şənbə günü, 14 noyabr 2026
     

“Arxada qalan bir il mədəniyyət paytaxtımızın həyatında çox mühüm tarixi məqamlarla əlamətdar olub” - Vüqar Rəhimzadə

Image


“Tarixi Zəfərimizin birinci ildönümünü böyük sevinc və coşqu  ilə qeyd edirik. Qarabağımızın tacı, Azərbaycanın döyünən ürəyi, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi gün çoxəsrlik tariximizə  Zəfər Günü kimi həkk edilərək,  əbədi qızıl hərflərlə yazıldı.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşamızın işğaldan azad edildiyi tarixdə, Zəfər Günündə mədəniyyət paytaxtımıza səfərləri bayram  sevincimizi daha da artırdı, hər birimizi qürurlandırdı.

7-8  noyabr tarixlərində reallaşdırılan bu səfər çərçivəsində   bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirildi.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk olaraq Füzulidə  Füzuli-Şuşa, Zəfər yolunun açılışında iştirak etdilər.  Bu yolun tikintisi və qısa zamanda istifadəyə verilməsi özündə bir çox məqamları ehtiva edir.  Ən əsası  Şuşamızın işğaldan azad edilməsinə, Vətən oğullarının qəhrəmanlığına, göstərdikləri şücaətə,  ən ağır  döyüş əməliyyatına şahidlik edən bu yolun əbədiləşdirilməsi  xalqımızda  böyük rəğbət  hissi yaradır.

Arxada qalan bir il mədəniyyət paytaxtımızın həyatında çox mühüm tarixi məqamlarla əlamətdar olub. İşğalın davam etdiyi 28 il ərzində hər ilin may ayında  düşmən bizim üçün müqəddəs olan Şuşanın  işğal gününü  bayram edirdi. Bu ilin may ayında isə son 28 ildə ilk dəfə   Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, qədim mədəniyyət mərkəzimizdə  muğamlarımız  səsləndi. Avqust ayında Şuşada daha bir  tədbir - Vaqif Poeziya Günləri baş tutdu, Molla Pənah Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada hərbçilər qarşlısında çıxışı zamanı bu əminliyi ifadə etmişdir ki, artıq bu torpaqlarda yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bütün beynəlxalq təzyiqlərə,  hədə-qorxulara rəğmən, xalqımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi, ordunun arxasında dayandı və   şərəfli tarixi  missiyanı yerinə yetirdi. Dünyaya səs salan Zəfərimiz Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin qətiyyətinin, xalqımızın iradəsinin, birliyinin, ordumuzun gücünün, real həqiqətlərə,  tarix faktlara əsaslanan təbliğatımızın təqdimatı oldu. Gec-tez ədalətin zəfər çalacağını bilirdik. 44 gündə 30 ilin işğalına, ədalətsizliyinə son qoyulması bunun bariz nümunəsidir».

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, səfər çərçivəsində, həmçinin  Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlləri qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış oldular. Şuşada Topxana meşəsinin bərpasına start verildi  və ağacəkmə aksiyası keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Göründüyü kimi, atılan hər addım  Müzəffər Ali Baş Komandanın Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza çatdırarkən söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” fikirlərinin artıq  reallıqda öz əksini tapdığını təsdiqləyir. Şuşanın Baş planı təqdim edilib. Hər daşı, qayası tarix olan mədəniyyət paytaxtımızın, həmçinin digər işğaldan azad edilmiş torpaqlarımızın bərpası zamanı tarixi ənənələrin qorunması,  yeni, təkmil formada  yenidənqurma işlərinin aparılması prioritet məsələ kimi qarşıya qoyulub. Bu gün bu torpaqlarda görülən işlər Azərbaycan xalqının qurucu, yaradıcı xalq olduğunu dünyaya nümayiş etdirir. Ermənilərin 30 ildə bu ərazilərdə törətdikləri dağıntıları bərpa etmək üçün zamana ehtiyac var. Bütün hallarda dövlət başçısı İlham Əliyev soydaşlarımızın Böyük Qayıdışının tezliklə reallığa çevrilməsi üçün zəruri olan bütün işləri görür.»

YAP Xətai rayon təşkilatının sədri Zəfər bayramının Şuşamızda qeyd edilməsinin özündə ehtiva etdiyi məqamlara diqqəti yönəldərək bildirib ki, artıq torpaqlarımız tarixi sahibindədir: «Bundan sonra bu torpaqlarda əbədi olacağıq. Dövlət başçısı İlham Əliyev  2003-cü ildə ilk dəfə Prezident seçilən zaman Azərbaycan xalqına müraciət edərək bildirmişdi ki,  nəyin bahasına olursa-olsun,  tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. Əsas amal ərazi bütövlüyümüzün bərpası idi. Bu illər ərzində Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, təcrübə göz önündədir. Ölkəmizin istənilən mövzunun müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində qazandığımız uğurlar əsas rol oynayır. Buna əmin olamaq üçün hətta  İkinci Qarabağ müharibəsi  dövründə də  Azərbaycanın dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsinə, səylərin birləşdirilməsinə xidmət edən təşəbbüslərinə və onların reallığa çevrilməsinə diqqət yetirmək kifayətdir.  Bu günlərdə VIII Qlobal Bakı Forumunda da dövlət başçısı İlham Əliyev diqqəti bu kimi məqamlara yönəldərək hər bir məsələnin mahiyyətində dayanan ədalət prinsipini xüsusi olaraq vurğuladı. Hər bir çıxışında artıq tarixə qovuşan keçmiş Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Prezident İlham Əliyev bu Forumda tamamilə başqa mənzərəni təqdim etdi. Dövlət başçısının qeyd etdiyi kimi,   Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzu Ermənistan-Azərbaycan münaqişəsi idi. Bu gün isə  münaqişə həll edilib. Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi.  Ölkəmiz özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı.»

«Artıq dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda Azərbaycanın ədalətsizliklə  üzləşdiyi o illər tarixə qovuşdu» söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Zəfərimiz yeni reallıqlar yaradıb. Bu reallıqları diktə edən tərəf Azərbaycandır: “Hər kəs yeni reallıqları qəbul etməyə məcburdur. Bu faktın özü ölkəmizin regionda və dünyada söz sahibi olmasının göstəricisidir. Siyasətində  ədalətə, beynəlxalq hüquqa önəm verən dövlət dünya birliyində layiqli yerini tutacaq, sözünün əhəmiyyətini əməli fəaliyyəti ilə  təsdiqləyəcək. Azərbaycan bu gün bu modeli nümayiş etdirir”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ