Müharibədən sonrakı dövrdə ən vacib məqam Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh quruculuğunun yollarını tapmaqdır.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.
O bildirib ki, uzun illər ərzində bu ölkələr arasındakı münasibətlərdə vasitəçilər cəlb olunmuşdu: "Amma hər şey ötən il, Azərbaycan ikinci Qarabağ müharibəsində vacib qələbə qazanandan sonra dəyişdi. Müharibənin yekununda baş vermiş mühüm dəyişikliklər bütün regiona təsir etdi. Bu vacib qələbənin strateji nəticələrini diqqətdən keçirmək lazımdır. Gələcək münasibətlərin qurulması məsələsinə diqqətlə yanaşmaq lazımdır".