şənbə günü, 14 noyabr 2026
     

Regionların inkişafında yeni mühüm mərhələ başlanıb

Image


Bu gün Azərbaycan üçün əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasıdır. Lakin bunun dövlətin sosial-iqtisadi siyasətində əsas prioritet olmasına baxmayaraq, digər regionların da tarazlı inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində yer alır. Elə bu səbəbdəndir ki, refionlar paritet əsasda inkişa edir, yeni yüksəliş mərhələsinə daxil olur. Bu, geniş quruculuq-abadlıq işlərinin aparılması ilə müşayiət edilir, ölkənin siyasi-iqtisadi potensialının regionlarda da uğurla tətbiq edilməsinə imkan verir. 

Bölgələrlə paytaxt arasında fərq mərhələli şəkildə aradan qaldırılır

Mövcud vəziyyəti təhlil edən ekspertlər Azərbaycan tərəfindən görülən işlərin miqyasının heyrətamiz olduğunu bildirir. Çünki Azərbaycan XXI əsrin müharibəsini apararaq 44 gündə tarixi qələbəyə imza atıb. Bununla yanaşı, müharibədən dərhal sonra Azərbaycan yeni silahların alınması, ordunun döyüş qabiliyyətini artıran digər işlərin görülməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir. Burada ən əsas məqamlardan biri də odur ki, işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunmuş ordumuz üçün yeni hərbi hissələrin tikilməsi sürətlə aparılır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müasir konsepsiyalara uyğun yeni yaşayışın təmini üçün meqa layihələr icra olunur. Paralel olaraq digər regionlarda da heç bir layihə təxirə salınmır və Prezident İlham Əliyev səfərlər edərək yeni layihələrin açılışlarını həyata keçirir. Məsələyə bu fonda nəzər salan iqtisadçı deputat Vüqar Bayramov qeyd edir ki, regionların inkişafı Azərbaycanda bölgələr ilə paytaxt arasında fərqin mərhələli şəkildə aradan qaldırılması istiqamətində həyata keçirilən siyasətin əsas prioritetlərindən biridir.

Deputat bildirir ki, Prezident İlham Əliyev bölgələrimizin inkişafına xüsusi diqqət və qayğı göstərir: “Yalnız işğaldan azad olunmuş ərazilərimizə deyil, digər rayonlarımıza dövlət başçısının və birinci vitse-prezident Mehriban Əliyevanın səfərləri bir daha təsdiq edir ki, regionlarımızın inkişafı, yeni iş yerlərinin yaradılması ölkəmiz üçün prioritetdir. Bu istiqamətdə diqqət daha da artırılıb. Bölgələrdə sənaye, aqrar, xidmət sektorunda müəssisələr yaradılıb, o cümlədən yeni təməlqoyma mərasimləri həyata keçirilib. Məqsəd sənayeləşmənin dəstəklənməsi, emaledici sahənin stimullaşdırılması və inkişafı, ixtisaslı kadrların regionlarda işlə təmin olunmasına dövlət dəstəyinin artırılmasından ibarətdir. Son makroiqtisadi göstəricilər ondan xəbər verir ki, paytaxtla bölgələr arasında fərqin mərhələli şəkildə aradan qaldırılması, balanslı iqtisadi inkişafın dövlət tərəfindən dəstəklənməsi siyasəti uğurla davam etdirilir”. Həqiqətən də bu gün regionlarda bütün sosial infrastruktur yenidən qurulur, səhiyyə, təhsil, mədəni, tarixi, dini müəssisələr modern inkişaf tərzində öz tərəqqi mərhələsinə daxil olur.

Regionlar ölkənin qeyri-neft sektorunun əsas inkişaf mərkəzinə çevrilib

Bu gün Azərbaycan regionlarının ölkənin qeyri-neft sektorunda əsas inkişaf mərkəzinə çevrilməsi heç kimə sirr deyil. Çünki ölkəmizdə qeyri-neft iqtisadiyyatının, o cümlədən qeyri-neft sənayesinin davamlı inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər daha çox regionlarda reallaşır. O da önəmli məqamdır ki, investisiya yatırımının stimullaşdırılması üçün tətbiq edilən səmərəli mexanizmlər regionlarda da biznesin inkişafına əlverişli şərait yaradıb. 

Digər bir mühüm cəhət budur ki, regonların inkişaf siyasəti sosialyönümlülüyə əsaslanır. Belə ki, dövlətin siyasətində sosial amillərin ön planda yer alması işğaldan azad edilmiş  ərazilərdə və digər regionlarda görülən abadlıq-quruculuq işləri fonunda özünü qabarıq büruzə verir. Lakin şübhəsiz ki, Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan 44 günlük Vətən müharibəsinin nəticələri artıq regionların inkişaf siyasətində də mühüm yeniliklərin olması ilə müşayiət edilir. Söhbət ilk olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından gedir. İşğaldan azad edilən ərazilər məhz bu iqtisadi rayonların tərkibindədir. Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr də əsas etibarı ilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən görülən digər işlər doğma yurd-yuvalarna qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Amma məsələyə ümumi yanaşdıqda bir daha bəlli olur ki, Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas məqsədi ölkə əhalisinin həyat səviyyəsinin, maddi gəlirlərinin, məşğulluq səviyyəsinin davamlı şəkildə yüksəldilməsi, iqtisadi artım tempinin dayanıqlığının saxlanılmasıdır. Qeyd edilən məqsədə nail olmaq üçün Azərbaycanın sosial-iqtisadi tərəqqi strategiyasında regionlarda dinamik inkişafın təmin edilməsi xüsusi diqqət mərkəzində yer alır. Bu kontekstdə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni nəzərdə tutan dövlət proqramları və digər layihələr həyata keçirilir. Bunlar iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı,  yeni iş yerlərinin yaradılmasında, infrastruktur sahələrinin təkmilləşdirilməsində və yenilənməsində, regionların investisiya cəlbediciliyinin artırılmasında mühüm rol oynayır. Regionlarda, eləcə də bütün ölkədə görülən işlər sayəsində koronavirus pandemiyası səbəbindən iqtisadiyyatda qeydə alınan azalma artıq artımla əvəz olunur. İqtisadi artımda ticarət, nəqliyyat sektoru, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, informasiya və rabitə, turizm və xidmət sektoru kimi qeyri-neft sektoruna aid sahələr də mühüm rol oynamaqdadır.  Qeyd edilən sahələrin regionlarda dinamik inkişafında dövlət tərəfindən göstərilən dəstək müstəsna əhəmiyyət kəsb edir. Bütün bunlardan irəli gəlir ki, ölkədə pandemiya şəraitinin və bundan irəli gələn məhdudiyyətlərin hökm sürməsinə baxmayaraq, 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin ilk 9 ayında kənd təsərrüfatının ümumi məhsulu 5 %,o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,6 %, bitkiçilik məhsulları istehsalı 7,3 % artıb. Qeyd edək ki, aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edən və kənd təsərrüfatı sektorunun müasirləşdirilməsində vacib rol oynayan aqropark və müasir iri fermer təsərrüfatlarının yaradılması üzrə işlər də sürətlə davam etdirilir. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, respublikanın 32 rayonu üzrə 239 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər həyata keçirilir. Bütün bunlar bölgələrdə yeni və müasir istehsal müəssisələrinin, iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin və sosial rifahının yüksəldilməsi, paytaxtla regionlar arasında inkişaf fərqlərinin aradan qaldırılması ilə müşayiət edilir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ