şənbə günü, 14 noyabr 2026
     

Revanşist qüvvələr Ermənistanı yenidən məhvə sürükləyir, “Ermənistan həmişə Rusiya üçün alver obyekti olub” etirafı gündəmdə...

Image


Ermənistanda ictimai-siyasi müstəvidə yenidən vəziyyət gərginləşir. Buna səbəb revanşist qüvvələr tərəfindən atılan addımlar, təşkil edilən aksiyalardır. Noyabrın 8-də Ermənistan paytaxtının Azadlıq meydanında keçmiş ölkə prezidenti Robert Köçəryanın rəhbəri olduğu müxalif "Hayastan" blokunun mitinqində isə artıq ümummilli müqavimət prosesi formalaşdığı elan olunub.

"Hayastan" fraksiyasının üzvü İşxan Saqatelyan bu xüsusda qeyd edib: "Ermənistanın türkləşməsinə və yeni kapitulyasiyaya yol verməyəcək milli müqavimət hərəkatının əsası qoyulub. Müqavimət prosesi iki - xarici və daxili  cəbhədə yeridiləcək. Xarici cəbhədə bütün dünyaya, xüsusilə düşmənlərimizə göstərməli və isbat etməliyik ki, Nikol Paşinyan erməni xalqının ümumiləşdirilmiş obrazı deyil və ona ölkəni yeni güzəştlərə aparmaq mandatı verilməyib. Bu hakimiyyət tərəfindən imzalanmış hər hansı antierməni sənəd bizim üçün qəbuledilməzdir. Daxili cəbhədə isə dövlətçiliyimiz və ölkəmiz üçün bütün dağıdıcı hallara müqavimət göstərəcəyik”. Müxalifət artıq "Ermənistanın xilası naminə vətəndaşların müqavimət hərəkatına" yazılması üçün İrəvanda bir neçə informasiya məntəqəsi açıb. Yaxın günlərdə rayonlarda da belə məntəqələrin açılması nəzərdə tutulur. Ermənistanın keçmiş prezidenti, “Hayastan” fraksiyasının başçısı Robert Köçəryan ölkə vətəndaşlarını indiki hakimiyyətin Azərbaycanla hər hansı sənəd imzalamasına yol verməməyə çağırıb. Onun fikrincə, belə bir sənədin imzalanmasında həm Ermənistana, həm də Qarabağa təhlükə var. Köçəryanın sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası, əslində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir: "Bunun baş tutması Qarabağ məsələsinin tənzimlənməsinin sonu deməkdir. Bu o deməkdir ki, yeganə həll yolu qalır - Qarabağın Azərbaycanın tərkibində tanınması. Delimitasiya bundan başqa həll imkanı qoymur". Onun sözlərinə görə, delimitasiyadan sonra Azərbaycan istədiyi vaxt öz sərhədçilərini Ermənistanı Qarabağla birləşdirən yolda yerləşdirib, gömrük məntəqələrini qoyub, Gorus-Qafan yolunda olduğu kimi, bu yolda da hərəkətini tam nəzarəti altına götürə bilər: "Biz mübarizə edəcəyik və inanın, bu hakimiyyəti istər barrikadalarda, istər seçki yolu ilə - hansı yolla olursa olsun - qovacağıq". Köçəryan barrikadalarda - xalqın yanında, ön cərgədə olacağını bildirib. Maraqlıdır ki, aksiya iştirakçıları, Paşinyanla yanaşı, erməni xalqının bütün bəlalarına görə rusları günahlandırır və deyirlər ki, ermənilər və ruslar heç də dost xalq deyillər.

Etiraz hərəkatının liderlərindən biri rusların Cənubi Qafqaz ərazisinə daxil olduğu ilk günlərdən erməni kilsələrinin fəaliyyətinin qadağan olunduğunu deyib: “Erməni məktəbləri bağlanırdı. Rus çar qoşunları erməni üsyançılarını tərksilah edirdi. Ermənistanı təslim edib, Qars və Moskva müqavilələri bağlayıb. Erməni və rus xalqları arasında heç vaxt dostluq olmayıb. Ermənistan həmişə Rusiya üçün alver obyekti olub. Ona görə də Rusiya-Ermənistan dostluğu mifi birdəfəlik ifşa olunub. Biz erməni xalqı sizə Mixail Yuryeviç Lermontovun sözləri ilə cavab veririk: “Əlvida, yuyulmamış Rusiya”. Mitinq təşkilatçıları xalqı hakimiyyət dəyişikliyi uğrunda mübarizəyə" çağırıblar: "Məğlubiyyət partiyası əminamanlıq və inkişaf gətirə bilməz, məğlubiyyət simvolu olan hakimiyyət ölkə maraqlarının layiqli təmsilçisi ola bilməz. Öz şəxsi maraqları və vəzifə naminə minlərlə insanı ölümə göndərən insan dövlətimizə rəhbərlik edə bilməz". Belə vəziyyətdə Qarabağın işğaldan azad olunmuş ərazilərində - Hadrut və Şuşada yaşamış ermənilər Ermənistan hökumətindən onlara qaçqın statusu verilməsini tələb edir. “Aysor” nəşri bildirir ki, həmin ərazilərdən gedən ermənilər İrəvanın Respublika meydanından başlayan və Fransanın Ermənistandakı səfirliyinin binası qarşısında davam edən etiraz aksiyası keçiriblər. “Şuşadan məcburi köçkün düşmüş erməni əhalisi” ictimai təşkilatının üzvü Aşot Arutyunyan bildirib: “Bir il əvvəl üçtərəfli bəyanat imzalanıb ki, bu, xalq üçün qəbuledilməzdir, lakin biz bu sənədin bəndlərini rəhbər tutsaq, orda qaçqınların geri qayıtması barədə yazılıb. İndi doğma hökumətimiz bizi qaçqın kimi tanımırsa, bu qayıdış necə davam edəcək? Razılaşmada qeyd edilir ki, məcburi köçkünlər və qaçqınlar Qarabağ ərazisinə qayıtmalıdır. Amma bizə heç bir qaçqın statusu verilmir”. Aksiya iştirakçıları Azərbaycanla dinc yanaşı yaşama məsələsinə də toxunaraq, bunun mümkün olmadığını vurğulayıblar. Hadrutdan olan erməni İra Tamrazyan qeyd edib: “Biz Azərbaycanın yürütdüyü siyasətlə bağlı dünya ictimaiyyətinə müraciət edirik. Türklə dostluq mümkün deyil. Tarix göstərdi ki, türklə barış olmaz. Siyasi mənada bir-birinə deyirlər: biz dost olmalıyıq, yəqin ki, bu bir oyundur. Əslində, bunu iddia edənlər də bilir ki, bu mümkün deyil”. Ekspertlər qeyd edir ki, bu aksiya da revanşist qüvvələrin işidir və onlar Azərbaycanla razılığa qarşıdır. Lakin Azərbaycan postmüharibə dövründə ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanda baş qaldıran istənilən revanşist qüvvəyə ən sərt şəkildə cavab veriləcək. Bu şəraitdə Azərbaycanın əməkdaşlıq təklifləri, 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatlar əsasında bu istiqamətdə atdığı addımlar Ermənistan üçün müstəsna əhəmiyyət kəsb edir. Lakin Ermənistanda Azərbaycanın postmüharibə dövründə əməkdaşlıq niyyətini hələ də layiqincə qiymətləndirməyib, revanşist mövqedən çıxış edən qüvvələr mövcuddur. Belə qüvvələr sırasında “Qarabağ klanı” daha çox seçilir. Klanın təmsilçilərindən olan Ermənistanın sabiq prezidenti Robert Köçəryan  bu mənada indi daha çox seçilir. Lakin bu zaman  Robert Köçəryan  və revanşist mövqedən çıxış edən digər qüvvələr unudur ki, Azərbaycan İkinci Qarabağ müharibəsində öz ərazi bütövlüyünü bərpa edib və buna müqavimət göstərməyə çalışan Ermənistan ordusu darmadağın edilib. Bu fonda Ermənistanın revanş üçün nə ordusu, nə də digər imkanları var. O üzdən ermənilərin istənilən təxribat cəhdi də bundan sonra düşmənin məhvi ilə nəticələnəcək.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ