şənbə günü, 14 noyabr 2026
     

Nizami ilində Nizami ruhu ilə... - Əkbər QOŞALI yazır

Image


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nizami İlində düzənlədiyi Vlll Qlobal Bakı Forumu ən yeni dövr mədəniyyət tariximizə düşən, gələcəkdə də haqqında danışılacaq hadisələrdən olacaq. – Tərtibi, tərkibi, təşviqi və Azərbaycan həqiqətlərini təcallası ilə bu haqqı qazanan Forumun zirvə məqamı dövlət başçımızın çıxışı oldu.

9 il +

Öncə vurğulayaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin cəmi 9 yaşı olsa da, 9 ili aşan nüfuzu, zəngin özkeçmişi, gələcəyə  aydın baxışı vardır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) – Azərbaycan Respublikası Prezidentinin 23.12.2011-ci il tarixli Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində - 30.09.2012-ci ildə Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda yaradılıb. Beynəlxalq səviyyədə fəaliyyət göstərən, mərkəzi qərargahı Bakıda yerləşir bu QHT-nin həmsədrləri Vayra Vike-Freyberqa (Vaira Vīķe-Freiberga‎; 01.12.1937, Riqa, Latviya; Latviya Respublikasının VI və ilk qadın prezidenti), İsmayıl Seragəldin (1944, Giza; İsgəndəriyyə kitabxanasının təsisçi direktoru, bir sıra akademik, elmi, beynəlxalq müəssisələrin məşvərətçi komitələrinin sədri), Baş İcraçı direktoru isə Elnur Əliyevdir (1979, Bakı; Mədəniyyət nazirinin I müavini, İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi).  

NGBM 9 il kimi qısa müddət içində dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq  platformaya çevrilməsi ilə, özünəxas  tarixi, keçdiyi inkişaf yolu ilə bilik, təcrübə, xeyirxahlıq ünvanına, bir sözlə, müdrikliyi ilə seçilən intellektual dairələrin ocağına çevrilməkdədir. – Bilik, təcrübə, xeyirxahlıq, müdrikliyin ən çox yaraşdığı isimlərdən biri, əlbəttə, Nizami Gəncəvidir. Bu anlamda, Mərkəz ulu Nizaminin adına (necə deyərlər, bu adın kəramətinə) uyğun olaraq, yalnız mədəniyyət üzrə deyil, ümumən bəşəriyyəti rahatsız edən əsas mövzular üzrə görüşlər, müzakirələr keçirir, nəşrlərlə çıxış edir.

Bitən, bitməyən pandemiya...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vlll Qlobal Bakı Forumundakı çıxışında bəşəriyyəti, bölgəmizi, ölkəmizi rahatsız edən mövzulara toxundu, görülmüş, görülməli işlər haqqında öz fikirlərini söylədi.

Son ilyarım içində bəşər pandemiya elanı dövründə davranış mədəniyyətini də önplana çıxardı. Çox şadıq ki, Azərbaycan “COVİD-19” pandemiyası ilə mübarizədə dünyaya örnəklər təqdim  etdi. Yada salaq:

- Ölkə içində qısa müddətdə tibbi infrastruktur pandemiya ilə səmərəli mübarizə məqsəd­lərinə uyğunlaşdırıldı. O cümlədən 13 yeni xəstəxana açıldı;

- Pandemiya ölkə içində nəzarətə götürüldü, təsirli, qabaqlayıcı tədbirlər görüldü və infeksiyanın geniş yayılmasına imkan verilmədi;

- Sosial yardım zərfləri təşkil olundu, dövlət büdcəsindən ayrılan 2.9 milyard dollar həcmində vəsait pandemiyadan əziyyət çəkən vətəndaşların zəruri ehtiyaclarının ödənilməsinə yönəldildi, işadamlarına  dövlət dəstəyi həyata keçirildi;

- Azərbaycan vaksinasiya kampaniyasına başlayan və onu uğurla həyata keçirən ilk ölkələrdən oldu. Ölkə əhalisinin 18 yaşdan yuxarı 60 faizi artıq iki doz vaksin qəbul edib və bu dünyada ən yaxşı göstəricilərdən biri sayılır;

- Azərbaycanın pandemiya ilə mübarizəyə beynəlxalq səviyyədə töhfələri, o cümlədən ÜST-ə üst-üstə 10 milyon dollar həcmində yardım ayırması, 30-dan artıq ölkəyə yardım göstərməsi xalqımızın, dövlətimizin xeyirxahlığını, ləyaqətini göstərir;

- Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın təşəbbüsü ilə 03.12.2020-ci ildə Nyu-Yorkda BMT Baş Assambleyasının “COVID-19” ilə mübarizəyə həsr edilmiş (dövlət və hökumət başçıları səviyyəsində) xüsusi sessiyasının keçirilməsi yada salınmalı, qürurverici faktlardandır.

Məhz Azərbaycan Respublikasının vaksin ayrı-seçkiliyinə - “vaksin millətçiliyi”nə qarşı ən fəal mübarizə aparan ölkələrdən biri olması, bu üzüntüyə son qoyulması üçün ardıcıl təşəbbüslərlə çıxış etməsi tarixin ədalətli üzündə həmişə xatırlanacaq. 23.03.2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın təşəbbüsü ilə ““COVID-19” əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsi, ÜST-ün istifadəsində olan “COVİD-19”-la bağlı “tibbi xidmətlərin bilgi bazası”nın yaradılması təşəbbüsünü irəli sürməsi Azərbaycan Ürəyini, Azərbaycan fərqini, ifadə etməkdədir... İfadə etməkdədir ki, ölkələrin, xalqların ləyaqəti onun mövcud ərazisi, əhali sayı, büdcəsi və s. ilə ölçülmür. – Bu parametrlərlə Azərbaycan Respublikasından dəfələrlə irəlidə olan ölkələrin necə miskin, anti-insani davrandığını “COVİD-19” pandemiyası bütün dünyaya əyani şəkildə göstərdi... İnsanlar kimi, xalqların, dövlətlərin də xarakteri ən çətin və ən şad günlərdə (dövrlərdə) üzə çıxır...

Xalqımızla, dövlətimizlə qürur duyuram!  

Bir ölkənin iki müharibəsi...

Artıq ümumişlək sözlə desək, pandemiya başlayandan bəri Azərbaycan bir deyil, iki müharibə içindəydi: Ermənistanın Azərbaycan torpaqlarının işğalda saxlaması və bununla da yetinməyib, Qarabağdan uzaq bölgələrdə də üstümüzə diş qıcaması öz başında çatladı. Azərbaycan 27 il kağız üzərindən ötəyə getməyən BMT qətnaəmələrini özü icra etdi. – Demək ki, ləyaqət, dəyanət, mətanət bir xalqda ya var ya yoxdur: pandemiya ilə mübarizədə özünü göstərən bu yüksək keyfiyyətlər gözəgörünməz infeksiyadan daha təhlükəli gözgörəsi “erməni faşizmi” infeksiyası ilə mübarizə də də başarı əldə etməmizi şərtləndirdi.

Heç kəsə sirr deyil ki, respublikamız düşməni öz gücünə qovub çıxarmasaydı, işğal  beynəlxalq ictimaiyyətin laqeyd münasibəti ortamında hələ uzun illər davam edəcəkdi.

Yalnız BMT deyil, habelə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulamam Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlar Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğala son qoyulmasını tələb edən qərar və qətnamələr qəbul etmişdi amma bu, 1 kəndimizin belə azad olunmasına gətirib çıxarmamışdı...

Erməniastanın ziddiyyətli siyasəti, o vaxtkı “status-kvo”nu qoruyub saxlamaq cəhdi, bu da azmış kimi, yeni müharibə və yeni işğal planları, Azərbaycana qarşı ardıcıl hərbi-siyasi, psixoloji təxribatları 27.09.2021-ci ildə Azərbaycanın həlledici əks-hücuma başlamasının əsas səbəblərindən oldu. – Bu əks-hücum əvvəl-axır olmalıydı, oldu da! Yoxsa, uğursuz dövlətin demokrat libaslı diktator Baş naziri başda olmaqla, Ermənistanın bütün rəsmi şəxslərinin tavansız  iddiaları – belə iddiaların vaxtaşırı yenilənməsi hər kəsi, ATƏT-in Minsk Qrupunun həmsədrlərini də çıxılmaz duruma saldı. Həmsədrlər “müdrikcəsinə” susur, ən yaxşı halda işğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirmək üçün yeni “formul”lar aramaq imkanlarının tükənmədiyini nümayiş etdirirdilər. – Belə tarazlıq kimə lazımdı?.. Azərbaycanın dövlət başçısı ən müxtəlif beynəlxalq platformalarda çıxış edərək, Ermənistan rəhbərliyinin qarşısında dəfələrlə şərt qoyurdu ki, işğal edilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı müvafiq cədvəl versin, yoxsa, biz öz suveren ərazilərimizi hansı yolla olursa-olsun azad edəcəyik. At kimi (daha doğrusu, qatır kimi) şiniyən işğalçılar 30 ilə qurub-quraşdırdıqlarının 44 gün içində sıradan çıxarılacağına, üst-üstə 10 minə yaxın hərbçisinin ölümünə, bir sözlə, ağır məğlubiyyətədək haqq yola gəlmədi. Əslində, indi də haqq yolda sayılmazlar, bununla belə Dəmir Yumruğun gücünü yaxşı bilirlər. Hər nə qədər, mina xəritələrini verməsələr də, əvəzçıxma cəhdləri ilə silahlanmağa cəhd göstərirlərsə də, bundan zərər çəkən, itirən özləri olacaq. 30 illik işğala son verməyi bacaran iradə üçün bundan sonrakı problemlər təfərrüat misalı olar inşallah.

Qaldı ki, işğaldan azad olunmuş ərazilərin uzun illər talan edilməsi, torpağın altının üstünə çevrilməsi, tipik erməni vandallalıqlarına... bunların da hesabı sorulacaq: heç nə unudulmur, heç kim yaddan çıxmır...

Azərbaycan müharibə etməyi də, sülh yaratmağı da ləyaqətlə bacarır. Qarabağda işğal mədəniyyətsizliyindən quruculuq, abadlıq mədəniyyətinə keçidin, erməni qaramatından Azərbaycan işığına çıxmağın təntənəsi yaşanır: yol-yol, körpü-körpü, ev-ev, ağac-ağac, bulaq-bulaq, işıq-işıq, ürək-ürək... Və Azərbaycan yalnız öz evini tikib, öz yolunu çəkmir, bütün qonum-qonşulatra, yaxın-uzaq ölkələrə əməkdaşlıq təklif edir. Zəngəzur dəhlizi sülh dəhlizi, əməkdaşlıq dəhlizi ola bilər. Sülhə ən çox ehtiyacı olan uğursuz və məğlub Ermənistan isə hələ də astagəlliklə, srünüdürməçiliklə, “bəlkə də qaytardılar” havasındadır, qaliba... O “hava”da havaları çatmayacağını başa düşsələr xüeyir taparlar...

Güneydən gələn enerji...

Vlll Qlobal Bakı Forumunun gündəliyində, daha doğrusu, Azərbaycan Prezidentinin nitqində daha nələr vardı?

Güney Qaz Dəhlizi layihəsinin başa çatmasının, ötən ilin son günündə TAP layihəsinin tamamlanması və istismara verilməsinin Azərbaycan, bölgə və Avropa üçün tarixi uğur olması xatırladıldı. Güney Qaz Dəhlizinin Avropa üçün yeni enerji qaynağı olması, qaynaqların şaxələndirilməsində önəmli rolu, Azərbaycanın göndərdiyi qazın yarısının avropalı istehlaçılar tərəfindən istifadə olunması Avropanın enerji təhlükəsizliyində Azərbaycanın nə dərəcədə önəmə sahib olduğunu göstərir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!  

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ