Noyabr ayının 4-də saat 17:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural Əkrəm oğlu AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb. Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə baki-xeber.com-a Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun yaydığı birgə məlumatına istinadən xəbər verib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.