BMT-də müəyyən islahatlar aparılmalıdır ki gələcəkdəki çağırışlar üçün daha faydalı olsun.
Bunu VIII Qlobal Bakı Forumunda "Covid-19-dan sonra yeni dünya nizamı" mövzusunda paneldə çıxış edən Ərəb Dövlətləri Liqasının sabiq baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Məhəmməd Musa deyib.
"BMT-nin qurumlarına nəzər yetirsək görərik ki, kasıb, kiçik ölkələrə kömək etmək üçün imkana malikdirlər. BMT-nin bu işləri təşkil etməsi çox önəmlidir" - deyə keçmiş baş katib bildirib.