şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Ordusunun NATO modelinə keçidi sürətlənir

Image


“Biz Türkiyə ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz. Bizim və Türkiyənin işi haqq işidir. Biz özümüzü müdafiə edirik, öz vətəndaşlarımızı müdafiə edirik, öz ərazi bütövlüyümüzü saxlamaq istəyirik”. Bu fikirləri hələ ötən ilin oktyabrın 5-də Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibəsində səsləndirib.

O vaxtdan keçən müddət ərzində Azərbaycan bu istiqamətdə mühüm addımlar atıb. Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun  Türkiyə milli müdafiə naziri, ordu generalı Hulusi Akarla keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlər də təsdiq edir. Azərbaycan ordusunda bir neçə yeni qurum - əməliyyat komando qurumları, briqadaları yaradıldığını vurğulayan Zakir Həsənov qeyd edib ki, gələcəklə bağlı böyük planlar var. Onun sözlərinə görə, komando briqadalarının çoxsaylı hərbi qulluqçuları Türkiyədə təlim keçib Azərbaycana qayıtdıqdan sonra ən mühüm birləşmələrdə xidmətlərini davam etdirirlər: "Azərbaycan ordusunun əksər şəxsi heyətinin hazırlığı Türkiyənin təlim-tədris mərkəzində həyata keçirilirdi. Millətimiz, dinimiz, dilimiz, mədəniyyətimiz birdir. Biz bu şansdan istifadəyə edərək Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən məharətlə bəhrələndik və bunu davam etdiririk". Zakir  Həsənov

bildirib ki, müharibədən sonra ölkə Prezidentinin tapşırığı ilə müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan ordusunda təşkilat tədbirləri həyata keçirilib. Nazir vurğulayıb ki, hazırda Azərbaycan ordusu Türk Silahlı Qüvvələrinin modelinə uyğun təşkil edilməkdədir. Hərbi məsələlər üzrə təhlilçi Üzeyir Cəfərov bildirir ki, nazir yeni qurum dedikdə, əslində yeni dağ komando hərbi hissələrinin yaradılması haqqında danışıb. Üzeyir Cəfərov onu da qeyd edib ki, haqqında danışılan yeni hərbi hissələrdə xidmət edənlər Türkiyədə təlim keçiblər və onlar artıq Azərbaycanda fəaliyyətə başlayıblar: “Bu yaxınlarda müdafiə naziri işğaldan azad olunan bölgələrdə yaradılan həmin yeni hərbi hissələrdə olub. Bu yeni hərbi hissələr relyefə uyğun olaraq həmin ərazilərdə xidmət apara bilən hərbi birləşmələrdir". Onun sözlərinə görə, təlim keçən hərbçilər ən çətin dağ şəraitində, suda, dərədə hərəkət edə bilən, xidmət aparan əsgər və zabitlərdilər: "Orada daha çox müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçular, kiçik komandir heyəti olur. Onlar sırf peşəkarlardan ibarət olacaq. Bu yenilikdir, Türkiyə ordusunda çoxdan vardı. Bizim orduda yalnız bir dağ hərbi hissəsi vardı, indi isə artıq bizdə belə hərbi hissələrin sayı artırılır. Bundan əvvəl də işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri aparmaq üçün yeni mühəndis-istehkam bölükləri yaradıldı. Yeni hərbi birləşmələr Azərbaycan ordusunda yeni qurumlardır”. Qeyd edək ki, bu il oktyabrın 19-da müdafiə naziri Zakir Həsənov yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində olub. Müdafiə Nazirliyinin məlumatına görə, nazir həmin hərbi hissədə Türkiyədə uzunmüddətli "Komando hazırlığı kursu" keçmiş şəxsi heyətə beretləri (baş geyimi) təqdim edib.

Komando kursunu hərbçilərimiz Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçir, burada “Dağ komando kursu”nu bitirir. Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığı dünyada ən çətin hərbi təlimlərə ev sahibliyi etməsilə tanınır. Bu baxımdan, komandolarımızın İspartada təlim görməsi peşəkarlıq səviyyəsinin hansı səviyyədə olmasını göstərir.
Türkiyənin ən xüsusi hərbi qurumlarından olan Dağ Komando Məktəbi və Təlim Mərkəzinin tarixi 1926-cı ilə təsadüf edir. Komando birliyi Silahlı Qüvvələr tərəfindən xüsusi olaraq formalaşdırılan, digər birliklərdən müstəqil olaraq fəaliyyət göstərən, basqın və təxribat kimi xüsusi tapşırıqları uğurla yerinə yetirən müəyyən sayda hərbi qulluqçudan ibarətdir. Onlar orduda ən tələbkar və qabaqcıl təlim, təhsil görmüş hərbi qulluqçular arasından seçilir. Komando qısa müddət ərzində hədəfin üzərində kəşfiyyat aparıb, mövcud vəziyyətin qiymətləndirməsini ortaya qoyaraq bu hədəfi məhv edən, tapşırığı tamamlayan hərbi qulluqçulardır. Komandolar, təchizat göndərilməsə belə, tapşırıqlarını yerinə yetirən hərbi qulluqçulardır. Onlar istənilən vaxt və hər yerdə - quruda, dənizdə və havada döyüşmək üçün təlim görürlər. Onu da qeyd edək ki, Türkiyə modelinə keçmək üçün qarşıda duran başlıca vəzifədən biri Azərbaycan ordusunun silah-sursatının yenilənməsidir. Yeni tələblərə, NATO tələblərinə cavab verən 5-ci nəsil hərbi texnika, təyyarələr alınmalıdır. Bunun üçün Azərbaycan ilk növbətə Türkiyə ilə hərbi-texniki əməkdaşlığı da dərinləşdirir. Digər tərəfdən, Türkiyə modelinə keçid onu göstərir ki, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşması prosesi yaxın zamanlarda daha sürətli xarakter alacaq. Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç isə bundan əvvəl qeyd edib ki, Bakı vı Ankara hərbi əməkdaşlığı hər iki ölkəyə böyük perspektivlər vəd edir: “16 avqust 2010-cu ildə Türkiyə və Azərbaycan arasında imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında”Anlaşma Şuşa Bəyannaməsinədək olan dövrdə ən önəmli anlaşmadır. Anlaşmada, eyni zamanda, bütün digər sahələrlə yanaşı, hərbi sahədə də geniş və dərin miqyasda əməkdaşlıq başladı. Bir müddət sonra isə birgə hərbi təlim keçirilməsi mütəmadi xarakter aldı. Yüzlərlə, minlərlə gənc Türkiyənin müxtəlif hərbi məktəblərində peşəkar zabit kimi yetişdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmət etməyə başladı. Bütün bu amillər Azərbaycanın 44 günlük savaşda qələbəsini şərtləndirdi. Azərbaycan ordusu müharibə zamanı nizam-intizamlı ordu olduğunu dünyaya göstərdi. Əməkdaşlığımız bundan sonra da yüksək səviyyədə davam edəcək”.

Ramil QULİYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ