8 Noyabr - Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Bu gün həmçinin, Müzəffər Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsindən bir il ötür.
8 noyabr 2020-ci il tarixində Azərbaycanın mədəniyyət beşiyi Şuşa düşmən tapdağından azad olunub. Şuşanın işğaldan azad edilməsi Qarabağ zəfərinin təntənəsidir.
Düz bir il əvvəl, noyabrın 8-də Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşanın azadlığı müjdəsini verib:
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Qarabağın incisi Şuşa şəhərinin iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.
44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
Əziz xalqımız, Zəfər gününüz və Şuşanın azadlığının bir illiyi mübarək!
İradə SARIYEVA