hacıbəylinin Londona gedəcəyi, buradakı tədbirlərdə iştirakı barədə məlumatlar var.

Radikal müxalifət təmsilçilərinin Azərbaycana qarşı kampaniyanın elementinə çevrilməsi kimlərəsə sıradan ittiham kimi görünə bilər. Amma yaxın keçmiş heç nəyin təsadüf olmadığını deməyə əsas verir. Bunun üçün bir qədər keçmişə gedib mətbuatda yer alan məlumatlara nəzər yetirmək kifayətdir. Məsələn, 2019-cu ildə ABŞ Konqresində “erməni məsələsi” müzakirə olunurdu və həmin ilin oktyabr ayında qondarma “Dağlıq Qarabağ Respublikasının” “xarici işlər naziri” Masis Mayılyan bu ölkəyə gələrək məhz Konqresdə qalmaqallı tədbir təşkil etmişdi. “DQR-in müstəqilliyi”nin qeyd olunmasına Azərbaycan diaspora nümayəndələrinin Konqresin qarşısında etiraz etdiyi vaxtda Milli Şura sədri C.Həsənli Vaşinqtonda paralel şəkildə konfrans keçirməklə məşğul idi. Belə bir məqamda Həsənlinin əsas çıxışı Azərbaycanda guya demokratiyanın olmamasına həsr edilmişdi. Həmin vaxt ABŞ-ın Rutgers Universitetində çalışan Q.İbadoğlu C.Həsənli ilə eyni cərgədə yer almışdı. Maraqlıdır, məhz belə bir anda niyə bu adamlar Konqresdəki müzakirələrə etiraz etmirdilər?

Deməli, yenə tanış məzərə, eyni ssenari ilə üz-üzəyik. Bu dəfə isə məkan Londondur. Erməni lobbisi qondarma soyqırımdan, radikal müxalifət isə hansısa “Pandora sənədləri”ndən, Azərbaycanda guya demokratiyanın olmamasından danışacaq.

Erməni lobbisi bir yandan Britaniya Parlamentində qondarma soyqırımı məsələsində aktivləşir, digər yandan Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) və OCCPR-in (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya araşdırmaları layihəsi) öz hesabatlarını açıqlayır.

Radikal müxalifətin əsas məqsədi iddia etdikləri kimi “Pandora sənədləri”nin reallığını isbatlamaq üçün faktlar toplamaqdan ibarətdirsə, niyə bunu erməni lobbisinin Biritaniyada fəallaşdığı bir vaxtda edirlər? Eyni ələ oynamaq üçün növbəti tapşırıq aldıqlarını fərq etmirlərmi? Digər yandan bunların, səfərlərini, araşdırmalarını maliyyələşdirən kimlərdir? Niyə Londonda peyda olan müxaliflər London toplantıları ilə bağlı bu dərəcədə gizlin davranış sərgiləyirlər? Öz ölkəsinin vətəndaşlarının dəstəyini ala bilməyən, xalqın gözündə dəyəri qalmayan radikal müxalifətə Londonda qucaq açan kimlərdir?

Nə C.Həsənli, nə də G.Hacıbəyli mətbuata son müsahibələrində London toplantısının arxasında dayanan dairələrin adını açıqlayır. Yalnız “bəzi demokratik təsisatlar” deməklə kifayətlənir, üstəlik bir-biri ilə ziddiyyət təşkil edən fikirlər səsləndirməklə məsələnin əsl mahiyyətini gizlətməyə çalışırlar.

Ortada danılmaz fakt var: ICIJ və OCCPR-in hesabatları Avropa ölkələrində, o cümlədən Britaniyada ciddi qəbul edilmir. Erməni lobbisinin bu yöndə başlatdığı kampaniya bir neçə bəlli əcnəbi mətbuatın və radikal müxalifətin adıçəkilən simalarının çeynənmiş fikirlərindən süni gündəm yaratmasından o yana getməyib. Azərbaycan cəmiyyəti bu iyrənc kampaniyanın arxasından erməni lobbisinin, ölkəmizi sevməyən qüvvələrin boylandığını görür və bu baxımdan kampaniyaya olan münasibəti neqativdir.

Görünür, “Pandora sənədləri”nin ciddiyə alınmaması bu kampaniyanı başladanları məyus edib. Radikal müxalifətin adıçəkilən simalarının Londonda təlimatlandırılması, rəsmi qurumlara müraciət üçün təhrik edilmələri bunun əyani sübutudir. Aydın məsələdir ki, bu kampaniyanı icra edənlər radikallardan yararlanmaq üçün onları bu prosesə qoşub. Bu yolla rəsmi Londonun, Avropanın sözügedən məsələyə diqqətini cəlb etmək məqsədi güdülür.

Beləliklə, ölkəmizə qarşı təşkil olunan yeni kampaniyanın əsas məqsədi

1. Milli birliyi, xalqın öz Liderinə, mövcud hakimiyyətə olan inamını və etibarını sarsıtmaqdır.

2. Azərbaycanın Böyük Britaniya, Türkiyə ilə əlaqələrinə zərbə vurmağa nail olmaqdır.

Sirr deyil ki, erməni lobbisi, müəyyən Qərb dairələri Azərbaycanın müharibədə qələbəsini, 30 illik münaqişəyə son qoymasını hələ də həzm edə bilmirlər. Ötən 1 ildə baş verənlər, müxtəlif yollarla status məsələsini qaldırmağa cəhdlər də bunun sübutudur.

Ölkəmizi sevməyən xarici dairələrin narahatçılığının kökündə nə durduğu gün kimi ortadadır. Onların çirkin ssenarilərində radikal müxalifət təmsilçilərinin yer alması isə, sadəcə utancvericidir...

Elman BABAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ