şənbə günü, 14 noyabr 2026
     

Minsk Qrupu Azərbaycanın dedikləri ilə razılaşmasa, dağılmağa məhkumdur…

Image


Məlum olduğu kimi, 10 noyabr 2021-ci il tarixində YUNESKO-nun Baş Konfransında iştirak məqsədilə Parisə səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, eləcə də həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşləri olub. Görüşlərdə, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Məlumata əsasən, görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Burada xüsusi qeyd edilməlidir ki, Azərbaycan üçün əsas məsələ elə Minsk Qrupunun yeni reallıqları nəzərə alıb fəaliyyət göstərməsidir. Qeyd edək ki, bu vaxta qədər Minsk Qrupunun fəaliyyəti Azərbaycan üçün qənaətbəxş olmayıb. 1995-ci ildən bu vaxta qədər qrupun fəaliyyəti ümumi sözlərdən ibarət bəyanatlar səsləndirməklə məhdudlaşıb. Əsl reallığı, münaqişənin nizamlanmasını özündə əks etdirməyən bəyanatları yaymaqla Minsk Qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilməyib. Minsk Qrupu 30 ilə yaxın müddətdə işğalçını öz adı ilə çağıra bilməyib, ikili standartlar və islamofobiya mərəzindən əl çəkməyib. Bununla da Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Qrupun hərəkətsizliyi fonunda işğalçı ölkə öz havadarlarına və dünyada baş alıb gedən ikili standartlara güvənərək, “böyük Ermənistan “ yaratmaq iddiasından əl çəkmirdi. Tarixi torpaqlarımızın danışıqlar yolu ilə qaytarılacağına dair müxtəlif vədlər verilsə də, bir sıra beynəlxalq təşkilatların siyasi riyakarlığı, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş Minsk Qrupunun işğalçını öz adı ilə çağırmaması təcavüzkarı daha da quduzlaşdırırdı. Ermənistanın quldur silahlı qüvvələrinin sərhədboyu ərazilərdə törətdiyi vəhşilikləri, dinc əhalini qətlə yetirmələrini, yaşayış məntəqələrini viranə qoymalarını Minsk Qrupunun həmsədrləri sanki nə görür, nə də eşidirdi. Bu səbəbdən haqlı olaraq ölkəmizdə ən çox tənqid atəşinə tuş gələn münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürmüş Minsk Qrupu oldu. Çünki qurumun nümayəndələrinin “əsas vəzifəsi” regiona turist səfərlərindən və çeynənmiş sözlərdən ibarət eyni məzmunlu bəyanatlar yaymaqdan, bahalı otellərdə istirahət etməkdən ibarət oldu. Beləliklə də, ötən illər ərzində Minsk Qrupunun ancaq bir məqsədi olub: münaqişənin nizamlanmasında ikili standartlara yol vermək, işğalçını dəstəkləmək və təmsil etdikləri dövlətlərin maraqlarını yerinə yetirməklə müharibənin başlanmasına imkan verməmək. Ancaq rəşadətli ordumuz Ermənistanın işğalçı siyasətinə birdəfəlik son qoyaraq həm düşmənə, həm onun havadarlarına, həm də ATƏT-in Minsk Qrupuna sübut etdi ki, münaqişənin hərbi–siyasi yolla həlli mümkündür və bu, 44 gün ərzində həyata keçirildi. Bundan sonra Minsk Qrupunun fəaliyyəti yalnız yeni reallıqlar çərçivəsində mümkündür. Bunu rusiyalı politoloq Maksim Şevçenko da xüsusi qeyd edir: "ATƏT-in Minsk Qrupu tarixi ədalətin bərqərar olması üçün heç bir iş görməyib. Danışmaq döyüşməkdən daha asandır. Azərbaycan Prezidenti İlham Əliyevin bu təşkilatın fəaliyyətinə verdiyi qiymət tamamilə doğrudur”. Ekspertin sözlərinə görə, tərəflər dialoqun qurulmasına və münasibətlərin sağlamlaşdırılmasına ehtiyac duyur: “İnanıram və bilirəm ki, Azərbaycan və erməni xalqları sülh istəyir. Azərbaycan sülh, normal sərhədlərin, iqtisadi münasibətlərin və nəqliyyat dəhlizlərinin qurulması istiqamətində öz addımlarını atıb. İndi Ermənistanın növbəsidir”. Şevçenko vurğulayıb ki, hazırda dialoqun davam etdirilməsi üçün böyük perspektivlər mövcuddur: “Rusiyanın danışıqlarda iştirakı dialoqun mümkünlüyünə ümid verir. Çünki Rusiya Azərbaycanın sınaqdan çıxmış dostudur. Prezident Putin hər zaman sözünü tutur. Minsk Qrupu da yeni reallığa uyğun fəaliyyət göstərməlidir”.

Vətən müharibəsi sona yetdikdən, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda tamamilə yeni reallıq yaranıb. Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını davam etdirmək istəyində olan ATƏT-in Minsk Qrupu da fəaliyyətini bu reallıqlar əsasında qurmalıdır. Azərbaycan postmüharibə dövründə Minsk Qrupunun fəaliyyət göstərə biləcəyi istiqamətləri ən yüksək səviyyədə bəyan edib. Minsk Qrupu vasitəçilik missiyasını davam etdirmək istəyirsə, fəaliyyətini məhz bu istiqamətlər üzrə qurmalıdır. Postmüharibə dövrünün reallıqlarına uyğun şəkildə fəaliyyətlərinin davamı üçün Minsk Qrupunun həmsədr ölkələrinin proseslərə ədalətli və beynəlxalq hüquq çərçivəsində yanaşması zəruri şərtdir. Minsk Qrupu yalnız yeni regional reallıqlara adekvat reaksiya sərgiləməklə, əsas diqqətini Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsinə,  üçtərəfli bəyanatların şərtlərinin icrasına, Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilməsinə, tərəflər arasında sülh müqaviləsinin imzalamasına yönəltməklə fəaliyyətini davam etdirə bilər. İndi fəaliyyətini Azərbaycan deyən istiqamətdə, postmüharibə dövrünün reallıqlarına uyğun şəkildə qurarsa, Minsk Qrupu vasitəçilik missiyasını davam etdirə bilər. Əks halda həmsədr ölkələr nəzərə almalıdır ki, Azərbaycan və Ermənistan arasındakı yeni geosiyasi proseslər, məlum 44 gündə olduğu kimi, artıq Minsk Qrupunun iştirakı olmadan da həyata keçirilə bilər.

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ