şənbə günü, 14 noyabr 2026
     

“I Qarabağ müharibəsi olmayıb” - ifadəsi müstəqil Azərbaycanın dörd illik hərb tarixinin inkar olunması deməkdir

Image


Məlum olduğu kimi, son günlər “I Qarabağ müharibəsi olmayıb” fikri üzərində ciddi müzakirələr aparılmaqdadır. Müxtəlif informasiya vasitələri və sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu mövzu hərb tariximizin mühüm bir dövrünü əhatə etməklə (1991-1994-cü illər) bərabər, həmçinin elmi və nəzəri təhlil xarakterli yanaşmanın da vacibliyini ortaya qoyur. 

“I Qarabağ müharibəsi olmayıb”- ifadəsini işlətmək elmi-nəzəri baxımdan nə dərəcədə doğrudur? Bu suala cavab vermək üçün ilk növbədə 1991-1994-cü illər dövründə yenicə müstəqiliyini bərpa etmiş dövlətçilimizin hüquqi və siyasi əsaslarına diqqət yetirmək lazımdır. Həmçinin Qarabağ bölgəsində baş verən hərbi proseslərin mahiyyətini və doğurduğu nəticələri də diqqətdə saxlamağa ehtiyac var.  

Məlumdur ki, XX əsrin sonlarına doğru Sovet imperiyasının tənəzzül prosesi, eyni zamanda etnik münaqişələr fonunda da təzahür edirdi. Sovet imperiyasından miras qalan Dağlıq Qarabağ münaqişəsi də o zamankı sovet rəhbərliyinin səriştəsiz siyasəti və ermənipərəst mövqeyi nəticəsində yenidən alovlanmağa başlamışdı. Bunun nəticəsi idi ki, artıq 1988-ci ilin fevralında erməni vandalları Ağdam rayonunda ilk iki azərbaycanlını qətlə yetirmişdir. Bu hadisə praktiki olaraq Qarabağ münaqişəsinin alovlanması üçün ilkn atəşlərdən biri idi. 

Qarabağ münaqişəsinin alovlanması 1988-ci ildən etibarən başlasa da, dövlətlərarası müharibəyə çevrilmə faktı 1991-ci ilin sonlarına təsadüf edir. Belə ki, 1991-ci ildə Azərbaycan və Ermənistanın müstəqillik əldə etməsindən sonra bu münaqişə böyüyərək Qarabağ müharibəsinə çevrilmişdir. Müstəqilliyin bərpasına qədər Azərbaycan bir xalq olaraq erməni işğalçılarına və onların havadarlarına qarşı müqavimət göstərirdisə də, müstəqillikdən sonra isə Azərbaycan müstəqil dövlət olaraq öz ərazilərinin qorunması uğrunda mübarizəyə başladı. 

Dövlətin əsas atributlarından biri olan ordu quruculuğunu həyata keçirmək üçün hələ 5 sentyabr 1991-ci ildə Valeh Bərşadlının rəhbərlik etdiyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaradılmış və bütün özünümüdafiə qüvvələri Müdafiə Nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra mövcud real şərait və daxili imkanlar hesabına ordu quruculuğu istiqmətində  ciddi işlər görülmüşdür. Həmçinin Qarabağ bölgəsində erməni separatizminə qarşı hərbi-siyasi və hüquqi müstəvidə mübarizə aparmaq üçün müvafiq addımlar atılmağa başlamışdır. Məhz bu addımların tərkib hissəsi olaraq 26 noyabr 1991-ci ildə Azərbaycan Parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması haqqında qanun qəbul edir. 

Sovet imperiyasının işğalından yenicə azad olan Azərbaycan Respublikası bir tərəfdən öz müstəqilliyini qorumaq üçün şimaldan gələn hərbi təhlükəyə qarşı mübarizə aparmaq, digər tərəfdən isə erməni işğalına qarşı ciddi tədbirlər görmək məcburiyyətində idi. Bu dövrdə Azərbaycanın müstəqilliyini qəbul edə bilməyən Rusiya bütün imkanlarından istifadə edərək, Azərbaycanın iqtisadi, siyasi, ərazi bütövlüyünə təhlükə yaradan addımlar atır və yaxud bu tipli təşəbbüsləri himayə edirdi. Rusiya rəhbərliyi Müstəqil Azərbaycan Respublikasını cəzalandırmaq üçün erməni kartından məharətlə istifadə edir, Qarabağ bölgəsinin ermənilər tərəfindən işğal olunması üçün onlara hər cür siyasi və hərbi dəstəyi göstərirdi.  Bunun nəticəsi idi ki, 1992-ci ilin 25-26 fevral tarixində bəşəriyyətin ən böyük cinayəti Xocalı soyqırımı törədildi. Bu soyqırım zamanı Azərbaycan Hərbi Qüvvələrinin bütün hədəflərinin zərərləşdirilməsində SSRİ-nin - Rusiyanın 366-cı motoatıcı diviziyası xüsusi rol oynamışdır. Xüsusilə vurğulamaq lazımdır ki, ümumilikdə Qarabağ bölgəsinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasında Rusiya silahlı qüvvələrinin bu və ya digər formada iştirakı olmuşdur.

Mövcud siyasi və hüquqi sənədlər, gerçək hərbi faktlar onu deməyə əsas verir ki, Azərbaycan torpaqları Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. “Dünya hərb tarixinin prinsiplərinə nəzərən, iki müstəqil dövlətin arasında baş verən hərbi əməliyyatlar müharibə hesab olunur. Bu baxımdan 1991-1994-cü illərdə Müstəqil Azərbaycan Respublikası ilə işğalıçı Ermənistan Respublikası arasında baş verən hərbi münaqişə bütün parametrlərinə görə müharibə idi. Bu müharibə məzmun və nəticəsindən asılı olmayaraq  dövlətlərarası müharibə idi. 1994-cü ilin may ayında Qarabağ müharibəsində atəşkəsə nail olmaq üçün imzalanan Bişkək protokolunda  münaqişə tərəflərindən birinin Ermənistan olması da bu faktı təsdiq edir.    

Qeyd edək ki, I Qarabağ müharibəsində tərəflər arasında çoxsaylı hərbi əməliyyatlar, şiddətli döyüşlərin baş verməsi danılmaz faktdır. Hətta bu döyüşlərin bir qismində Azərbaycan Ordusu parlaq qələbələr qazanmışdır. 1992-ci ilin iyun ayında Azərbaycan Ordusunun başlatdığı genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağın yarısı erməni işğalçılarından azad olunmuşdur. Həmçinin 1992-ci ilin 8 avqustunda Azərbaycan Ordusu Gədəbəy rayonunu Başkənd qəsəbəsini düşmən işğalından azad etmişdir.  

Qarabağın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazililərinin azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan ordusu minlərlə erməni döyüşçüsünü məhv etmişdir.   

1993-cü ilin iyun ayında Azərbaycanda hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin Ali Baş Komandanlığında hərbi əməliyyatlar davam etdirilmiş, 1993-cü ilin dekab -1994-cü ilin fevral ayı ərzində 2000 nəfərdən çox erməni hərbçisi məhv edilmişdir. Bu döyüşlərdə Horadiz qəsəbəsi də daxil olmaqla bir çox məntəqələr düşməndən azad edilmiş, Azərbaycan ordusu Arazboyu ərazilərdə 40 km irəliləyərək düşməni geri oturmuşdur. 

I Qarabağ Müharibəsində minlərlə erməni işğalçısını məhv edən Azərbaycan Silahlı Qüvvələri 25 min nəfərə qədər şəhid vermişdir. 

Onu da qeyd etmək lazımdır ki, bu 1991-1994-cü illərdə Müstəqil Azərbaycan Respublikası düşmənə qarşı hərbi müstəvidə mübarizə aparmaqla yanaşı, beynəlxalq aləmdə də Ermənistan Respublikasının bir işğalçı dövlət olduğunu təsbit etməyə çalışmış, erməni işğalına son qoymaq üçün beynəlxalq təşkilatlar səviyyəsində ciddi hüquqi sənədlər qəbul  olunmuşdur. Məhz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağın Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin azad olunması haqqında qəbul etdiyi qətnamələri (822, 853, 874, 884 nömrəli qətnamələr) bu qəbildəndir. 

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1991-1994-cü illərdə Azərbaycan Ordusu Ermənistan və onların havadarları ilə baş verən müharibədə  məğlub olaraq öz ərazilərinin bir hissəsini müvəqqəti olaraq itirdi. Lakin buna baxmayaraq Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxladı və qısa zamanda öz hərbi-siyasi və iqtisadi gücünü bərpa edə bildi. 

2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixində baş verən 44 günlük II Qarabağ Müharibəsində Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyev öz qəhrəman ordusu ilə Erməni Silahlı Qüvvələrini darmadağın edərək işğal altında olan Qarabağ torpaqlarını azad etdi. 

1991-1994-cü illərdə Ermənistanla-Azərbaycan arasında baş verən müharibə təkcə Dağlıq Qarabağ ərazilərini əhatə edən bir lokal münaqişə deyildi, həmçinin Ermənistanla həmsərhəd olan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları, eyni zamanda Fizuli, Ağdam bölgəsinin azad olunması uğrunda aparılan müharibə idi. Bu dövrdə baş verən hərbi münaqişənin dövlətlərarası xarakter daşıdığını, hərbi əməliyyatların arealını, həmçinin nəzəri və hüquqi aspektlərini təhlil etdikdə bu qənaətə gəlmək olur ki, Ermənistanla-Azərbaycan arasında baş verən hərbi konflikt müharibə idi və bu müharibə Azərbaycan torpaqlarının azad olunması uğrunda aparılırdı.   

I Qarabağ Müharibəsi (1991-1994-cü illər) Azərbaycan hərb tarixinin ən mühüm mərhələlərindən biridir. Bu müharibə dövründə Azərbaycan dövləti itkilər verərək torpaqlarının bir hissəsini itirsə də, hərbi əməliyyatlar nəticəsində minlərlə erməni silahlı hərbçisi məhv edilmiş, digər ərazilərin işğalının qarşısı alınmışdır.  

Aparılan təhlilər, hərbi-siyasi qənaətlər onu deməyə əsas verir ki, “I Qarabağ Müharibəsi olmayıb” - ifadəsini işlədərək, bu fikirlər üzərində təhlillər aparmaq,  Qarabağ müharibəsinin mahiyyətinin və məzmununun təhrif edilməsi, Müstəqil Azərbaycanın dörd illik (1991-1994-cü illər) hərb tarixinin inkar olunması deməkdir.

Mübariz AĞALARLI
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ