Noyabrın 7-də VIII Qlobal Bakı Forumunun nümayəndə heyəti Şuşaya səfər ediblər. Səfər çərçivəsində qonaqlar VIII Qlobal Bakı Forumunun nümayəndə heyəti Yuxarı Gövhər ağa məscidlərində olublar.
VIII Qlobal Bakı Forumunun bir qrup iştirakçısı Şuşa şəhərindəki Aşağı Gövxar Ağa məscidində də olublar.
Qeyd edək ki, noyabrın 7-də VIII Bakı Qlobal Forumu çərçivəsində Şuşada "Mədəni irsin qorunması” mövzusunda panel iclası keçirilib. İclas Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə baş tutub.
İ.Serageldin mədəni irsin iqtisadi baxımdan dəyəri haqqında mühazirə ilə çıxış edib. O, ətraf mühitin qorunması və biomüxtəlifliyin zənginliyi ilə yanaşı, mədəni irsin bərpası və qorunmasına investisiya qoyuluşunun əhəmiyyətindən danışıb.