Ötən il Azərbaycan bütün əzəli torpaqlarında nəzarəti bərpa etdi, Azərbaycan regionda söz sahibinə çevrilib.
Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.
R.Sekuta bildirib ki, hələlik sülh müqaviləsi imzalanmıyıb: "Elə düşünürəm ki, Cənubi Qafqaz regionunun irəliyə getməsi inkişafı fonunda Azərbaycan və Ermənsitanın üzərinə çox böyük yük düşür, bu prosesi irəli aparmaq üçün biz hər iki dövlətə köməklik göstərməliyik, Azərbaycan və Ermənistan arasında danışıqlar davamlı olmalıdır və biz də buna dəstək olmalıyıq".