şənbə günü, 14 noyabr 2026
     

İrəvanda İran Mədəniyyəti Günləri - Qacar dövrünün əlyazmaları Matenadaranda niyə saxlanmalıdır...

Image


Matenadaranda Qacar ​​dövrünün on əlyazması bərpa olunacaq. Armenpress-in yaydığı məlumata görə, Ermənistan və İran arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində Matenadaranda İran Mədəniyyəti Günləri keçiriləcək. Noyabrın 3-dən ABŞ-dan Ara Piliposyanın yardımı ilə İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzi ilə birgə həyata keçirilən “Qacar ​​dövrünün əlyazmalarının bərpası” adlı nəzəri və praktik proqramla başlanıb.

Proqram çərçivəsində İran əlyazmalarının bərpası üzrə aparıcı mütəxəssis Amid Malekyan Ermənistana gəlib və o, xüsusi texnikanın köməyilə Matenadaran kolleksiyasından 10-a yaxın qiymətli əlyazmanı bərpa edəcək.

Noyabrın 3-də keçirilən mətbuat konfransında “Matenadaran”ın direktoru Vahan Ter-Qevondyan qeyd edib ki, İran və iranlılar Ermənistanın təkcə qonşusu deyil, həm də dostudurlar.

Matenadaran direktoru bildirib ki, İran Mədəniyyəti Günləri çərçivəsində eksklüziv əlyazmaların bərpası ilə yanaşı, bir sıra tədbirlər də nəzərdə tutulub. Matenadaranda Qacar ​​dövrünün mədəniyyətinə həsr olunmuş sərgi açılacaq, sərgidə Kristina Kostikyanın “Matenadaran fars manifestləri” və İvet Tacaryanın “Matenadaranda Qacar ​​incəsənətinin nümunələri” kitablarının təqdimatı keçiriləcək.

Ermənistan hara, Qacarlar hara? Söhbət hansı əlyazmalardan gedə bilər ki, Ermənistan bunu bərpa etməyə belə maraq göstərir? Qacar dövrünün əlyazmaları Matendarana necə gedib çıxıb?

  • “Ermənilər bilir ki, İranla Azərbaycan tarixində həssas və mübahisə doğuran məsələlərdən biri Qacarlar dövrüdür, ona görə bu əlyazma məsələsini ortaya atıblar”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı “Bakı-Xəbər”ə bildirdi ki, Qacarlar dövlətinə aid elə də çoxsaylı mənbələr, əlyazmalar əldə edilməyib. “Hazırda Azərbaycan tarix elminin ən qaranlıq dövrü Qacarlar dövrüdür. Çünki bilirsiz ki, dünya tarixçiliyi də, İran tarixşünaslığı da Qacarlar dövlətini “İran dövləti” kimi qəbul edir. Təəssüflər olsun ki, bizim bəzi kitablarımızda da Qacarlar dövləti “İran dövləti” kimi qələmə verilib. Amma bilirsiz ki, Qacarlar Azərbaycan türklərıdir, bu dövləti Azərbaycan türkləri yaradıb. Sizə bir fakt deyim ki, Ağa Məhəmməd Şah Qacar 1791-ci ildə ümumiyyətlə İran coğrafiyasına tam nəzarəti ələ götürsə də, faktiki olaraq özünü 1796-cı ilin martında Azərbaycanın Muğan ərazisində hökmdar élan edib. Bu onu deməyə əsas verir ki, onun gəlib özünü Azərbaycana hökmdar élan etməyi onun Qacarlar-Azərbaycan dövləti yaratdığını göstərir. İkinci bir tərəfdən, Ağa Məhəmməd Şah Qacar özünü Azərbaycan-Səfəvilər dövlətinin varisi hesab edirdi. Çünki tacqoyma mərasimində, hətta Ərdəbildən Şeyx Səfi məqbərəsindən bir dənə diadema və qılınc da gətirirlər Qacara təqdim edirlər. Bu da bir mənəvi simvol idi, ona işarə idi ki, Ağa Məhəmməd Şah Qacar Səfəvilər dövlətinin varisidir. Əsas məsələ bundan ibarətdir. O ki, qaldı Qacarlar dövrü əlyazmalarına, onların sayı Azərbaycan arxivlərində çox məhduddur, hətta yox dərəcəsindədir. Əldə olunan əlyazmalar da, demək olar ki, digər ölkələrdən məhdud şəkildə gətirilib. Bunun da səbəbi ondan ibarətdir ki, 1828-ci ilin fevral ayında Çar Rusiyasının qoşunu Ərdəbil şəhərini işğal edərkən Şeyx Səfiyəddin türbəsində olan ən zəngin kitabxananı, əlyazma fondunu müsadirə edib Rusiyaya apardılar. Orada 6 mindən çox Azərbaycan tarixinə, Şərq tarixinə, müsəlman dünyasına aid ən qiymətli əlyazmalar Rusiyaya aparıldı. O əsərlərin kataloqlaşmasında Abbasqulu Ağa Bakıxanov da iştirak edib. Təəssüflər olsun, o kitabxananı müsadirə edib əsərləri aparanda bir çox əlyazmalar, əsərlər yolda məhv oldu, it-bata düşdü. Hesab edirəm ki, burada həm orta əsrlərin, həm də Qacarlar dövrü ilə bağlı ən qiymətli əlyazmaların Ərdəbil kitabxanasında saxlanılması ehtimalı daha böyükdür. Çünki, hardasa, Qacarlar dövrünün 30 illik tarixi həmin kitabxanada mövcuddur. Ona görə də, əlyazmaların Ərdəbil kitabxanasında olması ehtimalı böyükdür. Lakin Ermənistanın bu addımı daha çox siyasi təxribat xarakteri daşıyır. Biz bilirik ki, Matenadaranda Azərbaycan tarixinə aid əlyazmalar, əsərlər əsasən islama qədərki dövrü əhatə edən nümunələrdir. Xüsusən də Matenadaranda Qacarlar dövrünə aid əlyazmaların olması ehtimalı o qədər də böyük deyil. Bəlkə də yox səviyyəsindədir. Sadəcə olaraq, bu əlyazmaları ABŞ-dakı ermənilərin dəstəyi ilə “bərpa” edirlərsə, çox ehtimal ki, “bərpa ediləcəyi” qeyd olunan həmin 10 əlyazma Avropada yaşayan ermənilərin hansı yollarlasa əldə etdiyi əlyazmalardır. İkinci bir variant da o ola bilər ki, ermənilər Qacarlar dövrünə aid əlyazmaları vaxtilə rusların Şeyx Səfiyəddin türbəsindən qarət edib apardıqları kitabxanadan əldə ediblər. Bunu da Sovet dövründə etmək mümkün ola bilərdi. Sözsüz ki, bu variantlar istisna deyil. Amma konkret olaraq Matenadaranda Qacarlar dövrünə aid əlyazmaların olması ehtimalı çox azdır”.

M.Ağalarlının sözlərinə görə, belə bir həssas məqamda Ermənistanda İran Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi də təsadüfi ola bilməz. M.Ağalarlı hesab edir ki, Ermənistanın bu təşəbbüsü siyasi təxribat xarakteri daşıyır. “Çünki ermənilər bilir ki, İranla Azərbaycan tarixində həssas və mübahisə doğuran məsələlərdən biri Qacarlar dövrüdür, ona görə bu əlyazma məsələsini ortaya atıblar. Qacarlar dövrü müəyyən mənada mübahisəli bir dövrdür. Ermənistan İran-Azərbaycan münasibətlərini korlamaq üçün bu varianta əl atır ki, bu rezonans doğursun, mübahisəyə səbəb olsun, sonda İran-Azərbaycan münasibətləri elmi müstəvidə də gərginləşsin. Fikrimcə, bu, ermənilərin növbəti təxribatıdır, onların informasiya müharibəsində Azərbayana qarşı atdıqları bir addımdır. Təxribatlara getmək lazım deyil. Ermənilər 10 əlyazmadan danışırlar, yəqin onları nümayiş etdirəcəklər, adlarını deyəcəklər”.

M.Ağalarlının sözlərinə görə, 1828-ci ildən sonrakı dövrün əlyazmaları isə daha çox İran kitabxanalarında saxlanılır, bunların da əksəriyyəti gizlədilir: “Yəni bu əlyazmaları, əsərləri iranlılar öz istədikləri kimi təhrif edirlər, tarix kitablarında da bu hadisələri təhrif edərək yazıblar. Amma orijinal əlyazamaları İran kitabxanalarında, Yəzdiyyə kitabxanasında, Tehranın kitabxanalarında gizli şəkildə saxlayırlar və onlardan istifadə edilməsinə də imkan vermirlər”.

M.Ağalarlının sözlərinə görə, xüsusən də Əfşarlar, Qacarlar dövrünə aid olan əlyazmaların orijinalları gizlədilib. “Bu məsələ ümumiyyətlə siyasi xarakterlidir. Ermənilərin Cənubi Qafqaz tarixinə aidiyyəti, Cənubi Qafqaz tarixində yeri və rolu olmadığı kimi, eyni zamanda Qacarlar dövlətinə də, Qacarlar dövrü Azərbaycan tarixinə də bunların heç bir dəxli yoxdur. Qacarlar tarixinin ermənilərə aidiyyəti olmadığı üçün ermənilərin bu gün bu məsələni qabardıb gündəmə gətirməsi sırf siyasi təxribat xarakterlidir və bu, İran-Azərbaycan münasibətlərini elmi müstəvidə də gərginləşdirməyə yönəlik bir addımdır” - deyə M.Ağalarlı qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ