şənbə günü, 14 noyabr 2026
     

Ermənistan XİN Zəngəzur dəhlizi barədə bəyanatları regional sabitliyə təhlükə sayır

Image


“Türkiyə ilə Ermənistan arasında dialoq yoxdur. Rəsmi İrəvan Ankara ilə ilkin şərt olmadan münasibətlərin nizamlanması və sərhədlərin açılmasına hazırdır. Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin olmaması, Türkiyənin 44 günlük müharibədə açıq-aşkar iştirakı və "Zəngəzur dəhlizi" ilə bağlı bəyanatlar regionda sabitliyə mənfi təsir göstərir”. Bunu “Nouvelles d'Arménie” saytına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

A.Mirzoyan erməni xislətinə sadiq qalaraq, yenə də beynəlxalq ictimai fikri çaşdırmaq istiqamətində bəyanatlar verir.

  • “Mirzoyan Türkiyəni hədəfə almaqla yanlış istiqamət tutduğunu ortaya qoyur”

Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk dünyası üzrə müavini, tarix üzrə fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan XİN rəhbərinin bu fikri də təxribat mahiyyəti daşıyır. Türkiyənin Azərbaycanla birgə regionda bir əsas gücə çevirilməsi Ermənistanı ciddi əndişələndirir, bu səbəbdən də A.Mirzoyan çaşdırıcı bəyanatlar verir: “Ermənistan XİN-in rəhbəri Mirzoyanın bu kimi açıqlamalar verməsində qeyri-adi bir şey yoxdur. Əslində biz ümid edirdik ki, son dövrlərdə Ermənistan müəyyən qədər özünün işğalçılıq siyasətindən, Türkiyəyə, Azərbaycana, bütövlükdə türk xalqına nifrət və kin ideologiyasından geri çəkiləcək. Hətta Ermənistan rəhbərliyinin bəzi bəyanatları buna müəyyən qədər ümid yaradırdı. Ancaq son günlərdə Ermənistan prezidenti Sarkisyanın, yaxud baş nazir Paşinyanın, xarici işlər  naziri Mirzoyanın açıqlamalarından məlum olur ki, hələ də onlar bu regionda sülh və əminamanlığın yaranmasına çalışmır, irqçiliyin, ayrıseçkiliyin, revanşizmin aradan qaldırılması üçün addımlar atmırlar. Biz bilirik ki, istər Azərbaycan Respublikasının Prezidenti, istərsə də Türkiyə Cumhuriyyətinin Prezidenti tərəfindən dəfələrlə Ermənistanla münasibətlərin yaxşılaşa bilməsinə, bu istiqamətdə real addımların atılmasının mümkünlüyünə işarələr vurulub. Bəyan edilib ki, Ermənistan revanşizmdən, irqi ayrıseçkiliklərdən, işğalçılıq niyyətlərindən, ərazi iddialarından əl çəkərsə və normal qonşuluq siyasəti yürüdərsə münasibətlərin normallaşdırılması istiqmaətində real addımlar atıla bilər. Hətta Ərdoğanın son açıqlamasından da aydın oldu ki, Ermənistan Azərbaycanla münasibətlərində bütün gözləntiləri doğruldacaqsa, o cümlədən də Türkiyəyə qarşı əsassız ərazi iddialarından, qondarma “soyqırım” cəfəndiyyatından əl çəkəcəksə, bu ittihamlardan əl çəkəcəyi təqdirdə bu ölkə ilə münasibətlərin normallaşması mümkün olacaq. Mirzoyan isə tamam başqa bir fikir sərgiləyir, o hesab edir ki, rəsmi Ankara ilə münasibətlərin yumşalması üçün ilkin şərtlər olmamalıdır. Əslində, Mirzoyanın ifadə etdiyi ilkin şərt məsələsi Türkiyə rəhbərliyinin hər daim Ermənistan rəhbərliyi qarşısında qaldırdığı məlum məsələdir. Bunlar çox normal şəkildə ortaya qoyula və normallaşa biləcək bir məsələdir. Yəni bunların ilkin şərt kimi qiymətləndirilməsinin özü anormallıqdır. Necə ola bilər ki, bir dövlət digər dövlətlərin ərazilərinə qarşı iddia irəli sürür, yaxud hansısa qondarma “soyqırım”la ittiham edir? Eyni zamanda erməni terrorçuları nə qədər Türkiyə diplomatlarına qarşı terror aktları törədiblər, eləcə də onlar Azərbaycan ərazisində saysız terror hadisələri həyata keçiriblər”.

Ermənistan XİN başçısının Türkiyənin “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatları regionda sabitliyə mənfi təsir göstərir” fikrinin də tamamilə yanlış olduğunu deyən F.Ələkbərli hesab edir ki, o bununla Ermənistan hakimiyyətinin niyyətlərini, çoxüzlü siyasət apardığını ortaya qoyur. F.Ələkbərli deyir ki, bir tərəfdən baş nazir N.Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyinə, Azərbaycanla danışıqlara hazır olduğuna işarə vurur, amma başqa tərəfdən Mirzoyan Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı bəyanatlarından xoflandığını ortaya qoyur. “Mirzoyan unudur ki, “Zəngəzur dəhlizi”nin açılmasının Ermənistanın özünə də böyük xeyri var. Ümumiyyətlə, Türkiyənin “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatlarının bölgəyə müsbət təsir göstərdiyi aşkardır. Mirzoyan istəyir ki, Ermənistana qarşı heç bir ilkin şərt irəli sürülməsin, Ermənistan nə qondarma “soyqırım” ittihamlarından, nə də Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarından əl çəksin, amma sərhədlər açılsın, münasibətlər normallaşsın, ölkəsi blokadadan çıxsın. Hesab edirəm ki, Mirzoyan Türkiyəni əsassız olaraq “regionda sabitliyi pozmaqda” ittiham etməkdənsə, özü real addımlar atmalıdır. Hətta 44 günlük müharibə dönəmində Türkiyənin Azərbaycanla əməkdaşlığını tamam başqa yerə yozması, eyni zamanda bundan həyasızcasına Türkiyəyə qarşı istifadəyə cəhd etməsi, yalanlar danışması, iftiralar atması qəbuledilməzdir. Bəli, Türkiyə Azərbaycanla bu və digər mənada əməkdaşlıq edir. Sonrakı mərhələdə bizim üçün Şuşa bəyannaməsi, Bakı müqaviləsi də var. Bunlar bəllidir. Ancaq Ermənistan da Fransa, Rusiya, İranla əməkdaşlıq edir. O zaman eyni ittihamları Ermənistanın özünə yönəltmək olmazmı ki, sənin ərazində Rusiyanın hansısa hərbi hissələri nə gəzir? Sən əgər özünü müstəqil dövlət hesab edirsənsə, o zaman sənin ərazilərində Rusiyanın hərbi bazaları nə üçün olmalıdır? Bu hərbi bazalardan Azərbaycana, Türkiyəyə, hətta Gürcüstana qarşı təhdid kimi istifadə edirsən. Sözün açığı, bu kimi ittihamlar Ermənistanın özünə aiddir. Bizim bölgədə sabitliyə təhdid elə Ermənistanın özünün yürütdüyü revanşizm, faşizm, işğalçılıq, irqçilik siyasətidir, ideologiyasıdır. Bu baxımdan Mirzoyan Türkiyəni hədəfə almaqla yanlış istiqamət tutduğunu ortaya qoyur” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ