Sıralarında 60 təsisatı birləşdirən VCA və YYSİB xalq yazıçı Çingiz Abdullayevi müdafiə edən Bəyanat yayıb. Bəyanat VCA və YYSİB Media və İctimai Əlaqələr Bölməsindən redaksiyamıza da göndərilib. Bəyanatda deyilir: “Zəmanəmizin vicdan etalonu sayılan ustad xalq yazicisi Çingiz Abdullayevə qarşı qara PR aparanların qəti surətdə pisləyirik.
Çingiz Abdullayev dövrümüzün klassiki, Azərbaycan həqiqətlərini dünyaya çıxaran azsaylı kreativ intellektuallarımizdandır.
Milli kulturoloji brendimizə çevrilmiş, dünyanın aparıcı beyin mərkəzlərinin qəbul etdiyi görkəmli ictimai-mədəni xadim, ustad xalq yazıçısı, insan haqlarının mübarizi, Rəsmi işlərində pesəkar olmayan məmurlarin qatı tənqidçisi, dünyada milyonlarla oxucusu olan detektiv əsərlər müəllifi, ictimai tənqidçi olaraq ona qarşı mənfiniyyətlilərin başladığı bu qarayaxmanı xalqımıza, dövlətimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, humanitar-kulturoloji, ictimai-mədəni, intellektual-estetik düşüncəmizə vurulan ağır zərbə kimi qəbul edirik.
Aidiyyəti dövlət qurumlarında tələb edirik ki, belə məkrli qüvvələrin xarici güclərə işlədiyini araşdırsınlar.
Söz yox ki, Azərbaycanın tanınmışlarina, ziyalılarımıza, siyasətçilərimizə, ictimai xadimlərə qarşı aparılan anti-təbliğatin arxasında bizi sevməyən böyük xarici qüvvələr və “bulanıq suda balıq tutmaq sevdasına düşən” qaraniyyətli adamlar durur.
Bəzi savadsız şəxslər, xüsusən də yeniyetmələr və gənclər sosial şəbəkələrdə onların təsirinə düşərək, özləri də bilmədən, qanunlarımız pozur, bu qara kampaniyanı genişləndirirlər.
Sıralarında 60 təsisatı birləşdirən Vətəndaş Cəmiyyəti Alyansı, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, kitabxana.net Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana, yenimedia.net analitik-sosial portal olaraq təsisatlarımızın adından bəyanat verərək qəti etirazımızı bildiririk. Bu hadisə ilk dəfə baş vermir və planlı surətdə aparılaraq xalqımızın dəyərli nümayəndələrinə, o cümlədən böyük şəxsiyyət olaraq lider kimi qəbul etdiyimiz Çingiz Abdullayevə qarşı ardıcıl aparılır”.
Bəyanatda qeyd edilir ki, belə mənfi halları və qarayaxma kampaniyasını ictimai aktivistlər və mədəni ictimaiyyətin nümayəndələri də qəti surətdə pisləyir: “Arxasında məkrli düşüncələr və planlar duran şəxslər zəmanəmizin vicdan etalonuna çevrilən dünya şöhrətli intellektualımız, ustad xalq yazıçımız Çingiz Abdullayevə qarşı apardıqları bu qara PR-ın arxasındakı zərərli planla bağlı ciddi araşdırmalar aparılır və o şəxsləri ifşa edən materiallar geniş ictimaiyyətə çatdırılacaq”.
Baki-Xeber.com