şənbə günü, 14 noyabr 2026
     

Qlobal Bakı Forumu Qlazqo konfransının ardından bir daha dünyanın diqqətini iqlim probleminə yönəltdi

Image


Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında (COP26) əsas diqqət mərkəzində yer alan məsələlə qlobal istiləşmənin qarşısının hansı formada alınması oldu.

Bu fonda artıq 40-dan çox ölkə kömürdən istifadəni dayandırmağı vəd edib. Böyük Britaniya, Polşa, Vyetnam və Çili kimi aparıcı kömür istifadəçiləri də daxil olmaqla 40-dan çox ölkə kömürdən istifadəni dayandırmağı öhdəsinə götürüb.

Kömür ən çox iqlim dəyişikliyinə səbəb olan qalıq yanacaqdır. Böyük iqtisadiyyatlar 2030-cu ilə qədər, daha kasıb ölkələr isə 2040-cı ilə qədər kömür enerjisini mərhələli şəkildə dayandırmağa razılaşıb. Bir çox iri banklar kömür sənayesini maliyyələşdirməyi dayandırmağa söz verib. Çin, ABŞ, Avstraliya və Hindistan da daxil olmaqla, dünyanın ən çox kömürdən asılı ölkələri isə bu öhdəliyə qoşulmayıb. Xatırladaq ki, Azərbaycan konfransda yeni hədəflə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib. Eyni zamanda, ölkəmizdə ağıllı şəhər, ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması planları dünyanın diqqətinə çatdırılıb. Qlazqo konfransından sonra VIII Qlobal Bakı Forumunda da iqlim dəyişikliyi məsələsi xüsusi diqqət mərkəzində yer alıb. Burada bir daha qeyd edək ki, sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edir. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulub.

Yuxarıda qeyd olunduğu kimi, tədbirdə iqlim məsələsi də xüsusi diqqət mərkəzində olub. Böyük Britaniyanın baş naziri Boris Conson Foruma ünvanladığı müraciətində bu xüsusda qeyd edib: “Birlikdə üzləşdiyimiz ən böyük beynəlxalq çağırış iqlim dəyişikliyidir. Bu Forum qlobal istiləşməni məhdudlaşdırmaq kimi ümumi məqsədimizə çatmaq üçün mühüm imkan yaradan COP26 ilə eyni vaxtda keçirilir. Ümid edirəm ki, COP26 davam etdiyi bir vaxtda Azərbaycan çox uğurlu nəticələr əldə etmək istiqamətində öz rolunu oynayacaq”. Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva isə videomüraciətində iqlim dəyişikliyi prosesindən danışaraq, daha təhlükəsiz dünyanın qurulması yolunda vacib addımların atılmasının zəruri olduğunu vurğulayıb. Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa da hesab edir ki, dünyanın problemi təkcə COVID-19 deyil, qlobal iqlim dəyişikliyi də bu sırada az narahatlıq doğurmur: “Amma bütün mövcud problemlərin qarşısının alınması birgə müzakirələrdən, birgə səylərdən keçir”. Nobel sülh mükafatı laureatı Ouided Bouçamaoui isə Qlobal Bakı Forumunda çıxışında bu xüsusda bildirib: “İqlim dəyişmələri bugünün problemidir. Hər kəs iqlim dəyişmələri ilə bağlı narahatlığını bildirməlidir. Biz fərqli problemlərlə üz-üzəyik. Yoxsulluq da daxil olmaqla, sosial-iqtisadi problemlər meydana çıxır. Bu məsələlərin çox vacib olduğunu dərk etməliyik. Problemin həlli bizdədir və problemi addım-addım izah etməliyik. Bizim nəyimiz var, nəyi planlaya bilərik? Hesab edirəm ki, ilk olaraq sudan başlamalıyaq. Suyun səmərəli istifadəsi, daha da çox qorunub saxlanılması barədə düşünməliyik. Burada sadə və asan başa gələn həlləri tətbiq etməliyik. Kənd təsərrüfatının fərqli yollarla inkişaf etdirilməsi lazımdır. Bunu necə edə bilərik? Bununla bağlı təlimlər keçirə bilərik. Suyun daha qənatəli istifadəsi üçün yollar açmalıyıq. Qarşımızda çoxlu günəşli günlər var və bundan faydalanmalıyıq. Məsələn, günəş enerjisindən daha çox istifadə edə bilərik. Günəş enerjisindən ev təsərrüfatlarında istifadə üçün asan yolları təşviq etməliyik. Bu forumda inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə yardım göstərə bilər”.

Bu arada amerikalı alim Piter Qleyk də hesab edir ki, Yer kürəsində qlobal istiləşmə təbiətdəki su dövranına ciddi ziyan vurur və bu, yaxın illərdə dağıdıcı quraqlığa səbəb ola bilər. O qeyd edib ki, temperaturun artması su ehtiyatlarının istehlakını artırır: "Su anbarlarımızdakı maye daha tez buxarlanır. Kənd təsərrüfatında əkinləri suvarmaq üçün daha çox suya ehtiyac var". Onun sözlərinə görə, iqlim dəyişkənliyi dövrünün dəyişməsi ilə bağlı proqnozlar özünü doğrultmağa başlayıb və bu prosesin təbiətə təsiri getdikcə artacaq. Qleyk gözlənilən fəlakətlər barədə uzun müddət xəbərdarlıq edən alimlərə məhəl qoymayan siyasətçilərdən şikayət edib. O bildirib ki, dövlətlər buna daha əvvəl reaksiya versəydi, ən azı qlobal istiləşmənin nəticələrini yumşaltmaq mümkün olardı.

Mütəxəssislər dəfələrlə temperaturun artımını 1,5-2 dərəcə səviyyəsində məhdudlaşdırmağın vacibliyini qeyd edib. Bu məqsədə nail olmaq üçün 190-dan çox ölkə 2015-ci ilin dekabr ayında Paris İqlim Sazişini imzalayıb. Həmin sənəd qlobal istiləşməni yumşaltmaq üçün fəaliyyət planını müəyyən edir. Sənəddə qazıntı şəklində çıxarılan yanacaqdan tamamilə imtina nəzərdə tutulmur, ancaq dövlətlər iqlim dəyişikliyinə uyğunlaşmaq, tullantıları azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidir. Bütün bunlara Qlazqo konfransından sonra VIII Qlobal Bakı Forumunda da diqqət yetirilməsi vacib hesab olunur. Çünki bu hal dünyanın diqqətini daha çox iqlim dəyişiklikləri ilə bağlı yaranan fəsadlara yönəldir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ